Asetallar və Ketallar – Ensiklopedik bilgi

Post date:

Author:

Category:

Asetallar və Ketallar – ümumi formulu RR’C(OR”)(OR'”) olan üzvi birləşmələr ; burada R, R’, R”, R’” üzvi radikallardır. A. və k. hidratlaşmış aldehidlərin (asetallar, R=H) və ya ketonların (ketallar) sadə diefirləridir; İUPAC-ın nomenklatura qaydalarına uyğun olaraq hər iki sinfi asetallar adlandırmaq təklif edilmişdir. Simmetrik (R” və R'” eynidir), qeyri-simmetrik ( R” və R’” müxtəlifdir) və tsiklik (R” və R’” tsikl əmələ gətirir) A.və k. ayırd edilir. R” və ya R’” hidrogen atomu olduqda, xətli birləşmələr yanmasetallar (yarımketallar), tsiklik birləşmələr daxili yanmasetallar və ya laktollar (məs., təbiətdə geniş yayılmış monosaxaridlər – piranozalar və furanozalar) adlanır.

A. və k. üzvi həlledicilərdə həll olan, suda həll olmayan xoş iyli, rəngsiz ma– yelərdir. Qələvi mühitdə stabildir, turşuların təsirindən asanlıqla aldehid və ketonlara qədər hidrolizə uğramasından üzvi sintezdə karbonil qruplarının mühafizəsi üçün istifadə olunur. Spirtlərlə qızdırıldıqda molekuldakı alkoksiqruplar başqa alkoksiqruplarla əvəz edilir. A. və k. katalizatorların iştirakı ilə aldehid və ya keıonlarm spirtlərlə, l,2· və l,3·qlikollarla, orıoefırlərlə qarşılıqlı təsirindən alınır; monosoxaridlərin spirtlərlə qarşılıqlı təsirindən tsiklik asetallar qlikozidlər əmələ gəlir. A.və k. az miqdarda konyak spirtlərində olur. A. və k. üzvi sintezdə reagent kimi,eləcə də sellüloz həlledicisi, ətirli maddələr. plastifikator və pestisidlər kimi tətbiq edilir.

Mənbə: Яновская, Кучеров Хиймия ацеталзй, 1975

STAY CONNECTED

20,166FansLike
2,245FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Yuxularımızı idarə edə bilərikmi?Lüsid yuxu nədir?

Çox gözəl bir yuxu görərkən heç bitməməsini istədiyiniz olubmu ? Əgər olubsa, yuxuda olduğunuzu anlamısız deməkdir. Buna “Lüsid yuxu” deyilir. Lüsid...

Broun hərəkəti nədir?

Hər birimiz fikir verməsək belə ətrafda daim baş verən bu hərəkətlə heç olmasa bir dəfə rastlaşmış olmalıyıq. Məsələn, suya düşən kiçik...

X ; Y ; Z nəsilləri nəyi ifadə edir? Onlar necə formalaşır ?

Adətən, yaş fərqi olan insanlar ilə fikirlərimiz üst-üstə düşmədikdə "nəsil" ; "generasiya fərqi’" deyib keçirik. Çünki onlar yaşca bizdən böyük ya...