Atmosfer – Yerin cazibə qüvvəsi ilə onu əhatə edən qaz təbəqəsinə deyilir. Tərkibinin əsas hissəsi 78% azot, 21% oksigen, 0.93% arqon, 1%-i isə hidrogen, su buxarı və digər qazlardan təşkil olunmuşdur. Atmosferin qalınlığı ekvatordan qütüblərə doğru azalaraq dəyişir.

Atmosferin Quruluşu. Sxem (PDF)

Atmosferin əsas qatları:

  • Troposfer – atmosferin ən aşağı qatına deyilir. Bu qatın qalınlığı bizim en dairələrində orta hesabla 11-12 km-dir. Qetbə getdikcə bu qatın qalınlığı 7-9 km-ə qədər azalır. Ekvatora doğru getdikcə artır və qalınlığı 17-18 km-ə çatır. Troposfer qatının öyrənilməsinin k/t-ı üçün təcrübi əhəmiyyəti vardır. Troposfer qatının ən əsas xüsusiyyəti yuxarı qalxdıqca temperaturun azalmasıdır. Orta hesabla bu azalma hər 1000 metrdə 6º təşkil edir.
  • Stratosfer – troposferin üst qatında yerləşməklə 50-55 km məsafəni fəth edir. Stratosfer su buxarı olduqca az miqdarda olduğu üçün, burada adi yağmur verən buludlar əmələ gəlmir. Stratosferdə temperaturun yüksəkliklə zəif artması nəticəsində atmosferin bu qatında hava kütləsi durumludur. Buna görə stratosferdə, havanın şaquli hərəkəti troposferə nisbətən zəifdir. Stratosferin müəyyən hündürlüyündə ultrabənövşəyi şüaların hesabına temperatur bir qədər yüksəlir.
  • Mezosfer – atmosferin 50-40 km-dən 80-90 km-ə qədər olan qatıdır. Bu təbəqədə temperaturun yüksəkliklə paylanmasına görə bunu iki təbəqəyə bölmək olar.
  • a) isti təbəqədir, burada temperatur yüksəkdə sürətlə artır. Bu təbəqənin yuxarı 60 km-lik hissəsində temperatur təxminən 50° istiyə qədər artır. Temperaturun bu təbəqədə belə çox artmasına səbəb, azotun günəşin qısa dalğalı radiasiyasının udulmasıdır. Ona görə də mezosferin bu hissəsi çox durumlu olmaqla havanın şaquli hərəkət etməsinə maneçilik edir.
  • b) Mezosferin üst-qarışıq təbəqəsidir, bunun qalınlığı təxminən 80 km-ə qədər davam edir. Burada yüksəyə qalxdıqca temperatur azalır, 70-80º arasında şaxta olur. Bu təbəqədə temperaturun yüksəkdə düşməsi, bir tərəfdən azotun olmaması, o biri tərəfdən isə azotun və oksigenin günəş radiasiyasını az miqdarda udmalarının sayəsindədir. Mezosferin bu hissəsində temperaturun yüksəkliklə azalmasına görə, burada, atmosferin yerə yaxın qatında olduğu kimi, havanın güclü şaquli hərəkətdə olmasına səbəb olur.
  • Termosfer – Mezosfer qatından, yəni 80 km-dən başlayaraq 800 km-ə qədər termosfer qatı davam edir. Bu qatda temperatur yeksəkliklə sürətlə artaraq, təxminən 80 km-dən 150 km-ə qədər 50-80° və ondan yuxarıda bir neçə yüz, hətta bundan da çox dərəcəyə qədər artır. Temperaturun bu qatda belə sürətlə yüksəlməsinin səbəbi azot və oksigenin günəşin ultrabənövşəyi şüalarının sürətlə udulması ilə izah edilir. Temperatur 1000ºC qədər yüksəlir.
  • Qeyd etmək lazımdır ki, atmosferin 60 km-dən 400 km-ə hətta ola bilər ki, daha yüksəklikdəki təbəqəsində çox miqdarda elektrik yüklü zərrəcikləri təsadüf edilir. Buna görə də atmosferin yuxarı qatına ionosfer deyilir. İonosfer təbəqəsi əhəmiyyətli miqdarda atmosferin qazlarının ionlaşmış molekulları və atomlarından ibarətdir. 
  • Ekzosfer: Atmosferin termosfer qatı üstündə yerləşən yuxarı hissəsinə ekzosfer deyilir. Bu təbəqədə qazların zərrəcikləri çox seyrək olaraq o qədər, böyük sürətə malikdir ki, onların bir qismi, başlıca olaraq helium və hidrogenin zərrəcikləri yerin cazibə qüvvəsini dəf edərək, planetlərarası fəzaya gedirlər.

Atmosferin Quruluşu. Sxem (PDF)

Şərh yaz

Şərhinizi daxil edin!
Adınızı daxil edin