Avanqardizm

Post date:

Author:

Category:

 AVANQARDİZM, a v a n q a r d (red.  “Avanqardizm”məqalədə qısaca “A” hərfi ilə işarə olunub) 20-ci əsr ədəbiyyatı və incəsənətində bədii ənənələr ilə əlaqəni kəsən və yaradıcılıqda prinsipcə yeni formaların işlənib hazırlanması məqsədilə eksperimentin zəruriliyini elan edən hərəkatların məcmusu.
“Avanqard” məfhumu fransız tənqi– dində artıq 19 əsrin ortalarından ədəbiy– yat və incəsənətin bəzi təzahürləri ilə əlaqədar işlədilirdi (Q.D. Laverdan, Ş. Bodler). Müasir anlamda “Avanqardizm” termini 20-ci əsr incəsənətinə aid edilir; A. daha çox modernizmin ən radikal forması kimi şərh olunur. Daimi antiənənəçilik onun üçün hər zaman başlanğıc nöqtəsi olsa da, Avanqard sərhədlərinin mütəhərrikliyi və plüralizmi ilə seçilir, ardıcıl düzülmüş estetik postulatlar sistemi deyildir, öz proqramlarını həyata keçirən çoxsaylı məktəblər və istiqamətlər halında fəaliyyət göstərir.

A. məktəbləri üçün azömürlülük səciyyəvidir; onlar çox vaxt bir-biri ilə konfliktdədir, çünki hər biri təklif etdiyi yolun incəsənətdə unikal olduğunu iddia edir. Lakin bədii dil sahəsində eksperimentçiliyə və yeniliyə köklənmənin özü A.-in başlıca xüsusiyyəti olaraq qahr və haqqında bütün 20 əsr ərzində fərqli formalarda çıxış edən vahid tendensiya kimi danışmağa imkan verir. Eyni zamanda bir çox görkəmli sənət– karların yaradıcılığı (V.V. Kandinski, A. Matiss, İ.F. Stravinski, S.S. Prokofiyev, P. Hindemit, D.D. Şostakoviç, V.V. Mayakovski, V.E. Meyerxold, M. Reynhardt, L. Bunyuel, C. Balançin, X.L. Borges və b.) A.-lə yalnız qismən bağlıdır (yaradıcılıq bioqraüyalarında “avanqardizm mərhələsi” yaratmaqla), A. axtarışları əksər hallarda bilərəkdən epatajlı idi, teatr və musiqi premyeralannda, vernisajlarda, poeziya gecələn’ndə qalmaqal yaratmağa yönəlirdi. Ənənələrdən kənarda başa düşülməyən əsərin mənasını avanqardçılar A.–in yaradıcılıq praktikası üçün mühüm komponentə çevrilmiş manifestlərdə və şərhlərdə izah edirdilər.

C. De Kiriko, “Sevgi nəğməsi” 1914

Nataliya Qonçarova, “velosipedçi”, 1913

Tanınan və həyati gerçəkliyə uyğun formada dünyanın təcəssümü prinsipinə qarşı A. alogizmin və qroteskin müxtəlif formalarının inkişafına güclü stimul verən bədii deformasiya ideyasını qoyurdu. Bədii sistemin qurulmasının xüsusi üsulları yaranırdı: süjetin həddindən artıq şifrlənməsi (yaxud olmaması), formal elementlərin münaqişəli əlaqəsi, müxtəlif zaman kəsiklərinin qovuşması, reallığın mit’ıkləşdirilməsi. A. deformasiyaların şərti dilini çox vaxt ibtidai mədəniyyətlər, qeyri-peşəkarların, ruhi xəstələrin, eləcə də uşaq yaradıcılığı (bax primitivizm), həmçinin 20 əsrin texnisizmi və urbanizmi vasitəsilə əsaslandırırdı. A. hamı tərəfındən qəbul edilmiş anlayışları və təsəvvürləri parodiya etməklə gerçəkliyin rasional mənzərəsinin məhdudluğunu və natamamlığını nümayiş etdirir (ekspressionizm, absurd teatrı, qara yumor), onu şüuraltı, inikasaqədərki hislər aləmi ilə əvəzləyiıdi (sürrealizm). A.–in bəli isliqıımətləıi incəsənətin əsl mahiyyəti barədə təsəvvürləri dəyişərək, estetik obyektin avtonomluğu prinsipinə qarşı incəsənətin sosial təsirini, şok xarakterli psixoloji terapiyanı (futurizm, dadaizm) qoyur. ifrat hallarda isə spontnnlıq (sürrealistlərin avtomatik yazısı, F.T. Marinettinin “azadlıqda olan sözlər”i, “birbaşa təsir edən incəsənət”) naminə estetik vasitələrdən ümumiyyətlə imtina edir. A. müxtəlif interpretasiyalar üçün açıq olan improvizasiyalı mətn kimi oxucunu, tamaşaçını, dinləyicini müəlliflə müştərək yaradıcılıq prosesinə cəlb edən əsər ideyasını irəli sürürdü. Bu “açıq sistemdə” A.–in həyat ilə sənət, əsər ilə kütlə arasındakı sərhədləri dağıdaraq, incəsənəti muzey, teatr, konsert zalı və s. hüdudlarından kənara çıxartmaq cəhdi ifadə olunurdu. A. formalaşmış bədii sənətlər sistemini rədd edərək, çox vaxt müxtəlif bədii yaradıcılıq növlərini birləşdirən yeni eksperimental formalar yaradırdı: “rəssam teatrı” (yaxud plastik teatr), “kinorəssamlıq” (abstrakt animasiyalar), işıq–musiqıi, “məkan musiqisi”, “instrumental teatr”, lettrizm, konkret poeziya və s. Kubizm rəngkarlığında kəşf edilmiş kollaj tezliklə digər incəsənət növləri tərəfındən mənimsənildi. Teatr tamaşalarına kinoproeksiyaların, musiqinin “canlı” ifasına səsyazmanın (o cümlədən danışığın, səslərin), rəssamlıq tablolarına və xoreoqrafik tamaşalara söz mətnlərinin, kinofilmlərə rəngkarlıqdan və ədəbiyyatdan sitatların daxil edilməsi avanqard kollajın tipik təzahürləridir.

J. Brak (George Braque),”(Le Viaduc de l’Estaque)”, 1907-08

Digər tərəfdən, A.·in bütün tarixi boyu proqram məqsədi ayrı–ayrı sənət sahələrinin növ xüsusiyyətlərini üzə çıxarmaq, onları “kənar” komponentlərdən xilas etmək idi (“teatrın teatrlaşdırılmassı”, “təmiz boyakarlıq”, “fotogenik kino”). Formal elementar (öz-özlüyündə söz və onun ədəbiyyatda səs aspekti, rəngkarlıqda rəng və xətt, musiqidə səs materialı, zil və ritmik strukturlar, teatrda rejissor priyomları və səhnəqrafıya effektləri, kinoda montaj, işıq və kadr kompozisiyası) mimetik başlanğıcı (tamaşanın, yaxud fılmin təsviri motivi, dramaturji əsası) sıxışdıraraq ön plana keçirdi. Abstraksionizmin bərqərar olması ilə, xüsusilə onun sonrakı təzahürlərində, reallığı əks etdirmək məqsədindən azad olunmuş formal struktur özünü təmin edir, ifadə vasitələri özünə yönəlir, əsərin yeganə məzmununa çevrilir. Gələcəyə meyillənmə, utopik həyat quruculuğu pafosu və bunun nəticəsi olaraq sol ideoloji cəhətlər (rus futurizmi və konstruktivizm, Bauhauz, alman ekspressionizmi, sürrealizm, xüsusilə onun ədəbiyyat qanadı) erkən A.–in bir sıra istiqamətləri üçün səciyyəvi idi. Özünün “inqilab incəsənəti” olduğunu dərk edən A. 1930-cu illərin əvvəllərində totalitar rejimin qalib gəldiyi ölkələrdə “antixalq”, “formalist” cərəyan kimi tanınır, nasist Almaniyasında isə “degenerativ incəsənət” kimi lağa qoyulurdu. A.-in ən əhəmiyyətli məktəbləri və hərəkatları (kubizm, futurizm, dadaizm, sürrealizm, ekspressionizm) 1920–30–cu illərdə öz inkişaflarının əsas mərhələsini başa çatdırdı. Müharibədən sonrakı dövrdə abstraksionizmin pop-art, absurd teatrı, “yeni roman”, konkret poeziya kimi yeni cərəyanları meydana çıxdı. Heppeninq, performans, bodi–art kimi dinamik formalar, real məkanda iş üsulu kimi installyasiya (red.environment, land art) yarandı. A.·in yeni dalğası məkan və tamaşa sənətləri, musiqi, rəqs elementlərini video-art, flüksus. eksperimental kino kimi sintetik formalarda birləşdirdi. 1960-70-ci illərin cərəyanları arasında dəqiq sərhəd çəkmək mümkün deyildir; hüdudsuz, həyatdan fərqlənməyən, istənilən məkanda və istənilən məqamda öz-özünə yaranan total sənət prinsipi “açıq sistem”in ən son ifadəsidir. Bir çox avanqard yeniliklər müasir incəsənətdə kök salmış, adi praktikaya çevrilmişdir. A.in ən yaxşı nümunələri 20 əsr ədəbiyyatının, təsviri sənətinin, musiqisinin, kino və teatrının klassik əsərləri sırasındadır.

Kazimir Maleviç. Suprematizm. 1916

 

Təsviri incəsənətdə Avanqardizm

A. ilkin olaraq təsviri sənətdə meydana gəlmiş və bədii yaradıcılığın digər sahələrinə əhəmiyyətli təsir göstərmişdir. 20 əsrin əvvəllərində fovizm (A. Matiss, R. Düfi, A. Deren, M. Vlamink və b.), kubizm (P. Pikasso, J. Brak, X. Qris və b.), ekspressionizm (Almaniyada · L. Kirxner, M. Pexşteyn, V.V. Kandinski, F. Mark, O. Diks və b.; Fransada J. Ruo, X. Sutin; Avstriyada E. Şile, A. Kubin, O. Kokoşka), italyan futurizmi (U. Boççoni, K. Karra, C. Balla), rus kubofuturizmi (D.D. Burlyuk, O.V. Rozanova), metafizik boyakarlıq (C. De Kiriko, Karra) kimi cərəyanlar sürətlə bir–birini əvəz edirdi. Həmin cərəyanların çoxunun daxilində yaranan primitivizm təmayülü artıq M.F . Larionovun, M. Şaqalın, N.S. Qonçarovanın, P.P. Konçalovskinin, A.V. Lentulovun, İ.İ. Maşkovun, A.V. Kuprinin, R.R. Falkın yaradıcılığında müstəqil cərəyan kimi çıxış edirdi. Bu təmayül P.N. Filonovun analitik incəsənət metodunda, P. Kleenin boyakarlıq və qrafikasında, Q. Murun heykəltəraşlıq əsərlərində özünəməxsus tərzdə ifadə olunurdu. Dünyanın müxtəlif ölkələrində, demək olar ki, eyni zamanda abstraksionizmin yeni formaları meydana gəlirdi (Kandinski, Mark və F. Kupkanın boyakarlığı, P. Mondrianm neoplastisizmi, R. Delone və S. Delone-Terkin orfizmi və s.). Bin’nci dünya müharibəsinin əvvəllərində beynəlxalq dadaı’zm hərəkatı yarandı (H. Arp, K. Şvitters, F . Pikabia). Bu mərhələdə A.-nın sonrakı inkişafını müəyyənləşdirən estetik prinsipləri – forma dəqiqliyi; tamaşaçı qavrayışını fəallaşdıran açıq struktur; ətraf maddi mühitə çıxış (P. Pikasso, J . Brak, H. Arpın kollajları; Pikassonun ağac, karton və metal qırıntılarından düzəldilən heykəlləri; K. Şvittersin “sayrışan” əsərləri) yaranırdı.

Maks Pexşteyn (Max Pechstein), “modellpause”, 1925

1920-ci illərdə sürrealizm cərəyanı (M. Ernest. X. Milo. S. Dali, heykəltəraş A. Cakometti). rus konstruktivizmi onun alman (Bauhaus ustalarının funksionilzmi) və holland (“De Stijl” qrupu) paralelləri aparıcı rol oynayırdı. Həyatı sənət vasitəsilə dəyişdirmək pafosu memarlıqdizaynda da özünü göstərirdi (V. Qropius, Le Korbüzye, L. Mis van der Roe. rus konstruktivizmində A.M. Rodçenko, V.F. Stepanova, V.Y. Tallin və b.). İkinci dünya müharibəsindən sonra abstraksionizmdə realist cərəyanlara əks olan müxtəlif istiqamətlər yarandı. ABS-da abstrakt ekspressionizm, Avropada taşizm əsas diqqəti rəssam jestinin ifadəliliyinə, rəssamın rəng və kətanla fıziki iş prosesinə yönəldirdi. Təsviri süjeti olmayan “hərəkət boyakarlığı” kətandan kənara çıxışı, dinamik prosesin real məkanda davamı ideyasını hazırlayırdı. 1960–cı illərdə dadaizmin ideyaları və praktikası əşyalarla işləməyin müxtəlif üsullarında, real mühitə ekspansiyada yenidən canlanmağa başladı.

Azərb. rəssamlarından C. Mircavadov, K. Əhməd, Q. Əfəndiyev, T. Cavadov, Ə. Murad və b. A. üslubunda bir sıra əsərlər yaratmışlar.

Strazburqdakı “Aubette” nin rəqs salonu, Jean Arp (De Stijl)

Ədəbiyyatda Avanqardizm

Ədəbiyyatda A.·in ilkin mərhələsi bütün əvvəlki ədəbi ənənələrə qarşı çıxaraq xüsusi poetik dil (aqrammatizm, sintaksisdən imtina və s.) yaradan futurizmlə (İtaliyada F.T. Marinetti; Rusiyada V.V. Mayakovski, V. Xlebnikov. A.Y. Kruçyonıx) bağlıdır. 1910–cu illər

də insan psixikasının böhranlı vəziyyətinə uyğun gələn kəskin, coşqun ifadəliliyə malik Avstriya-alman ekspressionizmi (F. Kafka, L. Frank, Q. Kayzer, E. Toller, Q. Benn, Q. Trakl, gənc B. Brext); A. ədəbiyyatında kollaj, montaj, mətnin tipoqraifik tərtibatı ilə bağlı eksperimentlərin yayılmasında mühüm rol oynayan alman və fransız dadaizmi (X. Ball, R. Hülzenbek, T. Tsara, A. Breton və b.) formalaşdı.

20 əsrin ilk onilliklərində müxtəlif milli ədəbiyyatlarda bədii dilin yeniləşməsini əsas vəzifə kimi qoyan A. cəyanlanları [Rusiyada konstruktivizm (i. L Selvinski, V. A. Luqovskoy və b. ); ingilisdilli
poeziyada imajizm və vortisizm (U. Lyuis, E. Paund və b.), ispandilli poeziyada kreasyonizm (V. Uydobro) və ultraizm (X. Diyeqo, P. Qarfias); Almaniyada (K. Xiller və b.) və Macarıstanda (L. Kaşşak) aktivizm] meydana gəldi. 1920–ci illərin əvvəllərindən insan psixikasının irrasional şüuraltı dərinliyini ifadə etmək üçün yeni üsullar (avtomatik yazı və s.) yaradan sürrealizm (A. Breton, L. Araqon, P. Elüar və b.) A. ədəbiyyatında əsas istiqamət oldu; çex poetizmi (V. Nezval, Y. Seyfert) sürrealizmə yaxın idi.

 

“Andre Breton”

20 əsrin ortalarında A.·in yeni istiqamətləri yarandı: absurd teatrı (E. İonesko, S. Bekket); fransız “yeni roman”ı (N. Sarrot, A. Rob-Qriye, M. Byutor və b.) və poetik lettrizm (İ. İzu və b.); Amerika bitniklərinin (A. Ginzberq, C. Keruak) yaradıcılığı.

1950-ci illərin əvvəllərindən Qərbdə konkret poeziya inkişaf edir, akustik poeziya üsulları geniş yayılırdı. 1960-cı illər fransız şairlərinin (ULİPO qrupu: ], Perek, ]. Leskyur və b.) yaradıcılığı üçün fonetik eksperimentlər səciyyəvi idi. 20 əsrin sonunda rus ədəbiyyatında A. istiqamətində konseptualizm (poeziyada Yan Satunovski, D.A. Priqov və b., nəsrdə V.Q. Sorokin) inkişaf edirdi.

Azərb.-da Y. Səmədoğlu, Anar, Elçin, Afaq Məsud. N. Rəsulzadə, V. Səmədoğlu. V. Bayatlı, Ramiz Rövşən, K. Abdulla və b. bu istiqamətdə əsərlər yaratmışlar.

Kinomatoqrafiyada Avanqardizm

Kino sənətində A ·in bütün qollarını istehsalın və prokatım ənənəvi kommersiya sistemindən imtina etməsi birləşdirir. Avanqard kino müstəqil müəlliflər (əksər hallarda digər sənətlərin rəngkarlığın, poeziyanın və s.-nin təmsilçiləri), yaxud kiçik həmfikir qruplar tərəfindən yaradılırdı. Onların fəaliyyətində nəzəri refleksiya və bədii təcrübə bir-biri ilə sıx bağlıdır. A. filmləri üçün format kimi mühüm xarakteristika mövcud deyildir, onlarda sənədli və bədii filmlər arasındakı fərq aydın nəzərə çarpmır. A. Fransa və Almaniyanın kino sənətində daha çox inkişaf etmişdir. Fransız kinosunda A. iki mərhələyə bölünür: kinoimpressionizm adlandırılan “birinci avanqard” dövrü üçün (1910-cu illərin sonu –1920·ci illərin 1-ci yarısı; rejissorlar L. Dellük. A. Hans. M.L‘ Erbye. J. Epşteyn. J. Dülak, J. Renuar) poetik özünüifadə və natura çəkilişləri, lirizm, vizual metafora və alleqoriyalardan istifadə, lazım gəldikdə müxtəlif texniki priyomların tətbiqi xarakterik idi. “

“Un chien Andalou” filmindən səhnə, 1929
Rejissor: Luis Bunuel
Ssenarist: Luis Bunuel, Salvador Dali

 

İkinci avanqard“ dövrü Filmlərində (1920–ci illərin 2–ci yarısı: F. Leje. A. Şomet. Men Rey. L. Bunyuel və S. Dali. R. Kler. E. Deslav. eləcə də Dülak. L‘Erbye və b.-nın son işləri) “əsl kino”, “əsl hərəkət”, “vizual musiqi“ və s. nəzəriyyələrin əsasında kinoifadəliliyin formal vasitələrinin axtarışı ön plana çıxır. plastik kompozisiyalar və ritmlər sahəsində eksperimentlər aparılırdı. 1910-20-ci illərin alman ekspressionizmi dünya kino sənətinə mühüm təsir göstərmişdir (rejissorlar P. Vegener. F .V. Murnau, R. Vine). Abstraksionizm sahəsində eksperimentlərdən başlayan 1920-ci illərin alman Avanqardizmi (H. Rixter, V. Eggelinq, V. Rutman, O. Fişinger) tədricən daha çox həyati və sosial konkretliyə, sənədliliyə doğru təkamül etdi. 1930–cu illərdə abstrakt və sürrealist A. xəttini ingilis sənədli film rej.ları C. Qrirson, H. Cenninqs, L. Li, A. Montegyü davam etdirdi. A. cərəyanlarından biri kütləvi mədəniyyətə parodiya kimi inkişaf edir, onun ziddiyətlərini absurda çatdırırdı. Siyasi A. istiqamətində 1960–cı illərdə J .L. Qodar formaca mürəkkəb, lakin siyasi baxımdan təsirli kino yaratmışdır. 1980–90-cı illərdə A. kinematoqrafının parlaq təzahürləri sovet və postsovet “paralel kino”su (rej.-lar Q.O. və İ.O. Aleynikov qardaşları, Y.G. Yufit, B.Y. Yuxananov və b.) olmuşdur.

 

Mənbə: Azərbaycan Milli Ensiklopediyası, səh 281- 285

STAY CONNECTED

20,126FansLike
2,240FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Broun hərəkəti nədir?

Hər birimiz fikir verməsək belə ətrafda daim baş verən bu hərəkətlə heç olmasa bir dəfə rastlaşmış olmalıyıq. Məsələn, suya düşən kiçik...

X ; Y ; Z nəsilləri nəyi ifadə edir? Onlar necə formalaşır ?

Adətən, yaş fərqi olan insanlar ilə fikirlərimiz üst-üstə düşmədikdə "nəsil" ; "generasiya fərqi’" deyib keçirik. Çünki onlar yaşca bizdən böyük ya...

Kommersiya marketinqi nədir?

Marketinqin şirkətlər üçün çox uzun müddətdir imtina edilməz bir ünsür olmasının səbəbi davamlı inkişaf edən dinamik quruluşa malik olması və dəyişikliklərə asanlıqla...