Arqument və Ateizm nədir? // Fəlsəfə lüğəti

Post date:

Author:

Category:

ARQUMENT [alm.=fr.=ing. Argument; lat. Argumentum;
osm. tr. delil; ər. مُدن ;tr. Kanıt] – gətirilən dəlilin əsası. Nəyinsə
tərifinin sübutunun əsasında dayanan şey. Hər hansı bir tərifin
əsaslandığı yaxud onun doğru və yaxud yalnış olduğunu ortaya
qoyan prinsip. Əsası latıncadan götürülmüşdür. Arguere – göstərmək,
tanıtmaq, açıqlamaq mənalarını verir. Dilimizdə daha çox
ərəbcədən keçmə dəlil ifadəsi işlənir. Misal üçün; Məsələni aydınlaşdırmaq
üçün daha əsaslı bir arqument gətir. Yaxud; gətirdiyiniz
arqumentlər kifayət etmir, daha açıq bir dəlilə ehtiyac var.

 

ATEİZM [alm. Atheismus; fr. Ethèisme; ing. Atheism; yun.
A-theos; tr. Tanrıtanımazçılık; ər. إنهاد – [Tanrını rədd etmək,
təbiətdə və kainatda Tanrının rolunu danmaq. Ərəbcədə isə daha çox ilhad termini
işlədilir. Ateizm a – teos – yəni hərfi anlamda Tanrının inkarı
deməkdir. Bu cür baxışlar sistemi sadəcə islamdan, xristinalıqdan
və yəhudilikdən bizə məlum olan Tanrı anlayışını deyil, hər növ
dini iman və etiqadi sistemlərdə Tanrı və Tanrı adına olan hər
varlığı inkar edir.

Etimoloji kökə əsasən ateizm qədim yunan sözü olub  “ἄθεος” (ateos) mənası “tanrı yoxdur” deməkdir. Qədim dövrdə daha iri cəmiyyət tərəfindən ibadət edilən tanrılara inanmayan və ya onlara ibadət etməktən imtina edənlər üçün alçaldıcı bir söz kimi istifadə edilirdi. Ateizm termini ortodoks əhali tərəfindən dini inanclarını bölüşməyənlərin kateqoriləşdirilməsində istifadə edilirdi. Ateizm termini aktual olaraq 16-cı əsrdə meydana çıxdı. Bununla bərabər azad düşüncənin yayılması, skeptisist sorğulama və dəvamında dini tənqidin artması ilə ateizm termininin tətbiq nöqtəsi daralmağa başladı. Ateist terminindən istifadə edərək özlərini təyin edən ilk şəxslər 18-ci əsrdə maarifçilik dövründə yaşayırdılar. Fransız İnqilabı “Bənzəri görünməmiş ateizm” ilə qeyd olunan, insan ağılının üstünlüyünü müdafiə edən tarixin ilk böyük siyasi hərəkatına şahid oldu.

Ateist arqumentlər fəlsəfi yanaşmadan sosial və tarixi yanaşmalara qədər uzanır. İlahi varlıqlara inanmamaq üçün empirik sübutların olmaması, fənalıq problemi, ziddiyyətli dini mətinlər, yanlışlanma potensialı ola bilən konsepsiaların rədd edilməsi, inançsızlıq arqumentləri iləri sürülür. Bəzi ateistlərin sekulyar fəlsəfəni mənimsəməsinə baxmayaraq, bütün ateistlərin riayət etdiyi bir ideologiya və ya davranış dəsti yoxdur. Ateizm teizmdən daha həssas bir mövqedədir hansı ki, tanrının mövcud olmadığının sübut olunması ateistlər üzərinə şamil edilmir, ancaq teizmin məntiqliliyini təmin etmək üçün teistlər tanrının mövcudluğunu sübut etməlidir. Lakin başqaları belə bir mövqedə olma fikri ilə razılaşmırdılar.

 

Fəlsəfə terminlərinin izahlı lüğəti,2014

STAY CONNECTED

20,732FansLike
2,377FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Günəşin təkamülü: Necə var oldu və necə yox olacaq?

Nebulyar hipotezinə əsasən günəş və günəş sistemimizin bütün planetləri təqribən 4,5 milyard il əvvəl nəhəng bir molekulyar qaz və toz buludunun...

Epigenetika nədir?

İnsan genomunu kodlaşdırarkən dörd hərfdən istifadə olunur. S,Q,A,T.- bunlar DNT-zəncirini əmələ gətirən hərflərdir. Biz bu hərflərdan 3 milyonunu anamızdan, 3 milyonunu da...

“Affiliate” marketinq nədir?

"Affiliate" Marketinq qısaca olaraq məhsulların, xidmətlərin, veb saytların və ya şirkətlərin reklamlarını edərək hər uğurlu satışdan qazanc əldə etməkdir.