Antik fəlsəfənin sonu

Post date:

Author:

Category:

Afinada antik irsin ənənələrini davam etdirən məktəbin olmasına baxmayaraq qədim Yunan və Roma dinləri, dünyagörüşü və ənənələrinin iflasa uğraması prosesi artıq V – VI yüzilliklərdə tamamilə başa çatmışdır.
Antik ənənə Roma imperiyasında yayılmaqda olan Xristianlıqla rəqabət apara bilmirdi.

Bəzi hallarda Xristianlıqla bu dövrün mədəniyyətinin mübarizəsi təkcə ideoloji müstəvidə getmirdi. Öncə bəzi Roma imperatorları və hakim dairələri xristianları təqib etmişdirlər. Sonra isə Xristianlığın yayılması daha da sürətləndikdən və kilsə xadimlərinin cəmiyyətdə nüfuzunun artmasından sonra əks proseslər baş vermişdir. İmperatorlar dövləti idarə etmək üçün yeni dindən istifadə etməyə başladılar. O, zaman Xristian təəssübkeşləri antik tapınaqlara (məbədlərə) və mədəniyyət mərkəzlərinə hücumlar düzənləyərək onları darmadağın etmişdirlər.
Bu dövrün mədəniyyətinə sonuncu zərbəni Şərqi Roma imperatoru Yustinian vurmuşdur. O, 527-ci ildə hakimiyyətə gələrək Xristianlıqdan başqa bütün dinləri qanundan kənar elan etdi. Onun hakimiyyəti dönəmində bütün antik məbədlər bağlanıldı və ya dağıdıldı.Xristianlığı qəbul etməkdən imtina edən adamları isə vətəndaş hüquqlarından məhrum edildilər. Yustinian Afinada yerləşən fəlsəfi məktəbin də bağlanması haqqında əmr verdi. 531 – 532-ci illərdə orada fəaliyyət göstərən filosoflar təqiblərdən qurtulmaq üçün İrana mühacirət etdilər.

Onların arasında Damaskius və Simplikius da olmuşdur. Sonra onlardan bəziləri geriyə dönmüş, ancaq artıq yeni məktəblər yarada bilməmişdirlər. Bununla da, antik fəlsəfənin tarixi Romada sona çatmışdır. Buna baxmayaraq sonralar neoplatoçuların və başqa məktəblərin təlimləri orta əsr xristian, sonra isə müsəlman ilahiyyatı və fəlsəfəsinə güclü təsir etmişdir.

İrana mühacirət edən filosof və alimlər isə ölkənin bir çox şəhərlərində fəlsəfi və elmi məktəblər (akademiyalar) yaratmışdırlar. Bu məktəblərin arasında Cündişapur akademiyası əhəmiyyətli yer tutmuşdur. Burada fəlsəfədən başqa riyaziyyat, astronomiya, təbabət, coğrafiya kimi elmlər də inkişaf etdirilirdi. Antik dünyanın elmi-fəlsəfi irsinin böyük hissəsinin Bizansda xristianlar tərəfindən darmadağın olunması şəraitində, İranda fəlsəfi məktəblərin nümayəndələri o irsin təsadüfən salamat qalmış bəzi nümunələrini süryani və fars dillərinə tərcümə etmişdilər.

VII yüzillikdə İran ərəblər tərəfindən istila edilmiş və bunun nəticəsində antik elmi-fəlsəfi irsi ərəbdilli filosofların əlinə keçmişdir. Onlar bu irsə böyük maraq göstərərək onu ərəb dilinə çevirmişdirlər. Ərəbdilli filosoflar qədim yunan düşünürlərinin əsərlərinə şərhlər yazmış, alimlər onların elmi nailiyyətlərini inkişaf etdirmişdirlər. Orta əsr dönəmində Xilafətin elmi-mədəni inkişafında həmin antik irsin böyük rolu olmuşdur. Bir neçə əsr keçdikdən sonra avropalılar ərəbdilli tərcümələr vasitəsi ilə antik irsə yenidən maraq göstərməyə başlamış və bir çox əsərləri latın dilinə tərcümə etmişdirlər.

Bundan başqa, Avropanın kitabxanalarında da bir çox qədim fəlsəfi əsərlər saxlanılırdı ki, sonralar onlar tədqiqatçılar tərəfindən araşdırılmışdır. Antik irsin öyrənilib inkişaf etdirilməsi nəticəsində Avropa mədəniyyəti və elmi irəliləməyə başlamışdır.


Dirçəliş (İntibah) adlanan dönəm məhz antik mədəniyyətə, fəlsəfəyə, elmə və dünyagörüşünə qayıdış sloqanları ilə yaşanmışdır. Beləliklə, qədim yunan fəlsəfəsi bütün dünyanın inkişafında müstəsna rol oynamış, müasir tərəqqinin təməlində durmuşdur.

Mənbə:

Aydın Əlizadə – “Antik fəlsəfə tarixi” (Ali məktəblərin tələbələri üçün dərs vəsaiti)

STAY CONNECTED

19,107FansLike
2,050FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Karl Saqan – Təkamül (Dünya necə yarandı?)

Müəllif: Karl Saqan (ing. Carl Sagan) – “Cosmos” (II fəsil) Təkamül? Dörd milyard il əvvəl...

Yer kürəsinin həqiqətdə neçə yaşı var?

Yerin yaşı: Planetimizin həqiqi yaşının izlərini axtaran fosil axtarıcılar və radiometrik yaş təyini. Müəllif: Stifen Bakster (ing. Stephen...

Böyük Partlayış nəzəriyyəsi: Bütün zamanların ən böyük partlayışını necə sübut etdilər?

Müəllif: Naycl Henbest (ing. Nigel Henbest) – “Cambridge” Universitetinin doktoru, astronom, “The History of Astronomy” kimi 50-dən çox...