Aseptika nədir? – Ensiklopedik bilgi

Post date:

Author:

Category:

ASEPTİKA (qısaca A. yun.irinləmə törədən) müalicə və diaqnostika tədbirləri zamanı (0 cümlədən cərrahi əməliyyatlar, sarğı. endoskopik manipulyasiyalar və s.) xəstənin yara. orqan. toxuma və orqanizm boşluqlarına mikroorqanizmlərin düşməsinin qarşısının alınması üçün həyata keçirilən profilaktika  tədbirlər sistemi. Aseptikanın əsasını E. Berqman və K. Şimmelbuş qoymuşlar. A.–nın prinsipinə görə, yaraya toxunan hər hansı şeydə mikroorqanizmlər olmamalıdır. A. müalicə-profilaktika müəssisələrində həyata keçirilən xüsusi sanitariya-gigiyena və təşkilati tədbirlər kompleksidir. Təmas infeksiyalarının profılaktikası yara ilə bilavasitə təmasda olan alət və cihazların sterilizasiyasmdan ibarətdir; cərrahm əllərinin dezinfeksiyası, cərrahi əməliyyatın əlcəklə yerinə yetirilməsi, əməliyyat zamanı əllərin müntəzəm yuyulması və əlcəklərin dəyişdirilməsi onun əsas elementləridir. İmplantasion infeksiyanın profilaktikası üçün tikiş və sarğı materialları əsaslı surətdə sterilizasiya edilməli, tampon və drenajdan az istifadə olunmalı, əriyib sorulan sintetik tikiş materialları tətbiq edilməlidir. Mənbəyi havadakı mikroorqanizmlər olan hava infeksiyasının qarşısını almaq üçün cərrahi əməliyyat blokları, cərrahiyyə şöbələri və sarğı otaqları səmərəli planlaşdırılmalı. cərrahiyyə otaqları əməliyyatın növünə görə ayrılmalı, havanın düzgün ventilyasiyası və kondisiyalaşdınlması, cərrahiyyə otaqlarına tibb işçilərinin girib-çıxmasının məhdudlaşdırılması, otaqların müntəzəm olaraq yaş üsulla təmizlənməsi və ultrabənövşəyi şüalarla şüalandırılması həyata keçirilməlidir. Cərrahi əməliyyatın yerinə yetirilməsində xüşusi qaydalara riayət edilməsi və xüsusi üsulların istifadəsi, əməliyyat müddətinin qısaldılması, əməliyyat zamam məcburi fasilə anlarında yaramn steril tənzif salfetlə örtülməsi və əməliyyatdan sonra yaraya sarğı qoyulması nəticəsində yaraya düşən mikroorqanizmlərin miqdarı azalır. Hava-damcı infeksiyasının profılaktikası üçün cərrahiyyə və sarğı otaqlarında mütləq ağız və burunu örtən maska taxılmalı, danışıq məhdudlaşdırılmalı, tibb işçiləri sanasiyadan keçirilməlidir. Mikroblar yüksək temperaturunun, ultrabənövşəyi və qamma–şüaların, ultrasəsin, habelə müxtəlif kimyəvi maddələrin köməyilə məhv edilir.

 

Azərbaycan Milli Ensiklopediyası, səh 93

STAY CONNECTED

20,126FansLike
2,240FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Broun hərəkəti nədir?

Hər birimiz fikir verməsək belə ətrafda daim baş verən bu hərəkətlə heç olmasa bir dəfə rastlaşmış olmalıyıq. Məsələn, suya düşən kiçik...

X ; Y ; Z nəsilləri nəyi ifadə edir? Onlar necə formalaşır ?

Adətən, yaş fərqi olan insanlar ilə fikirlərimiz üst-üstə düşmədikdə "nəsil" ; "generasiya fərqi’" deyib keçirik. Çünki onlar yaşca bizdən böyük ya...

Kommersiya marketinqi nədir?

Marketinqin şirkətlər üçün çox uzun müddətdir imtina edilməz bir ünsür olmasının səbəbi davamlı inkişaf edən dinamik quruluşa malik olması və dəyişikliklərə asanlıqla...