Antik dünyanın sonuncu alimi – Hipatiya kimdir?

Post date:

Author:

Category:

Riyaziyyatçı, astronom və filosof Hipatiya

B. e. 4-cü əsrində İsgəndəriyyə şəhəri köhnə parıltısının böyük bir qismini itirmişdi. Zənginliyi Roma idarəsi ilə birlikdə böyük nisbətdə azalmış və şəhər, vətəndaş qarşıdurmaları, dini qarşıdurmalarla pozulmuşdu. Şəhər kitabxanasının böyük hissəsi yanmışdı. Muzey böyük bir nizamsızlıq içinə düşmüşdü və ora aid olan son üzv Teon adındakı filosof və riyaziyyatçı idi. Öz növbəsində həm günəş, həm də ay tutulmaları ilə bağlı doğru hesablamalar edən parlaq zəkalı bir filosof və müəllim olmasına baxmayaraq şöhrəti əhəmiyyətli dərəcədə diqqət çəkən gənc bir qadının atası olmasından qaynaqlanırdı. Sözü gedən gənc qadın gözəlliyi və zəkası ilə tanınır. Riyaziyyat və fəlsəfədəki nailiyyətləri onu İsgəndəriyyənin ən parlaq sakinlərindən biri edirdi, təlimləri bəzi ən böyük paqan və xristiyan liderlərini təsiri altına alırdı. Parlaq yaşamı və tragedik ölümü antik dünya tarixinin yüksək və ən alçaq nöqtələrini bariz şəkildə göstərirdi. Həmin qadının adı İsgəndəriyyəli Hipatiya idi.

Hipatiya b. e. 370- ci illərdə doğulmuşdu. Tam tarix bilinməsə də o dövlərdə qız uşaqlarına nadir hallarda təhsil verildiyi və qadınların özlərinə biçilən rollardan kənara çıxmasının qadağan olunduğu bir vaxtda Teon qızının mükəmməl bir təhsildən yararlanmasına şərait yaratmışdı. Hipatiaya riyaziyyatın, astronomiyanın və fəlsəfənin incəliklərini öyrətmişdi və qısa müddət ərzində də qızı bacarıqlı bir şagird olduğunu sübut etmişdi. Erkən dövr xristiyan tarixçisi olan Sokrat Sxolastikus onun atasının qeyri-adi təbiətini miras aldığından və atasından aldığı riyaziyyat təhsili ilə kifayətlənməyib nəzərə çarpacaq bir formada başqa öyrənmə metodlarına istiqamətləndiyini də qeyd etmişdir.

Yulius Kronberq tərəfindən 1889-cu ildə çəkilən Hipatiya tablosu

Hipatiya Teondan yalnız dərs almır, eyni zamanda ona işlərində də kömək edirdi. Teon muzeydəki vəzifələrinin bir parçası olaraq köhnə mətnləri nizama salır və Evklidin “Elementler” və yunan astronom Ptolomeyin― Misir kralı ilə qarışdırılmamalıdır― əsərləri ilə bağlı tənqidlər yazırdı. Hipatiya atasına kömək edir və “Almagest” ilə bağlı etdiyi tənqid belə bir təqdimatı ehtiva edirdi: “İsgəndəriyyəli Teonun Ptolomeyin “Almagest” inin III kitabı ilə bağlı tənqidi. Kitab qızım filosof Hipatiya tərəfindən gözdən keçirilmişdir”.

Hipatiyanın riyaziyyat əsərləri

Qısa bir müddət ərzində Hipatiya böyük həndəsəçi Perqalı Apolloninin əsərləri və Diofantusun “Aritmetika” sı da daxil olmaqla öz tənqidlərini yazmağa başladı. Diofantus haqqında yazıları geniş idi çünki cəbrin atası olaraq görülsə də bilindiyi kimi mürəkkəb və başa düşülməsi çətin bir yazar idi. Hipatiyanın sadə və anlaşılan açıqlamaları olmasa, orijinal əsərləri yaşaya bilməz və müasir riyaziyyatın əsasını qoya bilməzdi. Sadəcə başqalarının kəşfləri ilə bağlı tənqidlər etməklə qane olmayan Hipatiya qısa bir müddət sonra öz tədqiqatlarını aparmağa başlamışdı. Həmin vaxtlarda yeni astrolyabiya formalaşdırmışdı. Bu, astronomlar tərəfindən günəş və ulduzların koordinatlarını hesablamaq üçün istifadə olunan alət idi. Bundan əlavə, daha çox dünyanı müşahidə etmək üçün bir çox alət düzəltdi. Bunların arasında suyun altındakı nəsnələrə baxmaq üçün bir hidroskop və mayelərin sıxlığını və spesifik ağırlıqlarını ölçmək üçün istifadə olunan hidrometr də var idi.

“Aqora” filmindən Hipatiya və atası Teon

Hipatiyanın şöhrəti

B. e. 400- cü illəri hüdudlarında Hipatiya atasının ardından neoplatonist fəlsəfə məktəbə başçılıq etmişdi. Şagirdlər onu kütlələr halında izləyirdi və Hipatiya qısa müddət sonra onların arasında Roma imperiyasının ən güclü ailələrinin uşaqlarını görməyə başladı. Hipatiya dövrün bir çox məktəbindən fərqli olaraq, özü bir paqan olmasına baxmayaraq, xristiyan və yəhudiləri rahatca qəbul edirdi. Təəssüf ki, Hipatiyanın öz yazılarından heç biri hal- hazırda mövcud deyil, amma onunla bağlı bir çox şey şagirdləri tərəfindən ona yazılan məktublardan və həyatı boyu başqaları tərəfindən onun haqqında qeydlərdən əldə edilib. Yenə Sokrat Sxolastikus “Kilsə tarixi” adlı əsərində onu belə təsvir edir:

“İsgəndəriyyədə Hipatiya adlı bir qadın var idi. Filosof Teonun qızı idi və öz dövrünün bütün filosoflarını ədəbiyyat və elmdəki nailiyyətləri ilə geridə qoymuşdu. Platon və Plotin məktəblərini izləyərək bir çoxu təlimlərini dinləmək üçün uzaq yerlərdən gələn davamçılarına fəlsəfənin başlanğıclarını öyrətdi. Zehnini inkişaf etdirməsi nəticəsində əldə etdiyi soyuqqanlılıq və rahat hərəkətlərinə görə tez- tez mühakiməçilər olduqda da xalqın içində görünməkdən çəkinmir, hətta kişilərdən ibarət olan bir məclisə qatıldığında özünü xəcalətli hiss etmirdi, kişilər qeyri-adi nəcibliyi və cazibədarlığı səbəbi ilə ona daha da heyran olurdular”.

Azad qadın Hipatiya

Hipatiya İsgəndəriyyəli qadınların evlərindən kənarda nadir hallarda göründükləri bir zamanda tez- tez şəhər mərkəzində xalqa təhsil verirdi. Kişi əməkdaşları tərəfindən geyinilən sıxca toxunmuş ağ cübbəsinin içində böyük bir cazibədarlıqla riyaziyyat, astronomiya, tarix, ya da Platon və Aristotelin fəlsəfələri haqqında danışırdı. Danışığını eşitmək üçün toplanmış xalq intellektual biliyinin genişliyi, sözlərindəki ehtiras və gözəlliyinin ölçüsü qarşısında sehrlənirdilər. Hipatiyaya aid heç bir rəsm, ya da heykəl bugünə qədər gəlib çatmayıb, amma fiziki görkəmi elə hiss olunurdu ki, on doqquzuncu əsrdə fransız şair Çarlz Lekont de Lisle onun “Platonun ruhu və Afroditin bədəninə sahib” olduğunu deyirdi.

Rafaelin “Afina məktəbi” tablosundan Hipatiya

Buna baxmayaraq və bəlkə də bu səbəblə də deyilənə görə Hipatiya bakirə qalmış və həyatını elm, fəlsəfə və təhsilə həsr etdi. Haqqındakı ən məşhur hekayələrdən birində Hipatiya şagirdlərinə gözəlliyin təbiətinə dair dərslər verirdi. Onlara belə deyirdi:

“Bir adam qadın bədəninin gözəlliyini görəndə onu şəhvətlə fəth etmə axtarışına girməməlidir. Bunun yerinə onun gözəlliyinin gerçək gözəlliyin bir surəti olduğunu başa düşməlidir. İnsan heyvani təbiətinin ən alçaq yerlərinə bircə dəfə endikdə gözəlliyin əsl özülü haqqında düşünə bilməz, öz korluğunda və Aidin aldadıcı kölgələri içində yaşamaq məcburiyyətində qalar”.

Görünən odur ki, şagirdlərindən biri bu mesajı başa düşə bilməmişdi, çünki dərsdən sonra yanına gedib onu sevdiyini söyləmişdi. Hipatiya danışdığı şeyi daha yaxşı vurğulamaq üçün çantasına əl atdı və Misirdə istifadə olunan bir növ qadın pedini çıxarıb gənc oğlana belə dedi:

“Sevdiyin şey budur. Sən gerçək gözəlliyi sevmirsən”.

Filosof Hipatiya

Hər obyektin arxasında daha dərin bir gerçəklik yatdığı və görünən obyektələrin mahiyyəti fikri Hipatiyanın və digər neoplatonistlərin fəlsəfələrinin əsasını meydana gətirirdi. Platon kimi onlar da rasional düşüncənin gücünə inanırdılar. Hipatiya Platonun daha dərin bir bilgi əldə etmək üçün istifadə etdiyi dialektika (sorğulama) texnikasına böyük dəyər verirdi. Paqan olmasına baxmayaraq, miflərə olan kor- koranə inanışa qarşı təmkinli idi. Başqa sözlə,

“Nağıllar nağıl olaraq, miflər mif və möcüzələr poetik fantaziyalar olaraq qalmalıdır. Batil inancları gerçəkmiş kimi öyrətmək ən qorxuncudur. Bir çoxlarının zehni onu asanca qavraya bilər, amma yalnız böyük əzablar, hətta tragediyalar yaşadıqdan sonra onlardan xilas ola bilər”.

Bu sözlər gələcək illərə aid bir kəhanət kimi idi.

Alfred Seifertin çəkdiyi Hipatiya tablosu

Hipatiyanın şöhrəti yayılarkən fikirləri şəhərin öncülləri tərəfindən dəyərləndirilməyə başlanmışdı. Ona bir çox fəxri medallar verdilər. İkitəkərli maşınların üzərində şəhərin vəzifəli adamları, şura üzvləri, hətta əsgərlər dövrün əhəmiyyətli məsələləri haqqında ondan tövsiyyələr almaq üçün evinə gəlirdilər. Hətta İsgəndəriyyənin Roma imperatoru tərəfindən təyin olunmuş qubernatoru Orestes onu şuraya qəbul etmişdi. İkisi yaxın dost olmuşdular. Tez- tez şəhərin küçələrində gəzib fəlsəfə və siyasət haqqında mübahisə edərkən görülürdülər.

Paqan, yəhudi və xristiyan qarşıdurmaları

Qəbul etmək lazımdır ki, gözəl, söhbətcil və cazibədar bir qadın hətta nə qədər böyük, ya da kəşfləri nə qədər təsir edici olursa olsun, tanınmış çılğın elm adamı imicini qarşılamırdı. Tragedik bir formada Hipatiyada bu imicə uyğun olan şey yaşamından çox ölümüdür. Riyaziyyatçılar, astronomlar və ixtiraçıların ən bacarıqlısı olan, sevilən müəllim, zəngin və güclü şura üzvü Hipatiya bir çox xəyali çılğın elm adamı kimi əsəbi bir kütlənin əllərində can verdi.

İsgəndəriyyə beşinci əsrin əvvəlində sivil hakimiyyətin başçısı Orestes ilə şəhərin xristiyan yepiskopu Siril arasındakı bir güc qarşıdurmasının ortasında qarşı-qarşıya qalmışdı. Hipatiya bir paqan olmasına baxmayaraq Roma imperiyasında artan formada gedən xristiyanlaşma paqan təmizləməsindən qaçmağı bacara bilmişdi. Əvvəl də deyildiyi kimi Hipatiya hər dindən şagirdi məktəbinə qəbul etmişdi və bu şagirdlərdən bir neçəsi kilsənin öndə gedən liderləri olmuşdu. Amma kilsə və dövlət arasındakı qarşudurma daha da gərgin bir hal alarkən Hipatiya özünü iki atəş arasında tapdı. Siril çox keçmədən güclü bir mövqeyə yüksəlməsinin vasitəçilərindən birinin, aşağı təbəqədən kimlərinsə güclü olduğunu başa düşmüşdü. Birləşə bilmələrinə şərait yardacaq bir şey verdikdə onları öz məqsədləri istiqamətində yönləndirə bilirdi. Şəhər kilsəsində liderliyini də bu şəkildə əldə etmişdi.

“Aqora” filmindən bir səhnə

İsgəndəriyyənin əvvəlki yepiskopu Teofilos b. e. 412- ci ilində öldükdə onu əvəzləyəcək iki namizəd var idi. Qardaşı oğlu Siril onun davamçılarının, baş deakon Timoti isə kilsə iyerarxiyasının dəstəyini almışdılar. Üç gün çəkən qanlı bir qarşıdurmadan sonra Siril yeni yepiskop olaraq yerini almışdı. Gücünü möhkəmləndirmək üçün davamçılarını öncə novatian təriqətinə üzv olan xristiyanların, sonra da böyük yəhudi icmasının üzərinə hücum etdirdi.

Şayiələr durmadan yayılır və bunu aşağı təbəqədən olan insanların vəhşət dolu hərəkətləri izləyirdi. Paqan məbədi Serapium dağılmış və kitabxanası yandırılmışdı. Siril yəhudi icmasını ayağa qaldırmaq üçün agent provokasiyaçılarını göndərdi və cəmiyyət içindəki yəhudi radikallar xristiyanları tələyə saldı. Hücumlar və qarşı hücumlar aylarla davam etdi. Sivil hakimiyyət baş verənlərin qarşısını almaqda gücsüz idi. Küçələr paqan, yəhudi və xristiyan qanı ilə qırmızıya boyanmışdı.

Hipatiyanın vəhşicəsinə öldürülməsi

Artan bir vəhşətlə qarşı- qarşıya qalan Hipatiya Orestesə dəstək verdi. Uzun müddətdir Hipatiyanı şöhrəti və təsirinə görə qısqanan Siril cadu edildiyinə dair şayiələr yayaraq ona qarşılıq vermişdi. Onu “bütün vaxtını caduya, astrolyabiyalara və musiqi alətlərinə sərf edən bir cadugər” olmaqda günahlandırırdı. Böhtanlar nə qədər cəfəngiyat olsa da, Sirilin tərəfdarları üzərində istənilən təsiri yarada bilmişdi. B. e. 415- ci ilində xristiyan xalqı Hipatiyaya hücum etdi. Bir axşam ikitəkərli maşınında oturub evinə doğru gedərkən qarşısına çıxdılar. Əsəbi fanatiklər onu maşından çəkib çıxarmış, filosof paltarlarını zorla əynindən soyundurub, yaxınlıqdakı kilsəyə aparına qədər küçə boyunca sürümüşdülər.

“Aqora” filmindən İsgəndəriyyə kitabxanası və Hipatiya

Kilsə əvvələr Kleopatra tərəfindən sevgilisi Mark Antoni üçün tikdirilmiş bir məbəd olan Sezareum idi və imperiyanın yeni dinə keçidinə görə kilsəyə çevrilmişdi. Onu tutub küçələr boyu sürümüş olan adamlar Hipatiyanı xristiyan kilsəsinin içindəki platformanın zəmininə atıb qırıq kirəmit və saxsı parçaları ilə ölənə qədər döymüşdülər. Ən sonda isə öldüyü zaman bədənini parçalara ayırıb şəhər divarlarının kənarına daşıyıb orada bir şənlik atəşinin üzərində yandırmışdılar.

Hipatiyanın İsgəndəriyyə şəhərində öldürülməsini göstərən bir rəsm

Bu öz dövrünün ən parlaq dahilərindən biri ola biləcək bir qadın üçün mərhəmətsiz və tragedik bir son idi. Hipatiyanın ölümünü klassik dövrün sonu olaraq görən bir çox tarixçi var. Onun ölümü ağlın qızıl dövrünün sonunu xəbər verən bir ölüm idi. Qətl edilməsinin ardından xristiyan kilsəsi hadisəni ört-basdır etmək üçün faydasız bir səylə bütün yazılı əsərlərini məhv edərək bu cinayəti gizlətməyə çalışdı. Günümüzə qədər gəlib çatmış heç bir əsəri olmasa da əlimizdə sadəcə dahiliyinə şahidlik edən şagirdlərinin məktublar və tarixi qeydlər var. Hipatiyanın, bəlkə də, ən böyük mirası özündən şagirdlərinə miras qalan sözlərdir:

“Düşünmə haqqınızı qoruyun, səhv düşünmək belə heç düşünməməkdən yaxşıdır”.

Mənbə: http://www.antiktarih.com/2019/09/18/iskenderiyeli-hypatia-kimdir/

Redaktə etdi: Nisə Qulizadə

STAY CONNECTED

19,717FansLike
2,185FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Elekron necə kəşf edildi?

İlkin fikirlər Bizim eradan bir neçə əsr əvvəl qədim yunan alimləri yunla sürtülmüş kəhrəbanın yüngül cisimləri...

Beyin donması nədir?

Sizdə də heç belə olub? Soyuq, şirin, dadlı dondurma yeyirsiniz vəə... Budurr! sanki beyniniz donur! Nə baş verdi?

“Qara qızıl” – Neftin tarixi

Neftin fiziki və kimyəvi xassələri Neft, əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyə malik yanar mayedir....