Şıxəmməd Əyyubov

51 POSTS0 ŞƏRHLƏR
Bakı Mühəndislik Universitetində Kompüter mühəndisliyi üzrə təhsil alıram. Hobbi olaraq maraq dairəmdə olan mövzulardan yazıb, tərcümə edib bloqda paylaşmağı sevirəm.

Kvant nəzəriyyəsi: kvant dolanıqlıq və teleportasiya

Sadəcə bir neçə atom istifadə edərək bir yerdən başqa bir yerə kvant şüalanma yolu ilə (teleportasiya) gələcəyə səyahət etmək?! Niyə də olmasın?  Kvant dolanıqlıq anlayışı da tam bu yerdə yada düşür. Kvant şüalanma (teleportasiya) yolu ilə kilometrlərlə uzağa eyni anda məlumat mübadiləsi mümkün olarkən, keçmişdən gələcəyə bir kvant mesajı...

Yerdə tapılan ən böyük kosmik daş: Hoba meteoridi

1920-ci ildə Cənubi Afrika ölkəsi olan Namibiyda kəşf edilən Hoba meteoridi bu zamana qədər Yerdə tapılan ən böyük kosmik daşdır. Tərkibi müxtəlif metallarla zəngin olan bu meteoridin planetimizə tam olaraq nə zaman düşdüyü isə hələ də dəqiq bilinmir. Tədqiqatçılar Yerlə toqquşmaq yaşını 80.000 ildən artıq olmadığını təxmin edirlər. Yer atmosferinə...

Gözləri teleskop kimi işləyən canlı

Adətən okeanlarda, dənizlərdə yaşayan canlılar çox zaman qeyri-adi göz quruluşları ilə diqqət çəkirlər. Belə canlılardan biri də dəniz darağıdır (scallop). Bu canlı qeyri-adi görmə sistemi ilə digər canlılardan fərqlənir. Dəniz daraqlarının 200 gözü var. Bu gözlərin hər birində işığı fokuslayan bir linza əvəzinə reflektor (güzgü) var. Bioloqlar 1960-cı ildən...

Ən Yaxşı Riyaziyyat Filmləri

Əgər riyaziyyat həvəskarsınızsa, ədədlərlə aranız yaxşıdırsa və ya məntiqi sevirsinizsə, riyaziyyat dolu bu filmləri mütləq izləməlİsiniz.   Hidden Figures – 2016 – IMDb: 7.9 Film üç afroamerikan qadın elm xadiminin NASA-dakı uğurundan və 1962-ci ildə kosmosa çıxaraq Yer ətrafında fırlanan ilk astronavt Con Qlennin (John Glenn) oradakı missiyasına qatqılarından bəhs edir. Marqot...

Ölən Birini Həyata Geri Qaytarmaq Mümkündürmü?

Ürək döyüntüsü, beyin aktivliyi ya da nəbz olmadıqda hamı ölümün qaçınılmaz olduğu qənaətinə gələcək. Amma vəziyyəti əksinə dəyişdirə bilərsiniz. Arizona Universitetindən Pitr Ri (Peter Rhee) və Merilend Universitetindən Semuel Tişermen (Samuel Tisherman) ölü bədənləri “suspended animation” adlanan “asqıda (gözləyən) canlandırma”, “anabioz” metodu ilə saatlarla həyatda tuta bilirlər. Hələlik sadəcə heyvanlar üzərində...

Fəza-Zaman Dolanıqlığın Bir Məhsulu Ola Bilər

Fizikanın əsas nəzəriyyələrindən olan Ümumi Nisbilik nəzəriyyəsi ilə Kvant mexanikası arasında potensial körpü kəşf edildi və artıq zaman və məkanın təbiəti haqqında yenidən düşünmək lazım gələ bilər. Albert Aynştaynın (A.Einstein) Ümumi Nisbilik nəzəriyyəsi cazibəni fəza və zamanın geometrik bir özəlliyi olaraq tərif edir. Bir cismin kütləsi nə qədər böyük olarsa, fəza-zamanda...

Şans Yoxsa Riyaziyyat? Monty Hall Problemi

Bəzi problemler vardır ki, ilk dəfə qarşımıza çıxanda son dərəcə asan görünməsinə baxmayaraq bir az daha dərin düşünəndə beyin yandırıcı bir problem olduğu üzə çıxır. Məhz bu yazıda belə bir problemden bəhs edəcəyik: Monty Hall problemi… Bu problemdə əslində riyaziyyatın insan hislərinə necə zidd olacağını görəcəyik. Problemin mənbəyi ABŞ televizyalarında 1963-cü...

Səttar Bəhlulzadə

Azərbaycan təsviri incəsənət tarixində doğma təbiətin gözəlliklərini tərənnüm edən sənətkarlar az olmamışdır. Azərbaycan mənzərəsinin füsunkar gözəlliyini öz əsərlərində əks etdirən yaradıcı sənətkarlar sırasında Behzadın, Soltan Məhəmmədin (XVI əsr), Bəhruz Kəngərlinin (XX əsr) adları çəkilə bilər. Həssas sənətkar qəlbinə malik olan bu rəssamlar öz incə təsvirləri ilə insanda təbiətə qarşı böyük...

S. Hawking: “Soxulcan Dəlikləri Və Zamanda Səyahət”

XX əsrin əvvəllərinə qədər insanlar mütləq zamana inanırdılar. Yəni hər hadisənin “zaman” deyilən bir ədədlə birmənalı əlaqələndirilməsi mümkün olmalı və doğru işləyən bütün saatlar iki hadisə arasındakı zaman intervalını ölçərkən eyni nəticəni göstərməli idilər. Ancaq hərəkətindən asılı olmayaraq, bütün müşahidəçilər üçün işıq sürətinin eyni olduğunun kəşfi Nisbilik nəzəriyyəsini yaratdı...

Pareto qanunu, Pareto prinsipi və ya 20-80 prinsipi 

Pareto qanunu, Pareto prinsipi və ya 20-80 prinsipi iqtisadçı və sosioloq Vilfredo Paretonun şərəfinə adlandırılmış empirik qaydadır. Mahiyyət etibarilə qısa formada belə qeyd etmək olar: əməyin 20%-i nəticənin 80%-ni təmin edir, geridə qalan 80% sərf olunmuş əmək isə cəmi 20% nəticənin yaradıcısıdır. Bu qayda-qanun  müxtəlif istiqamətli fəaliyyət sferalarında effektivlik faktorlarının analizində istifadə olunur və belə...