Apriori, apeyron, aporiya nədir? // Fəlsəfə lüğəti

Post date:

Author:

Category:

APEYRON [yun.apeyron] – əbədi hərəkətdə olan, sonsuz,
qeyri-müəyyən, keyfiyyətsiz materiyanı ifadə etmək üçün Anaksimandrın
tətbiq etdiyi anlayış. Yunan dilindən Avropa dillərinə
keçmişdir, hərfi mənada sonsuz, hüdudsuz deməkdi

APORİYA [ing. Apory; yun. Aporia] çətin vəziyyət.
Yunancadan avropa dillərinə keçmişdir. Çətin həll olunan
problemi ifadə etmək üçün qədim yunan fəlsəfəsində işlədilən
anlayış anlamını verir

APOSTERİORİ [lat. a posteriori] aprioridən fərqli olaraq,
təcrübədən alınmış biliyi ifadə edən termin. ―Sonradan gələn‖
mənasındakı latın dilindən keçmə fəlsəfi anlayış. Tez-tez ―sonradan
gələn‖ məlumat mənasında istifadə edilər və təcrübə, hisslərlə
əldə edilən məlumatı ifadə edər. Klassik alman filosofu Kantdan
sonra məlumat fəlsəfəsindəki təməl anlayışlardan birini meydana
gətirır.

APRiORİ [alm.=fr.=ing. A priori; lat. A priori – əvvəldən,
əvvəlcədən olan; osm. tr. kabli] – Təcrübədən asılı olmayan,
amma təcrübəylə canlandırılabilən, şüuruna varıla bilən bilik.
Apriori bilik təcrübəsindən kənarda qalan biliyin doğru qəbul
edilməsidir. Hər cürə təcrübədən əvvəl, yalnız ağıla əsaslanaraq
qəbul olunan, əvvəlcədən mənimsənilən, qanunlardan çıxarılan
sırf teorik anlamda qəbul edilə bilən. İdealist fəlsəfədə termin,
aposterioridən fərqli olaraq təcrübədən əvvəl və təcrübədən asılı
olmadan əldə edilən və başlanğıc şüura xas biliyi ifadə edir.

APPERSEPSİYA [lat. ad-doğru, perseptio qavrayış] – hər bir
yeni qavrayışın insanın əvvəlki həyat təcrübəsindən və qavrayış
anında onun psixi vəziyyətindən asılılığı

APROBASİYA – nəzəri olaraq qurulmuş metodların, hesablamaların,
xüsusilədə iqtisadi olaraq proqnozlaşdırılmış modellərin
təcrübədə, həqiqi həyatda sınaqdan keçirilməsi. Aprobativ etika
[lat. approbatio – bəyənilmə] – əxlaq haqqında idealist nəzəriyyədir.

ARREQASİYA – siyasi qərarları qəbul edənlərin qarşılıqlı
bərabərliyinin qorunması.

ARXETİP [alm. Archetyp; fr. Archètype; ing. Archetyp; yun.
Arkhè-typos; osm. tr. enmuzec-i evvel] – hər şeyin ona görə
həyata keçirildiyi düşünülən əsas ideya. Mundus archetypus:
həqiqət dünyasında hər şeyin onlara görə həyata keçirildiyi
ideyalar, ilk prinsiplər dünyası.

 

ARVİŞ – sehr, tilsimli, sirli hal və xüsusiyyətlər, türkcədir.

 

Fəlsəfə terminlərinin izahlı lüğəti,2014

STAY CONNECTED

20,764FansLike
2,507FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Əsrarəngiz yunan küçə filosofu Sokrat haqqında 7 fakt

Jak-Lui David tərəfindən çəkilən bu məşhur "Sokratın ölümü" rəsm əsərində Sokrat, ardıcılları ilə əhatələnərək zəhərlə dolu (red. baldırğan) fincanı içdiyi təsvir olunur.

İ.Kant və onun əxlaq fəlsəfəsi.

Kant fəlsəfəsinə ümumi baxış İ.Kantın (1724-1804) fəlsəfi inkişafı iki dövrə bölünür. Birinci dövr - «tənqidə qədərki dövr»...

Diffuz toksik ur (Bazedov) xəstəliyi nədir?

Diffuz toksik ur xəstəliyini ilk dəfə 1786-ci ildə ingilis həkimi Pyeri təsvir etmişdir. Bundan sonra xəstəliyi italyan alimi Falyani, sonralar ingilis alimi...