Ziya Mehdiyev

344 POSTS2 ŞƏRHLƏR
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Aqnostisizm nədir? // Fəlsəfə lüğəti

AQNOSTİSİZM – dünyanın dərk olunması imkanını tamamilə və ya qismən inkar edən təlim.   Fəlsəfə terminlərinin izahlı lüğəti,2014

Aqnozia nədir? // Fəlsəfə lüğəti

AQNOZİA [alm = fr. Agnosie; ing. Agnosia; osm. tr. fıkdan-i marifet-i hissiyye; ər. ٌفمذا يؼشفح حُحغ – [hiss orqanlarında hər hansı bir pozğunluq, yaxud, əksiklik olmamasına rəğmən idrakın olmaması, pozulması. Kəlmə yunan dilindən digər dillərə keçmişdir. Hərfi mənada bilinməyən, məlum olmayan deməkdir. Sokrata görə aqnozia fəlsəfədə sualları cavablamaq üçün əsas istinadgahın olmaması, yaxud hardan başlayacağını...

Aksiya, Akt, Aktivizim, Aktual, Aktuallaşdırma nədir? // Fəlsəfə lüğəti

AKSİYA Hərəkət, iş. Sxolastik fəlsəfədə Aristotelin anergia = reallaşdırma, aktlaşdırma, həyata keçirmə mənaları ilə üst-üstə düşür AKTİVİZM – anlam olaraq varlığın dəyişkənliyini bildirən məfhumdur. Bu dəyişkənlik əsasən var olan şeyin zərurətini üzə çıxartmaqdan ötrü istifadə edilir.   Fəlsəfə terminlərinin izahlı lüğəti,2014

Aksiologiya və Aksiom nədir? // Fəlsəfə lüğəti

AKSİOLOGİYA – – dəyərlər mahiyyətinin fəlsəfi tədqiqi. Aksiologiya termini mədəniyyətşünaslığın və fəlsəfənin ortaq termini kimi götürülməlidir, çünki hər iki elm sahəsi mümkün imkanlarından istifadə edərək bu vəya digər dərəcədə insani dəyərlər sistemini və onun cəmiyyətdəki yerini öyrənir. Məhz bu tədqiqlərin sayəsində insana, onun gündəlik həyatında var olan yaxud olmayan faydalı, zəruri, yaxud zərərli və qeyri-zəruri...

Akkulturasiya və Aksidensiya nədir?// Fəlsəfə lüğəti

AKKULTURASİYA – mədəniyyətlərin qarşılıqlı nüfuzu deməkdir. Bu halda müstəqil mədəniyyətlərin öz əvvəlki modelləri dəyişikliyə məruz qalır.   AKSiDENSİYA - əşyanın mühümdən, substansional olandan fərqli müvəqqəti, keçici, qeyri mühüm xassəsi. Aksidenisya termini əvəzinə dilimizdə daha çox tarixən ərəz termini işlənilirdi. Bu anlamda aksidensiya nisbətən, yeni, modern bir termindir və avropa mənşəli hesab olunur.   Fəlsəfə terminlərinin izahlı lüğəti,2014

Affekt nədir? // Fəlsəfə lüğəti

AFFEKT – insanın əhvaldan və ehtirasdan (hissdən) fərqli olaraq güclü, coşqun baş verən və nisbətən qısamüddətli olan emosional həyəcanı, qəzəbi, dəhşəti və s. Affekt kəskin ifadəli hərəkətlərlə (spesifik mimika və əl hərəkətləri) və səs reaksiyaları (ağlama, qışqırıq) ilə müşayiət olunur. Bəzən də, əksinə həyəcandan donub qalma baş verir. Affektin zahiri, xarici ifadə formaları,...

Ağıl nədir? // Fəlsəfə lüğəti

AĞIL – hissiyyatın qarşılığı olaraq düşünmə, anlamaq, dərk etmək qabiliyyəti arasında məcburi əlaqələr qurmaq qabiliyyəti. Ağıl insanın ən yüksək təfəkkür qabiliyyəti hesab edilir və insanın məhz insan olma xüsusiyyətini özündə təcəssüm etdirir, onu digər canlılardan fərqləndirir. Ağıl kəlməsi bəzən ərəb dilindən keçmə əql sözü ilə eyniləşdirilir ki, bu da əslində doğrudur, lakin...

Adekvat nədir? // Fəlsəfə lüğəti

ADEKVAT mahiyyət etibarı ilə digər qarşılığını tam mənası ilə qarşılayan, ehtiva edən düşüncə tərzidir   Fəlsəfə terminlərinin izahlı lüğəti,2014

Adət nədir? // Fəlsəfə lüğəti

ADƏT [ing. Habit; ər. آدج –[müəyyən etnik birlik daxilində qəbul edilmiş davranış qaydalarıdır. Adətlər və ənənələr hər hansı bir xalqa, topluma, hətta kiçik topluma da aid ola bilər. Adətlər bu sosial birliklərin yüz, hətta min illərdən süzülüb gələn köklərə malikdir.   Fəlsəfə terminlərinin izahlı lüğəti,2014  

Abstraksiya və Abstrakt nədir? // Fəlsəfə lüğəti

ABSTRAKSiYA – [ing. Abstraction; ru. Абстрактный; lat. Abstractio – ayırma, təcridetmə; ər. ذَذجش – [mücərrədlik. Elmi tədqiqat metodudur. Obyektiv aləmi dərk etməyə istiqamətlənmişdir.   ABSTRAKT [lat. Abstractio – mücərrəd; ər. يجشد [tamın bir tərəfi, birtərəfli, sadə, inkişaf etməmiş olan hissəsi. Dilimizdə işlək ifadə kimi, ərəbcədən keçmə mücərrəd ifadəsi də mövcuddur.   Fəlsəfə terminlərinin izahlı lüğəti,2014