Aya bənzər planet: Merkuri – Ensiklopedik bilgi

Post date:

Author:

Category:

Günəşə ən yaxın olan planet olan Merkuri, ən az diqqət çəkən planetlərdəndir. Həmçinin, günəş sistemindəki ən kiçik planet olan Merkuri, ulduzumuz ətrafındakı döngüsünü 88 gündə tamamlayır. Bu, onun günəş sistemindəki digər planetlərdən sürətli olduğunu göstərir. Öz oxu ətrafında isə, 116 gündə hərəkət etdiyi görünür. Merkuri çox nazik atmosfer qatına sahibdir.Bu səbəbdən planet istiliyi saxlaya bilmir və gecə və gündüz əvəzlənməsi zamanı planetin səthində kəskin istilik fərqləri yaranır. Merkurinin ekvatoruna yaxın yerlərdə gündüz vaxtı istilik 427 °C-yə çatsa da, gecə vaxtı istilik -173 °C-yə qədər düşə bilir. Gündüz vaxtı planetdə olan istilik və tərkibindəki dəmirin təsiri ilə, planet boz rəngdədir.

Merkuri günəş sistemindəki ilk bilinən planetlərdən biridir. Günəşə yaxınlığı səbəbi ilə müşahidə etmək çox çətindir. Yalnız səhər günəşin doğuşu zamanı və axşam gün batımında müşahidə oluna bilər. Yunan mifologiyasında səhər saatlarında görünən Merkuri, Helles, axşam saatlarında görünən isə, Apollon adlandırıldı. Daha sonralar, qədim Yunan filosofu Pifaqor, bu iki fərqli planetin həqiqətən tək planet olduğunu sübut etdi. Planetin günəş ətrafında dönməsini isə, İtalyan astronom Zupi ortaya çıxarıb.

Qeyd edək ki, Merkurinin səthi həddindən artıq kraterlərlə örtülüdür və Ay kimi görünür. Bu göstərir ki, planet milyardlarla il ərzində geoloji cəhətdən aktiv olmayıb.

Turqut Ağayev

Mənbələr: NASA

 

STAY CONNECTED

19,697FansLike
2,179FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Turqut Ağayevhttp://rezonanss.com
Xəzər Univerisitetində təhsil alır. Maraq dairəsində olan sahələr: Astronomiya, İnformasiya Texnologiyaları, Fəlsəfə

Mühəndis sözünün etimologiyası və formalaşması (Ensiklopedik bilgi)

Mühəndis sözünün ingilis dilində hərfi mənasını daşıyan “engineer” sözü “to engine” felindən yaranmışdır. “Engine” və “ingeniouse” sözləri “yaratmaq” mənasını daşıyan (to create) latın sözü olan “ingenerate” sözündən yaranmışdır....

Kralların zəhəri və ya zəhərlərin kralı – Arsen

Napoleon Bonapartı öldürən, Claude Moneti kor edən, Vinsent Van Qoqun ağlını itirib qulağını kəsməsinə səbəb olan...

Biotibbi texnikada elektronika amili

Biotibbi texnikanın inkişafı bilavasitə elektronika sahəsində əldə olunan naliyyətlərə əsaslanır. Buna görə də elektronikanın inkişaf mərhələlərinə uyğun olarq biotexniki vaisətlərdə müxtəlif...