Asetilsistein (N-asetilsistein) dərmanının təsirləri

Post date:

Author:

Category:

Asetilsistein dərmanının digər bilinən adları: Mucomyst və s.

Asetilsistein dərmanının farmakoterapevtik qrupu: Mukolitik təsirli bəlğəmgətirici maddələr.

Farmakodinamikası:

L-sisteinin N – asetil törəməsidir.  Onun mukolitik təsiri molekulundakı sərbəst sulfidril (-SH) qrupu ilə, bəlğəmin mukoprotein molekullarındakı disulfid əlaqələrini qıraraq onların depolimerizasıyasına səbəb olur. Seliyin su tərkibini artıraraq qatılığı və bəlğəmin yapışqanlığını azaldır. Digər mukolitiklərdən fərqli olaraq DNT və digər toxumalar üzərində təsiri yoxdur.

Antikoksidant təsiri var. Ağciyərdə və qaraciyərdə qlütation sintezini artırır. Qlütation və asetilsistein ağciyərlərdə iltihab zamanı neytrofillərin əmələ gətirdiyi, yaxud da siqaret tüstüsü və başqa zərərli maddələrin tənəffüslə udulmasıyla ortaya çıxan sərbəst oksigen radikallarına bağlanaraq hüceyrə zədələnəməsinin qarşısını alır.

Parasetamol (asetaminofen) qəbulu zamanı bu maddənin bir qismi  qaraciyərdə P450 ferment sistemi ilə inaktiv bir aralıq məhsula çevrilir və qlütationla birləşərək sidiklə bədəndən xaric olur. Parasetamolla zəhərlənmə zamanı bu maddənin aralıq məhsulu bədəndən atılmaq üçün daha çox qlütationa birləşməli olduğu üçün bədəndə qlütation azalır. Odur ki, bu vəziyyətdə verilən asetilsistein özünü qlütationun sintezində sistein donoru kimi apararaq qaraciyərdə qlütation sintezini artırıb qaraciyər hüceyrələrini zədələnəmədən qoruyur  və həmçinin asetaminofenlə birləşərək qlütation bənzəri təsir yaradaraq asetaminofeni sidiklə bədəndən xaric edir.

Farmakokinetikası:

Oral yolla qəbulu zamanı sürətli şəkildə absorbsiya olur. Oral yolla ac və ya tox qarına istifadə oluna bilər (fərq çox yoxdur). Qəbuldan 30-60 dəqiqə sonra plazmada maksimal konsentrasiyasına çatır. İlk keçiddə qaraciyərdə metabolizə olur və sistein ortaya çıxır. Qaraciyər və qanda sistein artışı qlütation sintezini artırır. Sulfat və taurin olaraq qaraciyər yolu və sidiklə bədəndən xaric olur.

İstifadəsinə göstəriş:

  • Asetaminofenlə (Tylenol, Parasetamol) zəhərlənmələrdə  qaraciyərdə qlütationun regenerasiyasını artırdığına görə antidot kimi;
  • Radioloji müayinə zamanı kontrastın böyrəkdə yarada biləcəyi problemlərdə (Kontrastlı nefropatiya);
  • Ağciyər xəstəlikləri olanlarda tənəffüs yolları seliyinin qatılığını azaltmaq üçün;
  • Selik obstruksiyasına bağlı yaranan sönmüş ağciyərlərin müalicəsində  (Ağciyər atelektazı).;
  • Ağciyərlərin xorniki obstruktiv xəstəliyində;
  • Xroniki bronxit;
  • Nəfəs borusunun traxeostomiya yolu ilə intubasiyası sonrası qulluqda və s.

Müalicəvi təsirinin güman olunduğu xəstəliklər:

  • Post-travmatik döş qəfəsi travmalarında;
  • Autizm;
  • Epilepsiya;
  • Allergik rinit;
  • Xroniki Bronxit;
  • Son mərhələ böyrək çatışmazlığı;
  • Ürək infarktı;
  • Qrip
  • Xərçəngin müalicəsi 1 2 3 4 zamanı istifadə olunan ifosfamid dərmanının toksikiliyini azaltmaq üçün;
  • Hiperhomosisteinemiya;
  • Hiperlipidemiya;
  • Qeyri-stabil  stenokardiya;
  • Üst tənəffüs yolunun yoluxucu infeksiyaları;
  • Kişi sonsuzluğunda;
  • Polikistik yumurtalıq sindromunun.

Əlavə təsirləri:

  • Ürəkbulanma;
  • Qusma;
  • Bronxospazm (Nəfəs almaqda çətinlik);
  • İshal və ya qəbizlik;
  • Qızdırma;
  • Rinit;
  • Stomotit;
  • Baş ağrısı;
  • Yorğunluq;
  • Təzyiqin aşağı düşməsi;
  • Qaraciyər problemləri;
  • Qızartı.

Əks göstəriş və həkimlə məsləhətləşməli olduğunuz hallar:

  • Damaları genəldici təsiri olduğuna görə nitroqliserinlə və aktivləşdirilmiş kömürlə (bəzən zəhərlənmələr zamanı isitifadə olunur) kombinasiyalı formada qəbul olunması risklidir;
  • Dərmana hiperhəssaslığı olanlar;
  • Kəskin bronxospazm, Kəskin (Akut)  astma tutmaları zamanı;
  • Mədə-bağırsaq xorası olanlarda (kəskinləşmə dövründə);
  • Hamilələrdə;
  • Mədə-bağırsaq qanamaları;
  • Mədə turşuluğu çox olanlar;
  • Qusmalar;
  • Ürək çatışmazlığı olanlar;
  • Böyrək çatışmazlığı olanlar;
  • Hipertenziya zamanı (dərmanın tərkibində Natrium olduğu üçün).

Dozalama:

Dərmanın dozası və istifadə yolları aşağıdakı vəziyyətlərə görə dəyişir. Odur ki, həkiminizlə məsləhətləşməyiniz tövsiyyə olunur:

  • Yaşınız;
  • Başqa xəstəliyə görə müalicə alıb-almadığınız;
  • Xəstəliyin mərhələsi;
  • Dərmanın ilk istifadəsi zamanı bədənin verəciyi reaksiyalar.

Mənbə:

N-ACETYL CYSTEINE (NAC)

The Health Benefits of N-Acetylcysteine

ASİST® KAPSÜL

Redaktə etdi: Yaqubov Şəhriyar

  1. Həmçinin oxu: Mədə xərçəngi
  2. Həmçinin oxu: Ağciyər xərçənginin əlamətləri, səbəbi və müalicəsi
  3. Həmçinin oxu: Xərçəng. Xərçəngin Təkamülü.
  4. Həmçinin oxu: Xərçəng xəstəliyi və yaranma səbəbləri.

STAY CONNECTED

20,764FansLike
2,507FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Edip kompleksi: mifologiya və psixologiya

"Kor Edip uşaqlarını tanrılara tapşırır", Benini Qaqnero (The blind Oedipus commending his children to the Gods, Benigne Gagneraux), Nationalmuseum, Stokholm

Mandela Effekti – “Əzbərə bildiyimiz” şeyləri həqiqətənmi doğru xatırlayırıq?

Effekt barədə danışmazdan əvvəl, bu terminə adını verən şəxs – Nelson Mandela barədə danışmaq lazımdır. Siyasi azadlıqlar döyüşçüsü barədə.Apardığı fəal mübarizəyə...

Əsrarəngiz yunan küçə filosofu Sokrat haqqında 7 fakt

Jak-Lui David tərəfindən çəkilən bu məşhur "Sokratın ölümü" rəsm əsərində Sokrat, ardıcılları ilə əhatələnərək zəhərlə dolu (red. baldırğan) fincanı içdiyi təsvir olunur.