Aseptika nədir? / Ensiklopedik Bilgi

Post date:

Author:

Category:

Müasir aseptikanın əsas mahiyyəti-yara ilə təmasda olan bütün əşyaların mikrobsuzlaşdırılmasından ibarətdir.
Təsəvvür edin ki, boğulmamış qasıq yırtığı olan xəstə cərrahi əməliyyat üçün klinikaya daxil olur. Xəstənin bədənində heç bir kəskin infeksiya ocağı yoxdur. Cərrahi əməliyyat aparılır toxumaların tamlığı cərrah tərəfındən məqsədəuyğun pozulur, sonra isə bərpa olunur.

Əməliyyatdan sonra yarada irinli infeksiya başlayır. Cərrahi yaraya infeksiya haradan keçmişdir? Kimdir müqəssir? Xəstə, ya cərrahi xidmət? Əlbəttə, sağlam toxumaya infeksiya cərrahi əməliyyat zamanı kifayət qədər mikrobsuzlaşdırılmamış əşyalardan keçmişdir. Bu cərrahi xidmətin yararsızlığıdır. Ona görə də aseptikanm bütün tələblərinə hamılıqla, hər zaman, hər yerdə, mütləq əməl olunmalıdır.
İnfeksiya törədiciləri yaraya 3 əsas yolla: hava–damcı, təmas və əkmə yolları ilə daxil olur.
Hava-damcı infeksiyanın qarşısının alınması.

Hava-damcı yolu ilə infeksiya cərrahi yaraya xəstənin olduğu şəraitin havasında sərbəst və tozla birləşmiş mikrobların və danışıq, asqırma, öskürək zamanı ağız–burundan xaric olan selik, maye damcılarının düşməsi ilə keçir. İnfeksiya yaraya cərrahi şöbədə və əməliyyat otağında da keçə bilər. Hava-damcı yolu ilə infeksiyanın yaranmasında cərrahi yönümlü xəstəxananın və cərrahi şöbənin quruluşunun rolu böyükdür.

Təmas infeksiyasının qarşısının alınması.
Aseptikanın qızıl qanununa  «yara ilə təmasda olan əşyalar mütləq mikrobsuzlaşdırılmalıdır» hər yerdə, hər zaman məcburi əməl olunmalıdır. Çünki cərrahi yaraların sağalması, əməliyyatın yaxın və uzaq nəticələri bu prinsipdən asılıdır. Əməliyyatın başlanğıcından sonuna qədər cərrahi yara ilə cərrahm və köməkçilərin əlləri, əlcəklər, cərrahi alətlər, tənzif tamponlar, kürəciklər, geyinilmiş xalatlar, əməliyyat sahəsini örtən mələfələr təmasda olurlar. Odur ki, bu əşyaların xüsusiyyətlərindən asılı olaraq mütləq onlar müxtəlif üsullarla (termiki, kimyəvi, mexaniki, şüalandırma) mikrobsuzlaşdırılmalıdır.

Əkilən infeksiyanın qarşısının alınması.

Cərrahi əməliyyat zamanı bədəndə fəaliyyətini itirmiş bəzi üzvlər süni (ürək qapaqları, damar, oynaq, traxeya protezləri, drenajlar, kateterlər, kavaf11tr, damarlar üçün nitinol protektorlar), bioloji üzvlərlə (böyrək, qaraciyər, ağciyər, ürək, mədəaltı vəz), toxumalarla (dəri, damar, sümük, beynin sərt qişası) və qarın divarının yırtıqları müxtəlif quruluşlu alloplastik şəbəkələrlə (kapron, lavsan, dakron, marleks) əvəz olunur və cərrahi yaralan, birləşdirən sorulan və sorulmayan (ipək, kapron, lavsan, dekson) və metal (polad, tantal) tikiş materialları ömürlük toxumalarda qalır. Bu əşyalar tam mikrobsuzlaşdırılmadıqda əkilmiş infeksiya mənbəyinə çevrilirlər. Onlarla toxumalara oturmuş mikroblar nəticədə iltihab törədir, süni üzvlərin toxumalara birləşməsi baş tutmur, tikişlər və süni üzvlər bədən toxumalarından ayrılır və yad cism kimi iltihabın sonrakı güclənməsinə və üzvlərin fəaliyyətinin pozulmasına səbəb olur.
Ona görə də bütün bu əşyalar mütləq mikrobsuzlaşdırılmalıdır.

Mənbə:

Çərkəz Cəfərov- Ümumi Cərrahlıq


STAY CONNECTED

19,107FansLike
2,050FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Karl Saqan – Təkamül (Dünya necə yarandı?)

Müəllif: Karl Saqan (ing. Carl Sagan) – “Cosmos” (II fəsil) Təkamül? Dörd milyard il əvvəl...

Yer kürəsinin həqiqətdə neçə yaşı var?

Yerin yaşı: Planetimizin həqiqi yaşının izlərini axtaran fosil axtarıcılar və radiometrik yaş təyini. Müəllif: Stifen Bakster (ing. Stephen...

Böyük Partlayış nəzəriyyəsi: Bütün zamanların ən böyük partlayışını necə sübut etdilər?

Müəllif: Naycl Henbest (ing. Nigel Henbest) – “Cambridge” Universitetinin doktoru, astronom, “The History of Astronomy” kimi 50-dən çox...