Qədim yunan dünyasında qadın filosoflar

Post date:

Author:

Category:

Qadın filosoflar kimlərdir?

Fəlsəfə tarixi boyunca əsasən kişi filosofların və onların düşüncələrindən bəhs edilib. Qadın filosofların düşüncə və fikirlərinə isə laqeyd yanaşılmışdır. Təəssüf ki, yalnız 20. əsr və sonrasında mövcudiyyətləri haqqında fikirlər ortaya çıxmışdır. Halbuki, hələ qədim zamanlarda  Apollonius və Filokor (Philochorus) tərəfindən təkcə qadın filosoflar haqqında iki yazı yazılmışdır. Lakin bu yazılar tarixin itmiş səhifələri arasındadırlar.

Qədim Yunanıstan 1 2 3 qadınları, xüsusilə evli olanlar, evdən tək başına çıxa bilməzdilər. Ailələri və qadın dostlarından başqa kimsə ilə görüşməklərinə icazə verilmirdi, bilvasitə 4 əhatələri bu insanlarla sərhədlənmişdi. Bəzi güclü qadınlar atalarının ya da həyat yoldaşlarının nüfuzlarından istifadə edərək “fəlsəfə” ilə məşğul olmağı bacarırdılar.

Qadın filosofların bu kölgədə qalmasının səbəbi seksist ayrıseçkiliyin olub olmadığı bilinməsə də, düşüncə azadlığının daimi olduğu hər kəs tərəfindən qəbul edilir. Qadın filosoflar deyilən zaman feminist fəlsəfədən daha çox, qadın filosofların düşüncələri və qadın filosoflar tərəfindən fəlsəfəyə verilmiş tövhələri ağla gəlməlidir.

Krotonlu Teano

“Düşünməyən qadın olmaqdansa, başıboş bir at olmaq daha yaxşıdır” demiş, bilinən ilk qadın filosof olaraq qəbul edilir. Bu atası aristokrat olan Brontindir. E.Ə. 530-480-ci illərdə yaşadığı təxmin edilir. Pifaqorçuluq (Pifaqorçular məktəbi) olaraq bilinən cərəyanın qurucusu, öz adı ilə anılan Pifaqor teoreminə adını verən Pifaqorun həyat yoldaşı olmuşdur. Kroton, Cənubi İtaliyada zəngin liman şəhərlərindən biridir. Cənubi İtaliya bu dövrdə Yunan koloniyasıdır və burada məskənləşənlər tərəfindən Magna Graecia (Böyük Yunanıstan) adlandırılmışdır.

Pifaqor və Teano

Krotonlu Teano, Pifaqorun tələbəsi və ilk ardıcıllarından biridir. Riyaziyyat, həndəsə və fəlsəfə ilə məşğul olub. Həyat yoldaşının ölümündən sonra Pifaqorçuluq məktəbini idarə etmiş və qız tələbələrə dərs deyib. Teano digər Pifaqorçular kimi kainatın rəqəmlərdən qurulduğunu ortaya atmış, riyaziyyat və musiqiyə önəm vermiş, əlavə olaraq reinkarnasiya doktrinasını müdafiə etmişdir.

Aspaziya

Miletli Aspaziya, Anadolunun qərbində, Egey bölgəsində, Böyük Menderes çayının başlanğıcına yaxın dəniz sahilində qədim bir şəhər olan Miletdə e.ə 470-400 illəri arasında yaşayan mühüm bir filosofdur. Atasının adının Aksiox olduğu xaricində ailəsi haqqında elə də çox məlumat yoxdur. Sahib olduğu yüksək təhsil səviyyəsinə görə onun zəngin bir ailədən olduğu qənaətinə gəlmək olar. Periklin həyat yoldaşıdır. Periklin yadlarla evlənmə qadağasını şəxsən özünün qoymasına baxmayaraq, həyat yoldaşından ayrılıb və Miletli bir qadınla evlənməsi naməlumdur.

Aspaziyanın büstü.Vatikan müzeyi.

Sokrat, Platonun dialoqlarında Diotima ilə bərabər Miletli Aspaziyanın da özünün müəllimi olduğuna diqqət çəkir. Bundan başqa, Platon Meneksen dialoqunda Aspaziyaya dəfn mərasimində bir nitq söylətdirir. Onun həm ritorika, həm də fəlsəfədə qabiliyyətli olduğu açıq şəkildə görsənir.

Mənbə: Wikiwand

Hipparxiya

Hipparxiya Kinik məktəbinə mənsub qadın filosofdur. Onunla bağlı məlumatları Leartlı Diogendən alırıq. Özü trakiyalı zəngin və soylu bir ailədən gəlir. Kinik filosof Kratet ilə tanış olur. Bədəni və ruhu ilə ona aid olmaq istədi, amma ailəsi buna qarşı çıxdı. Ailəsi Kratetdən qızlarını bu fikirdən daşındırmağı tələb etdi. Kratet, Hipparxiyanı bu fikirdən daşındırmağa çalışdı… “Sonunda onu inandıra bilmədi. Ayağa qalxdı və sahib olduğu şeyləri onun önünə qoydu, evlənmək istədiyin adam bu idi və bunlar onun sahib olduğu hər şey idi. Bu həqiqətləri düşün, sən onun həyat yoldaşı ola bilməzsən və onun vərdişlərinə uya bilməzsən”. Hipparxiya heç bir tərəddüd etmədən Kratetin heç nəyə ehtiyacı olmayan, kasıb, səyyah kimi və azad həyat təklifini qəbul etdi. İkisi birlikdə cəmiyyətə, adət-ənənəyə və hər növ qayda-qanuna meydan oxudu. Çox xoşbəxt bir evlilikləri olduğu deyilirdi.

Kratet və Hipparxiya

Lakin toplumun təhqirləri və təzyiqi onlar üçün qaçınılmaz idi. Üstəlik, onlar kinik davranış və sözlərlə meydan oxumağa  davam etdilər. Hipparxiya bu gözəl sözlərlə onlara cavab verdi: “Mən Hipparxiya, qadınların vərdişlərini izləmədim. 5 Bunun əvəzinə kişi kimi olan cəsarətli və güclü itləri (kinikləri nəzərdə tutur) təqib ettim. Nə paltarlarımda və nə də boynumda, əllərimdə, ayaqlarımda dəyərli daş-qaş istədim. Gözəl qoxularla bəzənmiş baş örtülərim də olmadı. Bunların yerinə bir dəyənək, çılpaq ayaq və üstümü örtən şeylər, yumşaq bir yataq yerinə sərt bir yerlə kifayətləndim. Belə bir həyat Trakyalı bir qızın həyatından daha üstündür. Çünki ov hikmət dalınca getmək qədər qiymətli deyil.

Hipatiya 

İsgəndəriyyəli Hipatiya filosof, riyaziyyatçı və astronomdur. Biliyi və zərifliyindən başqa, gözəlliyi ilə də məşhurdur. Hipatiya yaşadığı dövrdə İsgəndəriyyə Romanın bir əyaləti idi. İsgəndəriyyənin ən önəmli xüsusiyyəti və şöhrəti isə muzeyi və kitabxanasına aiddir. Hətta riyaziyyatçı Evklid (e.ə 300) bu mərkəzdə yaşamışdır. İsgəndəriyyə kitabxanası, fəlsəfə məktəbi, muzeyi və bunlardan daha da vacibi “eklektik” olaraq adlandırdığımız geniş bir dünyagörüşünə sahib təlimi ilə məşhur idi.

Hipatiya

Hipatiyanın elminin təməlləri filosof atası Teon tərəfindən atıldı. İlk təhsilini aldığı atası Hipatiyanın doqma düşüncələrə ilişməsinə icazə vermədi. Özünə hörməti olan kimsə tərəfindən son həqiqət olaraq, heç bir bilik qəbul edilməməli, hər zaman düşünmək hüququndan istifadə etməli, səhv düşünməyin heç nə düşünməməkdən üstün olduğunu öyrətdi. Atası, əsərlərində də bəhs etdiyi kimi qızı ilə həmişə qürur duyurdu.

Hipatiya, Afinada təhsilini tamamladıqdan sonra İsgəndəriyyəyə geri qayıtdı və buradakı məktəbin başına keçdi. Platonun fikirlərini mənimsədi. Hətta Platon, Aristotel və Suidas kimi filosoflar haqqında İsgəndəriyyədə xalqa açıq dərslər keçirdi. Bu sinifdə, daha sonra İsgəndəriyyə qubernatoru olacaq Orestes və Ptolemaisin yepiskopu olacaq Sineziy də var idi. Sonradan böyük bir filosof olan Sineziy ona heyranlığını və elminə duyduğu təqdirlərindən ibarət bir çox məktub yazdı. Sineziyin Hipatiyaya yazdığı məktublar, fəlsəfə tarixi kitablarında indiyə kimi gəlib çatmışdır.

Hipatiya. Mənbə: Wikipedia

Hipatianın həyatını 2009-cu il istehsalı olan “Agora” filmindən də izləyə bilərsiniz.

Mənbə:

Antik Yunan Dünyasında Kadın Filozoflar

  • Antik Çağ ve Orta Çağ Felsefe Tarihi – Erkızan, Çüçen
  • Diyaloglar – Platon

Redaktə etdi: Yaqubov Şəhriyar

  1. Həmçinin oxu: Qədim yunan atomçuları-Demokrit və Leukippus
  2. Həmçinin oxu: Qədim Yunan mədəniyyətində astronomiya
  3. Həmçinin oxu: Fəlsəfə Tarixi #5 – Qədim Yunan filosofları
  4. red. Arada vasitə olmaq üzrə; başqasının iştirakı ilə, vasitəsi ilə, köməkliklə (bilavasitə ziddi).
  5. red. Müəllif burada “izləmək” deyəndə birinin yolu ilə getmək, onun yolunu davam etdirmək, dalınca getməyi nəzərdə tutur.

STAY CONNECTED

20,764FansLike
2,507FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Edip kompleksi: mifologiya və psixologiya

"Kor Edip uşaqlarını tanrılara tapşırır", Benini Qaqnero (The blind Oedipus commending his children to the Gods, Benigne Gagneraux), Nationalmuseum, Stokholm

Mandela Effekti – “Əzbərə bildiyimiz” şeyləri həqiqətənmi doğru xatırlayırıq?

Effekt barədə danışmazdan əvvəl, bu terminə adını verən şəxs – Nelson Mandela barədə danışmaq lazımdır. Siyasi azadlıqlar döyüşçüsü barədə.Apardığı fəal mübarizəyə...

Əsrarəngiz yunan küçə filosofu Sokrat haqqında 7 fakt

Jak-Lui David tərəfindən çəkilən bu məşhur "Sokratın ölümü" rəsm əsərində Sokrat, ardıcılları ilə əhatələnərək zəhərlə dolu (red. baldırğan) fincanı içdiyi təsvir olunur.