Pəri Abbaslı

9 POSTS0 ŞƏRHLƏR
http://rezonanss.com

Kadrların arxasına gizlənənlərdən – Vivian Maier

Vivian Meyrın kəşfinə nə səbəb oldu? Küçələrə düşüb fotoqrafiyaya xəbərsizcə töhfələr verən bir dayədən danışmaq çox həyəcanlıdır. 150.000-dən çox şəkli gizlədərək kəşf edilməsi üçün lazım olan vaxtı bir xeyli ləngidən bu qadının hekayəsi də, yəqin ki, çəkdiyi şəkillərdən az maraqlı olmayacaq. Yalnız 2009-cu ildə əşyalarını saxladığı depo borcları səbəbilə əşyalarını hərraca...

Qarpız qabığına yazılar yazmaq- Ali Lidardan seçmələr

Ali Lidarı sizə bir sıra romantik türk şairlərdən biri kimi tanış edə bilərəm. Ah Muhsin Ünlünü tanıyanlar artıq bu iki insan arasındakı əlaqəni yazılarından başa düşə biləcək, heç şübhəsiz. Yaradıcılığına - daha doğrusu, yaradıcılığının məşhurluğuna bir bloq halında başlayan Ali Lidar fəlsəfə müəllimi və həm də yazıçıdır. Aşağıda seçilən yazıları...

Tarixi “yaxşılıq” – Çəkilmiş ilk foto

Edisonun Teslaya etdiyi möhtəşəm "yaxşılıq"lardan sonra öyrəndiyim digər bir tarixi "yaxşılıq" da elə məhz Luiz Daqer (Louis Daguerre)'in Nikafor Nips (Nicéphore Niépce)ə etdiyi idi. Bu şəkil (ikisi də eyni şəkildir) dünyada bilinən ilk şəkildir: "Le Gras'ın pəncərəsindən görünüş" adı verilmişdir. Foto 1826-cı ildə çəkilmiş və Niepce'in "heliography" adlandığı fokuslanma tam...

Qırmızı qapıları qaraya boyamaq istəyənlər

"Full Metal Jacket", "The Devil's Advocate" kimi filmlərin son səhnələrində bütün filmin məcmuəsini bir növ daha da mənalandırmaq üçün istifadə edilən "Paint it, Black" mahnısı bizə nə demək istəyirdi? 6 may, 1966-cı il çıxışlı bu əfsanəvi mahnının 250-dən çox coveri olduğu deyilir. Bunların 95%-ni studiyoda yazılmış coverlər təşkil edir. Rəqəmlərin...

Həyatını sənətinə qurban verən fotoqraf – Werner Bischof

Özümü dünyanın əsl üzünü araşdırmağa məcbur hiss edirdim. Qənaətbəxş bir həyat sürmək istəyi bir çoxumuzun öz sərhədlərimizi də aşan möhtəşəm çətinliklərə korlaşmağımıza səbəb oldu. 26 aprel, 1916-cı ildə, İsveçrədə Werner Bischof dünyaya gəldi. Uşaqlıqdan müəllim olmaq arzusu onu arxasından bir xeyli qaçırtdısa da, 23 yaşında artıq o, azad bir fotoqraf...

“Ulduzlar atəşböcəyi zənn edilməkdən qorxmazlar” – Taqor

Taqor (Rabindranath Tagore) zəngin brahman ailəsində anadan olmuşdur. Gənc yaşlarından yaradıcılığa atılmış, 17 yaşında "Şairin tariхçəsi" adlı ilk poemasını çap etdirmişdir. Taqoru ümumi bir neçə açar sözlə başa salmalı olsaq, çalışdığı yüzlərlə sahənin adını çəkməkdə çətinlik çəkərik. Buna görə də şair, dramaturq, filosof, bəstəkar, rəssam ifadələrini işlətmək kifayət edə bilər. Onun...

Rəsm, musiqi və ədəbiyyatın birləşdiyi qüvvə – Paul Klee

1879-cu ilin 18 dekabr ayında sanki dünyadaki cərəyanların bir çoxuna cavab olaraq doğulan Paul Klee deyirdi: "İncəsənətlə yaradılışın arasında bənzərlik var. Necə ki, yer üzü kainatdan bir nümunədir, incəsənət də hər zaman bir nümunə sayıla bilər". Oryantalizmlə yaradıcılığa başlayan Klee daha sonradan ekspressionizm, sürrealizm, kubizm kimi bir çox yeni axımlara...

Ursula K. Le Guin – Gözəlliklə bağlı düşüncələr

Ursula K. Le Guin'in 1992-ci ildə yazdığı "İtlər, Pişiklər və Rəqqaslar: Gözəllik barədə düşüncələr" (Dogs, Cats and Dancers: Thoughts about Beauty) başlıqlı məqaləsi, insanı və gözəlliklər barəsində düşüncələri aydınlatmaq üçün pişik və it kimi metaforlara üz tutan ən uğurlu mətnlərdən biridir. Günümüzdə hələ də müzakirə mövzusuna çevrilə bilən bu...

Gördüklərimizlə kim olduğumuzu bərabərləşdirən adam – Ernst Haas

Ernst Haas 1921-ci il 2 martda Vyanada doğuldu. Gənclik dövrlərində tibbə və rəsmə böyük maraq göstərsə də, gələcəkdə parlaq bir foto-jurnalist kimi məşhurlaşacaqdı. İkinci Dünya Müharibəsi dövrlərinin fəsadları yavaş-yavaş aradan qalxarkən o, öz işini inkişaf etdirməyin dərdində idi. Başlanğıcda, şəkillərin estetik imkanları ilə maraqlanırdı və ilk işlərində Werner Bischofun təsirini...