Antiseptika nədir? / Ensiklopedik Bilgi

Post date:

Author:

Category:

Müasir cərrahlıqda antiseptika kimyanın, fizikanın, farmakologiyanın və immunologiyanın nailiyyətləri əsasında yaranmış yeni bir istiqamətdir. Antiseptikanın 5 növü məlumdur: mexaniki, fiziki, kimyəvi, bioloji və qarışıq. Bundan başqa antiseptika səthi, dərin, yerli və ümumi növlərə də bölünür. Antiseptikanın ayrı-ayrı nadir hallarda tətbiq edildiyindən təsnifatı da şərtidir.

Əksər yaraların müalicəsində antiseptikanın bütün növlərindən istifadə olunduğu üçün bu tədbirlər birlikdə «qarışıq antiseptika» adlanır. Məsələn, hər hansı bir təsadüfi yara birincili işlənir, yaranın kənarları, dibi kəsilir, yad cisimlər xaric edilir (mexaniki ant.), yaranın kənarlarma antiseptiklər sürtülür (yod, spirt), yara boşluğu antiseptiklərlə yuyulur (kimyəvi ant.), yaralıya antibiotiklər, qazlı qanqrena, tetanus əleyhinə zardablar yeridilir (bioloji ant. ) və yaraların müalicəsində, ultrasəs, lazer, kvars şüalandırılması aparılır (fiziki ant.). Beləliklə, bir yaranın müalicəsində bütün antiseptika növlərindən istifadə olunur.

Mexaniki antiseptika

Yara səthində və irinli boşluqlarda mikrobların mexaniki yolla məhv edilməsi və onlarla birlikdə «ölmüş» toxumaların yaradan xaric edilməsinə mexaniki antiseptika deyilir. Təsadüfi yaralardan həyat qabiliyyətini itirmiş toxumalar, bakteriyalar, yad cisimlər birincili işlənmə ilə xaric edilir.

Fiziki antiseptika

Yara səthində və irinli boşluqlarda olan mikroblara qarşı fiziki vasitələrlə aparılan kompleks müalicə tədbirlərindən ibarətdir. Bu tədbirlərin köməyi ilə yarada mikrobların çoxalmasının, toksinlərin sorulmasının qarşısı alınır, məhv olmuş, yaşama qabiliyyətini itirmiş hüceyrə və toxuma qalıqlarının yaradan xaric olunması sürətləndirilir.

Kimyəvi antiseptika

Kimyəvi maddələrin antiseptiklərin köməyi ilə yarada, xəstə ocaqda və bütövlükdə bədəndə olan mikrobların məhv edilməsidir. Bütün kimyəvi maddələr aktiv bakteriosid və bakteriostatik təsiri ilə fərqlənir.

Kimyəvi antiseptiklər aşağıdakı tələblərə cavab verməlidir: təsir dozasında patogen mikrobları məhv etməli və onların çoxalmasının qarşısını almalıdır; yerli toxumalara və bütövlükdə bədənə toksiki təsir göstərməməlıdır; yara eksudatı və bədənin digər mayeləri ilə təmasda öz təsirini itirməməlidir.
Kimyəvi antıseptik maddələr tətbiqinə göstərişlərə və bədənə yeridilmə yollarına görə 3 əsas qrupa bölünür: dezinfeksiyaedicilər, antiseptiklər və müalicə təsirinə malik kimyəvi maddələr.

Mənbə:

Çərkəz Cəfərov- Ümumi Cərrahlıq

STAY CONNECTED

19,107FansLike
2,050FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Karl Saqan – Təkamül (Dünya necə yarandı?)

Müəllif: Karl Saqan (ing. Carl Sagan) – “Cosmos” (II fəsil) Təkamül? Dörd milyard il əvvəl...

Yer kürəsinin həqiqətdə neçə yaşı var?

Yerin yaşı: Planetimizin həqiqi yaşının izlərini axtaran fosil axtarıcılar və radiometrik yaş təyini. Müəllif: Stifen Bakster (ing. Stephen...

Böyük Partlayış nəzəriyyəsi: Bütün zamanların ən böyük partlayışını necə sübut etdilər?

Müəllif: Naycl Henbest (ing. Nigel Henbest) – “Cambridge” Universitetinin doktoru, astronom, “The History of Astronomy” kimi 50-dən çox...