Antropologiya nədir? // Fəlsəfə lüğəti

Post date:

Author:

Category:

ANTROPOLOGİYA [alm. Anthropologie; fr. Anthropogie;
ing. Anthropology; yun. Anthropos – insan, logos – elm; osm. tr.
beşeriyet; ər. خٍٔغؤٔإ – [canlı varlıq olaraq insanı və onun tarixin
müxtəlif ictimai iqtisadi formasiyalarında inkişaf tarixini
araşdıran təbiət elmidir. Fəlsəfədə mövzusu sırf insan olan elmdir.
Konkret həyatı və həqiqətdəki yeri baxımından insanın özü və
özünün quruluşu haqqında fəlsəfi elmi təlimdir

ANTROPOGENEZ [yun. Anthoropos] – insanın ictimai
varlıq kimi meydana gəlməsi və inkişafı prosesinə deyilir. Yunancada
anthoropos – insan və genesis – mənşə mənalarını ifadə edir

 

ANTROPOLOGIZM [ing. Antropologism; yun. Anthoropos
– insan logos – təlim, söz] materializmdə insanın təbiətin ən
yüksək və kamil məhsulu olması haqqında dünyagörüşü forması;
bu dünyagörüşünə görə insanı yaxından dərk edib qavraya bilsək
elə təbiətdə mövcud olan sirli – soraqlı məsələləri də açıb ortaya
qoya bilər, onlardan agah ola bilərik, çünki insanın cismani
fəaliyyətinin üzvi vəhdətində təbiətin bütün məhsuldar qüvvələri
iştirak edir.

ANTROPOMORFİZM [yun. Anthropos – insan, morphe –
forma] – insana xas olan xassə və xususiyyətlərin xarici təbiət
qüvvələrinə köçürülməsi və bunların uydurma əfsanəvi varlıqlara
[allahlara, ruhlara və s.] aid edilməsi. Termin olaraq
antroporfizmə uyğundur. Ən əski dinlərdən müasir səmavi dinlərə
qədər gəlib çatmışdır.

 

ANTROPOSOSİOLOGİYA – antropologiya elminin məlumatlarını
təhrif edərək ayrı-ayrı adamların və onların qruplarının
sosial vəziyyətlərinin insanın anatomik-fizioloji əlamətləri ilə
bilavasitə əlaqəsini müəyyən edən və bu əsasda da ictimai
hadisələri nəzərdən keçirən sosioloji nəzəriyyə.

ANTROPOSOFİYA [yun. Anthoropos – insan, sophia –
müdriklik] – mistik dekadentçilik təlimi, teosofiyanın formalarından
biri.

 

 

Fəlsəfə terminlərinin izahlı lüğəti,2014

STAY CONNECTED

19,733FansLike
2,188FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Elekron necə kəşf edildi?

İlkin fikirlər Bizim eradan bir neçə əsr əvvəl qədim yunan alimləri yunla sürtülmüş kəhrəbanın yüngül cisimləri...

Beyin donması nədir?

Sizdə də heç belə olub? Soyuq, şirin, dadlı dondurma yeyirsiniz vəə... Budurr! sanki beyniniz donur! Nə baş verdi?

“Qara qızıl” – Neftin tarixi

Neftin fiziki və kimyəvi xassələri Neft, əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyə malik yanar mayedir....