Ataraksiya nədir? // Fəlsəfə lüğəti

Post date:

Author:

Category:

ATARAKSİYA [alm. Ataraxie; fr. Ataraxie; ing. Ataraxia;
yun. Ataraksia; osm. tr. itminan – i nefs; yun. Atarakia – təmkinlilik]
– ruhi rahatlıq və sakitlik vəziyyəti, bəzi qədim yunan
filosoflarının fikrincə ataraktiv hala mütəfəkkir, dühalar, sufilər
nail ola bilir. Xüsusilə də, Stoa fəlsəfəsində insanın davranışları
ilə psixoloji təlimin məqsədi, ideyası olaraq ortaya çıxan və
mütləq yaxşı olaraq xarakterizə edilən ruhi hüzur, sakinlik, dərdlərdən
arınmış olma halı. Ataraktiv vəziyyət günümüzdə daha çox
sufilərin asketik hallarına bənzəyir. Belə ki, bütün bu hal və
məziyyətlər əslində insan ruhunun maddi olanlardan arınaraq
onlardan üstün olan, onların fövqündə dayanan ruhi halları kəsb
etmədir. Yalnız bu formada insan özünün daxili məninə təskinlik
verir və maddi gərginliklərdən və sıxıntılardan xilas olur. Bu və
ya bu qəbildən olan təcrübə halları, psixoloji təlimlər həm islamda, həm digər səmavi dinlərdə, eləcə də qeyri-səmavi dinlərdə də
müxtəlif dövrlərdə fərqli formalarda təzahür etmişdir.

 

Fəlsəfə terminlərinin izahlı lüğəti,2014

STAY CONNECTED

20,443FansLike
2,290FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Epigenetika nədir?

İnsan genomunu kodlaşdırarkən dörd hərfdən istifadə olunur. S,Q,A,T.- bunlar DNT-zəncirini əmələ gətirən hərflərdir. Biz bu hərflərdan 3 milyonunu anamızdan, 3 milyonunu da...

Mona Liza portreti

Mona Liza şəksiz ki, dünyanın ən məşhur portretidir. Heç incəsənətlə maraqlanmayan bir insandan, balaca bir uşağa...

“Affiliate” marketinq nədir?

"Affiliate" Marketinq qısaca olaraq məhsulların, xidmətlərin, veb saytların və ya şirkətlərin reklamlarını edərək hər uğurlu satışdan qazanc əldə etməkdir.