Arbitraj nədir? / Ensiklopedik Bilgi

0
6

Arbitraj (en. Arbitrage) – Qiymət fərqinə əsaslanaraq mənfəət əldə olunması və ya ziyandan qaçılması əməliyyatı. Məsələn, eyni qiymətli kağızlar müxtəlif birjalarda eyni vaxtda fərqli qiymətlərə satılır. Bu zaman alış və satış qiymətləri arasında mövcud olan fərq bir birjaya nisbətdə digərində əlavə mənfəət qazanmaq və ya ziyandan
yayınmaq imkanı yaradır. Arbitraj bazarda səmərəliliyin aşağı olması nəticəsində meydana çıxır və arbitraj nəticəsində müxtəlif bazarlarda qiymət uyğunsuzluğu aradan götürülür.

 

mənbə: http://unec.edu.az/application/uploads/2015/12/maliyye-sozluk.pdf

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here