Nisə Qulizadə

59 POSTS0 COMMENTS
http://rezonanss.com

Samoslu Pifaqor və Pifaqorçuluq məktəbi

Pifaqorun təliminə görə insanlar yetkinliyə doğru inkişaf etməlidir. Buna da yalnız gözəlliyə, eləcə də faydalı şeylərə yönəlməklə çatmaq mümkündür. Məhz, pifaqorçular Yunanıstanda ilk dəfə “Kamil insan” ideyasını irəli sürmüşdülər. Bu da sonralar başqa dinlərdə və fəlsəfi təlimlərdə təkrarlanmışdır.

Heraklit kimdir?

Heraklitin həyatı Yunan fəlsəfəsinin ilk dövrlərində bir çox filosoflar heç bir fəlsəfi məktəbə bağlı olmayaraq müstəqil şəkildə fəaliyyət göstərmişdirlər. Onlardan biri də Heraklit (yun. təxminən m. ö. 530 – 470) olmuşdur. O, indiki Türkiyənin...

Milet məktəbi haqqında

Milet fəlsəfi məktəbi qədim yunan fəlsəfi məktəblərinin ilki olmuşdur. Milet şəhəri müasir Türkiyənin Qərbində, Ege dənizinin sahilində yerləşirdi. Bu məktəbi təmsil edən filosoflar ilk dəfə dini inanc və əsatirlərdə olan kosmoqonik (Kosmoqoniya-dünyanın yaranması haqqında nəzəriyyələrdir) və kosmoloji baxışlara elmi praktiki...

İdealizm, İrrasionalizm, Rasionalizm, Dramatizm nədir? – Fəlsəfə lüğəti

İDEALIZM fikirçilik-təsəvvürçülük: ideallıq, bir ideyaya bağlanmış olan və bu ideyadan fayda güdmədən bağlı qalan, düşüncənin əsl həqiqətolduğunu, bütün gerçəklərin əsası olduğunu, maddənin və əşyanın, zehin və düşüncənin bir məhsulundan ibarət olduğunu irəli sürən fəlsəfi bir baxımdır. İdealizm-fəlsəfi cərəyandır.İdealizm ruhi olanın, qeyri-maddinin birinciliyi və maddi olanın ikinciliyi...

Utopiya, Dualizm, Eksiztensializm nədir? – Fəlsəfə lüğəti

UTOPİYA -uydurulmuş və çox vaxt stastik, durğun sosial idealın təcəssümü olan cəmiyyət. DUALİZM – bir-birindən müstəqil, bir-birilə əlaqəsi çıxmayan yaxud da qarşısında olan iki ideyanın varlığını qəbul edən görüş. Duo-iki deməkdir. Həm dini inanc sistemində , həm də fəlsəfi...

Sofizm nə deməkdir və sofistlər

M. ö. V yüzillikdə tiranlıq və aristokratiya quruluşunun yerinə quldarlıq demokratiyası gəlmişdir. Bu quruluşda xalq yığıncaqları və azad məhkəmələrin böyük əhəmiyyəti olmuşdur. Ona görə də o zaman gözəl nitq söyləməyi və məntiqi mülahizələr irəli sürməyi bacaran adamlara ehtiyac yaranmışdır. Bu...

Vestibulyar hissiyyat (Müvazinət) – Ensiklopedik bilgi

Dəhliz analizatoru görmə və kinestetik analizator ilə birlikdə insanın məkan oriyentasiyasında vacib rol oynayır. Dəhliz analizatoru bədənin düzxətli və yaxud fırlanma hərəkətinin sürətlənməsini və yaxud ləngiməsi, həmçinin başın vəziyyətinin dəyişməsi barədə informasiyanı qiymətləndirir.

Beynimizin içində yaşayan “cücə adam”-Homunkulus nədir?

Homunkulus sözcüyünün əl-kimyada işlədilməsi tarixi, həmçinin bizə çoxalma,gestasiya,genetik mühəndislik və kibernetikanın ilkin təsvvürlərinin necə olduğu haqqında da məlumat verir. İntibah dövründə tibb elmində ana bətninin dölü qidalandırmaqdan başqa funksiyasının olmadığı, yalnız spermin mayalanmada əsas rol oynadığı düşünülürdü.

Uzunsov beyin-Medulla oblangata – Ensiklopedik bilgi

Əlavə beyindən uzunsov beyin və dördüncü mədəciyin aşağı hissəsi diferensiasiya edir. Uzunsov beyin, əlavə beyin qovuğunun – myelencephalon, törəməsidir. Əlavə beyin qovuğunun qalığı IV mədəciyin aşağı hissəsini təşkil edir.Uzunsov beyin arxa kəllə çuxurunda ənsə...