Samir Qulamzadə

26 POSTS0 ŞƏRHLƏR

Ən mühüm astronomik tarixlər və kəşflər (20-ci əsrin sonlarına qədər)

B.E. əvvəlki illər e.ə. 3000 – Misirdə, Babilistanda və Çində astronomiyaya aid ilk qeydlər. e.ə. 1100 – Ekvatorun ekliptikaya meyli (Çu Konq, Çin). e.ə. 360 – Yer, Ay və digər göy cisimlərinin kürə şəklində olması haqqında təsəvvürlərin müdafiəsi üçün sübutların irəli sürülməsi (Aristotel, Yunanıstan). e.ə. 280 – İsgəndəriyyə astronomları tərəfindən ulduzlu göyün sistematik müşahidələrinin başlanması (Aristill, Timoxaris). e.ə....

Bürclər nədir? – Ulduz xəritələri

Bürclər. Ulduzlu göylə buludsuz gecədə, Ayın işığı zəif ulduzları müşahidə etməyə mane olmayanda tanış olmaq lazımdır. Sayrışan ulduzlar səpələnmiş gecə göyünün mənzərəsi gözəldir. Onların miqdarı elə bil ki, saysız-hesabsızdır. Lakin bu, yalnız göyə diqqətlə baxana və qarşılıqlı vəziyyətlərinə görə dəyişməz olan tanış ulduz qruplarını göydə tapmağı öyrənənə qədər...

Astronomik müşahidələr və teleskoplar

Teleskop əsas astronomiya cihazıdır. Teleskopun vəzifəsi – tədqiq olunan obyektdən mümkün qədər çox işıq toplamaq və (vizual-müşahidələrdə) obyektin görünən bucaq ölçülərini böyütməkdir. Teleskopun əsas optik hissəsi işığı toplayan və mənbənin xəyalını verən obyektivdir. Əgər teleskopun obyektivi linza və ya linzalar sistemindən ibarətdirsə, teleskop refraktor (şəkil 1), çökük güzgüdən ibarətdirsə, reflektor adlanır (şəkil...

Qalaktika və ulduzların yaranması

Kainat təkamülünün ilkin mərhələsində, yəni temperaturun 4000 K-dan böyük olduğu vaxtda, elementar zərrəciklər və güclü şüalanmanın qarışığı olan plazma mühitindən ibarət olmuşdur. Bu vaxt şüalanma enerjisi maddə zərrəciklərində (nüvə maddələrində) toplanan enerjidən çox idi. 4000 K-dan aşağı temperaturlarda isə enerjinin əsas hissəsi maddə zərrəciklərində (məsələn, atom nüvəsində) toplanır. Maddənin qalaktikalar...

Kainatın Fridman modeli

Kainatın inkişafının ümumi qanunauyğunluqları kosmoloji modellərin qurulmasına imkan verir. Kosmologiya ayrı-ayrı göy cisimləri və onların sistemlərini deyil, bütövlükdə Kainatın quruluşu və inkişafını öyrənir. Nyuton mexanikasına əsaslanan modeldə Kainat Evklid həndəsəsinə tabe olan sonsuz fəza kimi təsvir olunub. Bu fəzada vaxt həmişə və hər yerdə bərabər sürətlə “axır”. Kainat zaman və məkanca...

Habll qanunu və Kainatın əsas xarakteristikaları

Kainatın quruluşunu təsəvvür etmək üçün aşağıdakı müşahidə faktlarından istifadə edilmişdir: mikrodalğalı diapazonda Kainatın relikt şüalanma fonunun kəşfi (A.Penzias və R. Vilson, ABŞ, 1965); qalaktikaların bir-birinə nəzərən böyük sürətdə uzaqlaşmaları (Habll, 1923); Kainatda əsas kimyəvi elementlər olan hidrogen və helium elementlərinin nisbəti (75%; 25%). Kainat quruluşunun müasir modelinə verilən əsas tələb...

Kainatın mənşəyi və təkamülü – Böyük partlayış

  Kainatın yaranması, quruluşu, inkişafı və təkamülünün tədqiqi problemi təkcə astronomiyanın deyil, bütün təbiət elmlərinin, müxtəlif fəlsəfi və dini baxışların da əsas problemidir. Problemin həllində ilk addım Kainatın başlanğıc halına yaxın mərhələdə onun kimyəvi tərkibi və oradakı fiziki şəraiti müəyyən etməkdir. 1946–1948-ci illərdə Q.A.Qamov (ABŞ) Kainatın mənşəyi və təkamülünün nəzəri...

Astronomiya nədir? (Üçüncü hissə)

Astronomik müşahidələr. Astronomik müşahidələrin əksəriyyəti görünən işıq və digər elektromaqnit radiasiyasının qeydiyyatı və təhlilidir. Astronomik müşahidələr ölçülərin alındığı elektromaqnit spektrinin ərazisinə görə bölünə bilər. Spektrin bir hissəsi Yerdən (yəni, Yer üzündən) müşahidə oluna bilər, digər müşahidələr yalnız yüksək hündürlüklərdə və ya Yer üzündə (Yerin orbitində kosmik gəmilərdə) hazırlanır. Bu araşdırma...

Astronomiya nədir? (İkinci hissə)

Astronomiya tarixi. Yerdəki insanlar mövcud olandan bəri həmişə göydə gördükləri ilə maraqlanırdılar. Qədim dövrlərdə hətta səmada göy cisimlərinin hərəkətinin və havadakı dövr dəyişmələrinin qarşılıqlı əlaqəsini görürdülər. Astronomiya o zamanlar tamamilə astrologiya ilə birləşik idi. Elmi astronomiyanın astrologiyadan tamamilə ayrılması Renessans dövründə baş verib və bu, uzun müddət çəkib. Astronomiya bəşəriyyətin praktiki...

Astronomiya nədir? (Birinci hissə)

Astronomiya (yunan. ἀστρο «ulduz» və νόμος «qanun») – göy cisimlərinin və sistemlərin yerləşməsini, hərəkətini, quruluşunu, yaranmasını və inkişafını öyrənən kainat haqda olan elmdir. Astronomiya, əsasən, Günəş və digər ulduzları, Günəş sisteminin planetlərini və onların peyklərini, ekzoplanetləri, asteroidləri, kometləri, meteoritləri, planetlərarası və ulduzlararası maddələri, pulsarları (kosmik mənşəli radio, optik,rentgen və qamma şüalarının...