Janna Aliyeva

9 POSTS0 COMMENTS
http://rezonanss.com

Pol Sezan ilə bir fincan qəhvə

İmpressionist rəssam Pol Sezan (Paul Cezanne) 1839-cu il, yanvarın 1-də Fransanın cənub əyaləti Provansda anadan olmuşdur. İmpressionizmdən çox postimpressionizmdə adı çəkilən, impresionizmlə kubizm arasında körpü açan görkəmli fransız rəssamı modern sənətin banisi hesab olunur. Rəssamın əsərlərində ardıcıl olaraq impressionizmdən kubizmə keçişi bir film kimi izləmək olar. Pol Sezan ailəsinin böyük...

Pol Qogenin məşhur tablosunda şifrələnmiş 15 simvol

Modern sənətin öncüllərindən sayılan Pol Qogen (Paul Gauguin) 1848-ci ildə Parisdə anadan olmuşdur. Uşaq ikən ailəsi ilə birgə Peruya köçmüş və bir müddət orada yaşamışdır. Müvəffəqiyyətli kariyera və ailə həyatına sahib olan Qogen incəsənətə marağı ilə bağlı olaraq impressionist rəssamların rəsmlərini toplamağa başlamış və sərgilərdə iştirak etmişdir.  Lakin o, bir...

İmpressionist rəssam Edouard Manet və həyatı

İmpressionizm cərəyanı 19-cu yüzillikdə Fransada ortaya çıxmış və rəssamların işlərinə yeni bir ölçü gətirmişdi. Rəssamlar artıq öyrədilmiş akademik bilgilərlə deyil, obyekti özləri gördükləri qaydada çəkməyə, beləliklə, rəsmlərinə şəxsi fikirlərini qatmağa başladılar. Eduard Mane (Edouard Manet) fransız impressionist rəssamdır. Modern sənətin banisi olan Eduard Mane 23 yanvar 1832-ci ildə Parisdə anadan...

Sandro Botiçellinin “La Primavera (Spring)” əsəri

1440-1510-cu illərdə yaşamış Renessans dövr sənətkarı Sandro Botiçellinin şah əsərlərindən biri olan "La primavera"dan bəhs edəcəyəm. Üzərində onlarca nəzəriyyə qurulmuş bu əsər renessans dövrünün qiymətli sənət nümunəsidir. Bu əsər İtalyan əsilzadə ailəsi olan Mediçilərdən Lorenzo di Pierfrançeskonun  (Lorenzo di Pierfrancesco) toyu üçün sifariş edilmişdir. 1482-ci ilin yazı; İyun ayında sadəcə...

Məşhur italyan heykəltaraşı Donatello və onun sənətkarlıq nümunələri

Əsl adı Donato di Nicolo Betto Bardi olan məşhur italyan heykəltaraşı 1386-cı ildə Florensiyada anadan olmuş, 1466-cı ildə vəfat etmişdir. Donatello Renessans dövrünün görkəmli sənətkarlarındandır. Florensiyalı Donatello heykəltaraş olaraq tanınsa da, bununla bərabər rəssamlıq, memarlıq və zərgərliklə də məşğul olmuşdur. İtalyan heykəltaraşlarının bir çoxu kimi o da ilk öncə...

Üç dişli yabanın sahibi Poseydon

Yunan tanrıları arasında dənizin simvolu olan Poseydon (Poseidon) Zevsin (Zeus) qardaşıdır. Roma mifologiyasında adı Neptundur (Neptune). Anası Reya (Rhea), atası Krondur (Krónos). Kron Zevsdən başqa bütün uşaqlarını udaraq yemiş, Poseydon da onlardan biri olmuşdur. Reya oğlu Zevsi atasının əlindən qurtarmış, Zevs isə geri qayıdaraq atası ilə savaşmış və qardaşlarını Kronun içindən...

Albrext Dürerin ( Albrecht Dürer) “Melanxoliya I” adlı məşhur qravürasının mistik təsirləri

Orta əsrlərdə kəndli təbəqəsinin yoxsullaşması, epidemiyanın yayılması, işğallar nəticəsində kəndlərin yerlə yeksan olması və dini təzyiqlərin baş verməsi sənətkarlara da təsir göstərmiş və onların yaradıcılığında öz əksini tapmışdır. Qərb sənətkarları həmin dövrün insanlarının vəziyyətini,  çətinliklərini təsəvvürləri ilə birləşdirərək öz rəsmlərinə köçürmüşlər. Rəsmləri əsasən din, simvolika, metafizika və cadugərlik mövzularının...

“Sokratın ölümü”

Afinanı idarə edən demokratik cəmiyyət tərəfindən edama məhkum edilmiş Sokratın, zəhərli badyan içməmişdən bir neçə dəqiqə əvvəlini təsvir edən bu rəsm əsəri 1786-cı ilin payızında 38 yaşlı Jacques-Louis-David tərəfindən çəkilmişdir. Bu rəsm Afinalılara qarşı öz düşüncələrini ifadə etməsi və gənclərin əxlaqını pozma ittihamları nəticəsində  badyan zəhəri içərək ölümə məhkum...

Mifologiya və folklorda arı simvolizmi

Arılar yay aylarında bizim bağlarımızda olduğu kimi dünya folklorunda da zəngindir və  biz onları bəşəriyyət yaranandan bəri davamlı olaraq insan sənətkarlığında izləyə bilərik. Mifologiyada arı simvolu Qədim Şərq və Egey mədəniyyətinin yayıldığı ərazilərdən tapılmışdır. Onlar bu həşəratların müqəddəs olduğuna inanırdılar.  Arılar dünyanın müxtəlif yerlərində,  məsələn, İspaniyanın Paleolit, Hindistanın Mezolit qaya...