Che Guevara // Bioqrafiya (1928-1959)

Ernesto Çe Gevara. O dünyada ən çox şəkli yayılan 2 insandan biridir (red.digəri Benjamin Franklin). 14 iyun 1928-ci ildə (red. bəzi mənbələrdə onun 14 mayda doğulduğunu iddia edirlər amma rəsmi olaraq 14 iyundur) Argentinada Rosario şəhərində əslən ispan və irland olan bir ailədə doğulmuşdu. 5 uşaqdan ən böyüyü  Ernesto Çe Gevara (Ernesto Che Guevara) idi.

Çe Gevaranın ulu babası Petrik Linç 1716-cı ildə (red. başqa bir mənbədə 1715 deyilir) İrlandiyada doğulmuşdur. Daha sonralar (red. dəqiq tarix bilinmir) İspaniyaya Bilbao şəhərinə köç etmişdir. Həmin dövr Avropadan Latin Amerikaya köçün olduğu dövrlərə təsadüf etdiyinə görə Linç Argentiya gəlmiş və burada məskunlaşmışdır. 1900-cü ildə Çe Gevaranın atası Ernesto Linç anadan olmuşdur. 1927-ci ildə Celia de la Serna Liosa ilə evlənmiş ən böyüyü Çe Gevara olmaqla 2 qız, 3 oğlan övladları olmuşdur.
Çe Gevara ailəsi ilə birlikdə. 1941
Çe Gevaranın “Alta Gracia” şəhərində yaşadığı ev
Çox kiçik yaşlardan astma xəstəsi olan Gevara həmişə “sən xəstəsən bacarmazsan” deyilən şeyləri mütləq bacardığını sübut edirdi. Kiçik yaşlardan etirazçı ruha sahib olan Ernesto Gevara 12 yaşı olanda işıq pulunun və digər kommunal xərclərin qiymətinin qalxmasına etiraz olaraq dostları ilə birlikdə məhəllədə dövlətə məxsus olan bütün lampaları qırmışdılar. Astma xəstəsi olmasına baxmayaraq reqbi oynamağı çox sevirdi. Dostları ona “Fuser” ləqəbini vermişdi. Bu sözün mənası “qəzəbli”,”hirsli” deməkdir. Atası əla şahmat  oynamağı ona öyrətdikdən sonra Çe 12 yaşında yerli şahmat turnirlərinə qatılırdı.
Yeniyetmə yaşlarından mütaliə etməyi və fotoaparat ilə şəkil çəkməyi çox sevərdi. İlk mütaliə etdiyi kitablar Çilili yazar və şair Pablo Nerudanın şeirləri (ölərkən üstündə daşıdığı çantada Nerudanın kitabları olduğu deyilir) və Cek Londonun əsərləri olmuşdu. Yeniyetmə olmasına baxmayaraq Ziqmund Freyd, Bertnard Rassel kimi dahilərin də əsərlərini oxuyurdu.
Çe həmişə astma xəstəliyindən qurtulmağın yollarını axtarırdı. Həmçinin digər insanları da xəstəliklərdən xilas edə bilmək üçün həkim olmağı seçdi. 1948-ci ildə dünyanın ən yaxşı 300 universiteti arasında yer alan “Bueonos Aires” universitetinin tibb fakültəsinə daxil oldu. 3-cü kursda oxuyarkən (1951-ci il) eyni universitetin biokimya fakültəsində təhsil alan Alberto Granada ilə həmişə arzuladıqları Latin Amerika səyahətinə yollandılar. Səyahətə 1939-cu ilin Norton brendli motosikletlə başladılar. Bu səyahətə Çe Gevaranın qeydləri əsasında 2004-cü ildə “Diarios de motocicleta” (Motosiklet Günlükləri) filmi çəkilmişdir
Motosiklet Günlükləri

Səyahət zamanı bir çox problemlər yaranırdı. Aclıq, pulun azlığı onlara əngəl törədirdi. Ona görə də, onlar Peruda San Pablonun cüzam koloniyasında (red. cüzam infeksion xəstəlikdir, onlar burada xəstələrə könüllü yardım edirdilər) bir neçə həftə qaldılar. Daha sonra səyahətə davam etdilər.

Oxlarla səyahətin istiqaməti göstərilmişdir
Səyahət Çeyə çox şey öyrətdi və o, səyahət zamanı çox şey gördü. Səfalət, xəstəlik içərisində yaşayan Latın Amerikalıların tək qurtuluş yolunun inqilab olduğuna inandı. Sosial-bərabərsizlikdən marksist nəzəriyyə və sosializm sayəsində qurtuluş olacağına inanırdı. San Pablonun evində 24 yaşını qeyd edərkən Çe belə deyirdi: “Bu səyahət bizə Latın Amerikanın qeyri-bərabər təbəqələrə bölündüyünü isbat etdi. Bizlər bu mübarizə üçün zəif olsaq da, Magellan boğazından Meksikaya qədər etnoqrafik cəhətdən demək olar ki eyni olan mestizo ( yerlilər və avropalılar) irqinin təbəqələrə bölünməsinə qarşı mübarizə aparacığıq. Geridüşüncəlilikdən, təbəqələşmədən qurtulma arzusu ilə Peru və Latın Amerikanın şərəfinə qədəh qaldırmaq istəyirəm”
Böyük səyahətdən geri dönən Çe səyahətlərinə davam edə bilmək üçün Argentinaya qayıdır və 1953-cü ildə diplomunu alır.
1953-cü ilin dekabr ayının sonlarına yaxın Çe Gevara Qvatemalaya gəlir. Qvatemala onun vətəni olmasa da, o inqilabçı kimliyini burada göstərdi və o məşhur “che” ləqəbini burada aldı.”Che” Argentinalılara məxsus bir söz idi və “hey”,”dostum” mənasında deyilirdi.  Bibisi Beatrizə yazdığı məktubda belə deyirdi: “Qvatemalada əsl inqilabçı olmaq üçün lazımlı olan hər şeyi edəcəm və mükəmməlləşəcəm”. Qvatemalada prezident Jacobo Arbenz Guzmán tərəfindən döyüşürdü. Arbenz  Qvatemala İşçi Partiyası ilə birlikdə ABŞ və onun Qvatemalını kölə halına salan şirkətlərinə qarşı torpaq reformu etmişdi. Onun bu reformu kəndilər və işçilər tərəfindən dəstəklənsə də, böyük torpaq sahibləri və CİA tərəfindən dəstəklənmədi. Çe Gevara burada Perulu sosialist qadın Hilda Gadeya (red. Hilda Gadea APRA üzvü idi)  ilə sıx əlaqələrdə idi.  Çexoslovakyadan 2 min tonluq (red. 15 may 1954) silah yardımı gəldikdən sonra viza ala bilmək üçün Salvadora gedən Gevara dərhal geri qayıtdı. Silahlı digər komunist gənclər və milislə birlikdə CİA agenti olan mayor Karlos Armasa (Carlos Castillo Armas) qarşı döyüşürdü. Burada Çe daha çox  həkim kimi fəaliyyət göstərmişdir. Sonralar prezident Arbenz xaricilərin ölkəni tərk etməsini istəyəndə Çe Gevara sevgilisi Hilda Gadeyanın həbsdə olduğuna görə ölkəni tərk etmədi və Argentina səfirliyində gizləndi. Arbenz məğlub oldu və bütün bu olanlar Çe Gevaraya  ABŞ-ın işğalçı, imperialist və bütün dünyada bərabərsizlik, təbəqələşmə yaradan bir ölkə olduğunu bir daha göstərdi (red. Arbenz bir müddət Avropada yaşasada 1960-cı ildən sonra Fidel Kastronun dəvəti ilə Kubada yaşayır). Hilda həbsdən çıxdıqdan sonra Çe Gevara ilə birlikdə Meksikaya gəlirlər (red. bəzi mənbələrdə Çe Gevaranın daha öncə gəldiyi deyilir). Meksikaya gəlməsi Çe Gevaranın həyatında bir dönüm nöqtəsi oldu. 1954-cü ildən tanıdığı Niko Lopez (Nico Lopez) onu burada sürgündə olan Raul Kastro və digər kubalilarla tanış etdi. Bir neçə həftə sonra Kubada həbsdən çıxan Fidel Kastro da Meksikaya gəldi. Və o möhtəşəm görüş baş tutdu (8 iyul 1955). Raul Kastronun dediklərinə görə Çe və Fidel bütün gecə bağlı qapılar arxasında ciddi söhbət etdilər. Söhbətdən sonra Çe Gevara Fidel Kastronun əsl lider olduğuna qərar verdi və bundan sonra kubalı olmasa da, Kuba uğrunda döyüşməyi qərara aldı. Çünki Çe həmişə deyirdi:”harada əzilən xalq varsa, mən onun yanındayam”.
Beləliklə o məşhur “26 iyul” əməliyyatı başlayır. Kuba prezidenti diktator Fulhencio Batista ( Fulgencio Batista) ölkəni ABŞ köləsi etmişdi. Böyük şəkər istehsal edən Kubanın gəlirləri ABŞ xəzinəsinə axırdı. Bunu aradan qaldırmaq üçün inqilaba hazırlıq gedirdi, inqilabçılara silah tutmaq, atəş açmağı öyrətmək üçün təşkilatlanmışdılar. Alberto Mayo adlı mayor onlara müəllimlik edirdi. Çe Gevara qrupun həkimi olsa da, hərbi biliklərə də yiyələnmişdi.

Elə bu ərəfədə Çe Gevara 1955-ci il 18 avqustda Hilda Gadea ilə evlənir. Bu evlilikdən 15 Fevral 1956-ci ildə Hilda Beatriz adlı qız övladları olur.

Hilda Gadea və Çe Gevara
25 Noyabr 1956-cı ildə Granma gəmisi (red. hal hazırda eyni adlı Kuba dövlət qəzeti fəliyyət göstərir) ilə Meksikanın Veracruz vilayətinin Tuxpan şəhərindən 82 kubalı inqilabçı (red. içlərində bir tək Çe Gevara kubalı deyildi).
Granma gəmisi
Gəmi sahilə yaxınlaşanda burada onların qarşısına Batistanın qoşunları çıxdı. Batistanın hava qüvvələri ciddi zərbələr endirdilər.82 inqilabçıdan cəmi 20-si sağ qala bilmişdi onlardan isə cəmi 12-si Siera Maestra dağlarında görüşə bildi. Ən böyük itki isə Niko Lopezin ölümü olmuşdu. 12-i nəfərin içində önəmli şəxslər var idi. Alberto Mayo, Kamilo Senfueoqos (Camilo Cienfuegos) , Raul Kastro, Fidel KastroÇe Gevara. İlk döyüş Çe üçün ağır keçdi. Çünki dostlarını itirmişdi. və qeydlərində də yazdığı kimi həyatının ən böyük seçimini etməli olmuşdu. Qeydlərində belə yazırdı: “Dostumu vurdular və onun silahı yerə düşdü. Mən bu anda bir çətin seçim qarşısında qaldım ya həkim çantamı daşıyacaqdım, ya da əsgər çantamı. İkisini birdən daşıya bilməzdim, ağir idilər və ona görə də silahı götürdüm”
Çe Gevaranın silahı
Çe Gevara bu silahla 1956 – 1958-ci illərdə döyüşmüşdür. Bu illər ərzində “comandante” ləqəbini qazanan Çe inqilabçılar arasında Fidel Kastrodan sonra ən əhəmiyyətli şəxs hesab olunurdu. “İntihar dəstəsi” adlanan inqilabçıları da məhz Çe Gevara idarə edirdi. 1958-ci ildə 200 professional inqilabçıdan (red.Siera Maestrada kiçik “şəhərcik” qurmuşdular. Çe Gevara və digərləri burada könüllü kəndlilərə hərbi biliklər öyrədirdilər) ibarət olsalar da, Batista əsgərlərinə üstünlük qura bilirdilər. Diktator Batistanın “Verona” əməliyyatında 12 min əsgərlə Çe Gevara və digər yoldaşlarına qarşı vuruşsa da, inqilabçılar minimum itki verdilər. Çünki Batistanın əsgərləri həvəssiz və təcrübəsiz idilər. Onlar 240 nəfəri əsir götürərkən cəmi 3 nəfər itki vermişdilər. İnqilabçılar 30 dekabr 1958-ci ildə Çe Gevara, Xayme Veqa, və Kamilo Senfueoqosun başçılıq etdiyi 3 dəstə ilə Santa Klara şəhərinə  hücum etdilər. Veganın dəstəsini məhv etsələr də, digər iki dəstə şəhəri ələ keçirdi . Vəziyyətin qəlizliyini hiss edən Batista 1 yanvar 1959-cu ildə Dominikana qaçdı. 7 fevral günü Çe Gevara “əbədi Kubalı” adlandırılıb Kuba vətəndaşlığına keçdi.
1 yanvar 1959-cu il Santa Klara

İnqilabdan sonra Çe Gevara Aleyda Març (Aleida March)  adında bir qadını sevdiyini açıqladı (red. Aleyda Març öz kitabında Çenin ona 1 yanvar 1959-cu ildə ona sevgi etiraf etdiyini, ancaq yorğun olduğuna görə ona cavab verməyib yatdığını deyir. Aleydadeyir:”Çe məni ilk görəndə agent olduğumu düşünmüşdü, ancaq bir gün gəldi mənə dedi ki “min maşına döyüşə gedirik” bundan sonra o  maşından birdə düşmədim). Aleyda Març da onun digər həyat yoldaşı kimi sosyalist idi. Çünki Çe deyirdi:”sevdiyin qadın sosializmdən anlamırsa, səndə qadından anlamırsan deməkdir”. Bu münasibətdən xəbər tutan Hilda Kubaya gələrək Çe Gevaradan boşanma tələb etdi. 1959-cu il 22 mayda boşandılar. Və 2 iyun 1959-cu ildə gözəl qadın Aleyda Març ilə evləndi. Toy mərasimində Çe həmişəki görünüşdə idi. Yaşıl formasını ilə, məşhur üstündə ulduz olan papağını taxmışdı.

2 iyun 1959. Çe Gevara Aleyda Març ilə evləndi
Soldakı Çenin ilk həyat yoldaşı: Hilda Gadea
Sağdakı ikinci həyat yoldaşı: Aleida March
Kuba inqilabından sonra Çe həbsxana müdürü olaraq fəaliyyət göstərməyə başladı. Fidel Kastro bu vacib işi ona tapşırmışdı. Onun işi CİA agentlərini üzə çıxartmaq və onları cəzalandırmaq idi. Çe Gevara inqilabçı şəxsiyyətini bir daha göstərdi. Edam qərarı verilmiş 2000 məhbusun məhkəmə işini yenidən araşdırdı və sonda yalnız 200-nün edamına qərar verdi. Çünki o inqilabın ədalətindən qorxurdu. Bu haqda Çe öz kitabinda belə yazır:” Amerikan mediası məni 200 nəfərin edamında günahlandırır. Ancaq onlar unudurlar ki, biz o 200 nəfəri edam etməsəydik onlar Kuba xalqına güllə atacaqdı”.
1959-cu ilin axırlarında şahmata marağı yenidən artmış və gənclər arasında şahmatı təbliğ etmişdir. ( chess games)
(Bu yazı Çe Gevaranın 1928-1959-cu illərdəki həyatı haqqındadır 1960-1967 haqda digər yazıda paylaşılacaq)

Müəllif: Ziya Mehdiyev

Redaktə etdi: Ziya Mehdiyev
Advertisement Banner
Next Post

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Login to your account below

Fill the forms bellow to register

Retrieve your password

Please enter your username or email address to reset your password.