Ay kəndi: İnsanın Ayı koloniyalaşdırmasının ilk addımı ola bilərmi?

Post date:

Author:

Category:

Mənbə: ESA

Hamımız ekzotik yerlərə səyahət etməyin xəyalını yəqin ki, qurmuşuq.

Çoxumuz üçün xəyalını qurduğumuz yer Dünyadadır. Lakin bəzilərimiz üçün də mütləq görülməli olan o son yer planetimizdə deyil.

Ars Technica-nın əldə etdiyi sızmış sənədlərə görə 1 NASA, uzun müddətli bir Ay qərərgahı üçün ilk komponentlərin 2028-də yerləşdirilməsinə başlanılması, robot və ekipajla birlikdə 37 roket göndərilməsi planlanır. Aydakı inkişaf etmiş bir yaşayış sahəsi həm elm həvəskarları, həm də ehtimal ki, günəş sistemi müşahidəçiləri üçün tam olaraq həyəcan verici bir  ehtimaldır. Ancaq bəziləri NASA-nın zaman cədvəlinin həqiqi olmayacaq qədər sürətli olduğuna inanır.

Bununla birlikdə, qısa zaman əvvəl hədəflərini Mars missiyalarından Aya qayıdışa yönləndirən NASA-nın əksinə, Avropa Kosmik Agentliyi (ESA) 5 ilə yaxın zamanını qətiyyətlə Aya yerləşməyi planlamağa sərf etdi. İnşa etmək bir neçə on il davam edə bilər. Əgər doğru şəkildə edilərsə, turistlər də daxil olmaqla qarşımızdakı on illər ərzində bütün dünyaya xidmət edəcəkdir.

İlk dəfə 2015-ci ildə vəzifəyə yeni təyin olunan AKA (ESA) baş direktoru Johann-Dietrich Woerner, Ay Kəndi (Moon Vilage) olaraq adlandırılmış olan layihə vizyonu ilə bağlı BBC-ə verdiyi müsahibə medyada əsas səhifələrə çıxdı. O dövrdə belə demişdi:

“ Bir Ay Kəndi sadəcə bir neçə ev, kilsə vəya bələdiyyə binası mənasına gəlməməlidir. Bu Ay Kəndi, robot və astronavt missiyaları ilə bu cəmiyyətə töhfə verən, rabitə peyklərini dəstəkləyən dünyanın hər yerindən ortaqlar mənasına gəlməlidir. “

Woerner-in şərhləri, Ay Kəndi konseptinə ilk təkanı versə də, həmin müddətdən bəri yüksək səviyyəli bir Ay qərərgahı üçün əməkdaşlıq və planlamanın çoxu, haradasa 3 ölkəyə yayılmış və təqribən 150 üzvə sahib bir Qeyri-hökumət təşkilatı olan  Moon Village Association (MVA) tərəfindən idarə edilir. ESA ilə yaxından əməkdaşlıq edən MVA-nın məqsədi daimi ay qərərgahı vizyonlarının həyata keçirilməsini təmin etmək üçün, xüsusilə inkişaf etməkdə olan ölkələrdə olmaqla, bütün dünyada ölkələr və quruluşlar arasında əməkdaşlıq edilməsinə həvəsləndirməkdir.

Moon Village Association-un peşəkar kosmik siyasət məsləhətçisi və rəhbəri Giuseppe Reibaldi bir təqdimatda Ay Kəndinin sadəcə Aydakı başqa bir Beynəlxalq Kosmik Stansiya olmayacağını söylədi. Bunun yerinə Ay Kəndi həm sənaye, həm də akademiya üçün novator bir araştırma mərkəzi; ticari səyahətçilər üçün dünya xaricindəki bir səyahət yeri və Marsda və kənarında gələcəkdəki ekipajlı qərərgahlar üçün bir sınaq ərazisi, əməkdaşlıqla dizayn edilmiş və genişləndirilə bilən daimi bir Ay yaşayış məntəqəsi olmağı hədəfləyir. Reibaldi əlavə olaraq belə deyir:

“ Təşkilatın məqsədi kosmosun , ulduzların uzağına getməkdir. Çünki bu bütün insanlıq üçün bir addımdır və heç kimin kənarda qalmasına ehtiyac yoxdur“.

Lokasiya, Lokasiya, Lokasiya

Aidiyyəti şəxslər hal-hazırda Ay Kəndinin Ayın cənub qütbünün yaxınlığında inşa edilməsini planlayırlar. Xüsusilə, demək olar ki, daimi olaraq günəş işığı altında qalan ərazilərə sahib Şeklton kraterinin (Shackleton) kənarına yaxın bir yeri hədəfləmək istəyirlər. Bu tam məntiqlidir; çünki bu ərazi, test edilmiş və təsdiq edilmiş günəş paneli texnologiyası vasitəsilə bol miqdarda enerji qaynağı təmin edir.

Bol miqdarda günəş işığına əlavə olaraq, Şeklton kraterinin səthi təqribən 4 kilometr dərinlikdədir, daimi olaraq kölgədə qalmaqdadır. Bu su buzu kimi dəyərli və günəş işığına həssas olan uçucu mənbələri gizlətmək üçün mükəmməl bir yer olduğu mənasına gəlir. İstifadə etmək üçün imkanlarımız olduğu müddətcə yaxın ərazilərdə belə bir kəşf, Ay Kəndi sakinlərinə içməli suyu, nəfəs alınabilən hava və potensial roket yanacağı mənbəyi təmin edə bilər.

Shackleton krateri. Mənbə: NASA

Bir Ay qərərgahı dizayn etmək….

Plana görə, Ay Kəndi mərhələli olaraq inşa ediləcək. İlk olaraq, tək-tək kosmik gəmiləri Şeklton krateri yaxınlığındakı Ay səthinə enəcəklər və bu nöqtəyə hər biri şişirdilə bilən modullar yerləşdirəcəklər. Dört mərtəbə uzunluğunda olması gözlənilən bu modullar, iş yerləri, yaşayış məntəqələri, elmi labarotoriyalar, sənaye tipli ərazilər və canlıların yaşaya biləcəyi, yaşam əraziləri olaraq xidmət edəcəklər.

Amma şişirdilə bilən modullar, insanları zərərli radiasiyadan, temperatur dalğalanmalarından və ya mikrometeorit toqquşmalarından əsaslı bir şəkildə qoruya bilməz. Bu səbəblə, ESA və MVA  Ay səthindəki hazır reqolit (qayanı örtən elastik, heterogen, süni material) istifadə edərək hər quruluşun ətrafına qoruyucu bir qabığı üç ölçülü olaraq proqramlaşdıran robotları dizayn etmək üçün hal-hazırda özəl sektorla çalışılmaqdadır.

Tədqiqatçılar, şişirdilə bilən bir modulun ətrafına dayanıqlı bir qübbə inşa etmənin bu cür bir cüt robot üçün dünya zamanı ilə təqribən üç ay çəkəcəyini təxmin edirlər. Bu yaşayış yerlərindən daha çoxu qurulduqca, yaşayış yerləri hər modulda hava kilidlərinə (airlock) qoşulmuş bir sıra təzyiqli keçidlər vasitəsilə bir-biri ilə əlaqələndiriləcəkdir.

Avropa, NASA və hətta Çin hal-hazırda Ayda uzun müddətli olaraq var olma hədəflərini gerçəkləştirmək üçün çalışırlar. Ancaq gerçək budur ki, ilk etibarlı Ay yaşayış ərazisini inşa etdiyi üçün tərifi kim alarsa alsın, bu hadisə böyük ehtimalla bir gün insanların gördüyü heç bir şeyə bənzəməyən böyük bir beynəlxalq əməkdaşlığa dönəcək.

ESA və MVA-nın, genişləndirilə bilən, uyğunlaşa bilən və ən önəmlisi qalıcı bir ay qərərgahı inşa etmək üçün ən yaxşı yanaşmanı düşünərək zaman xərcləməsi ilə Ay Kəndi mütləq göz önündə olmağa dəyən bir fikirdir.

Mənbə:

Ay Köyü: Ay’da Kurulacak Bir Köy, İnsanlığın Ay’ı Kolonileştirmesinin İlk Adımı Olabilir mi?

Moon Village: Humanity’s first step toward a lunar colony?

Redaktə etdi: Yaqubov Şəhriyar

  1. NASA’s full Artemis plan revealed: 37 launches and a lunar outpost

STAY CONNECTED

20,764FansLike
2,460FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Tisian Veçellionun Urbinolu Venera əsəri

Üst Renesans dövrünün ən yaxşı rəssamlarından biri hesab edilən Tisian Veçellionun (1480/1485 – 1576) ən məhşur, gözəl, cəsur və qalmaqallı əsərlərindən olan...

Parasetamol (Asetaminofen) dərmanın təsirləri

Digər bilinən adları ilə: "Panadol", Tylenol və.s. Aid olduğu farmakoloji qrup: Qeyri-steroid iltihab əleyhinə maddələr. Farmakodinamikası:...

Diklofenak (Voltaren) dərmanının təsirləri

Farmakoterapevtik qrupu: Qeyri-steroid iltihabəleyhinə preparat (QSİƏP) Farmakodinamikası: Diflofenak qeyri-selektiv SOG 1 və SOG 2-nin inhibitorlarıdır. SOG 1 və SOG...