Az tanınan lakin baxmağa dəyər 10 xarici serial

1.True Detective ( 2014-)

İmdb: 9.1/10

Detektiv dram serialıdır. 17 il əvvəl 1995-ci ildə günahkarı tapılmayan bir cinayətə yenidən baxılması ilə o zaman iki dedektiv olan Rust Cohle və Martin Hartın ətrafında baş verən hadisələrdən danışılır. Serial ağır havası, sərt görünüşü ilə seçilir.

2. Black Mirror ( 2011-)

İmdb: 8.9/10

İngiltərə istehsalı olan bu serial tamamilə özünə xas olması ilə seçilir. Hər seriya alternativ bir gələcəkdə baş verən hadisələri danışır. Serialın əsas mövzusu texnologiyanın inkişaf etməsi ilə insanlığa yaşatdığı problemlər olduğunu demək olar. Burada şəxsi həyatın itməsi, sosial mediyanın mənfi xüsusiyyətləri, getdikcə daha da real həyata oxşayan video oyunlar, virtual reallıq və s. mövzulardan danışılır.

3. Orphan Black (2013-)

Yenə elmi-fantastika olan bir ingilis serialı. Məsuliyyətsiz həyat yaşayan Sarah Manning qatar stansiyasında əkizi qədər ona oxşayan bir qızın özünü qatarın altina atdığını görür. Fursətdən istifadə etmək istəyən Sarah qızın kimliyini ələ keçirir. Ona daha sonra məlum olur ki, ona oxşayan qızlar daha çoxdur və beləliklə başına heyrətamiz hadısələr gəlir.  Yeri gəlmişkən deməliyəm ki, baş roldakı Tatiana Maslany 15-dən çox personajı oynayır.

4. Penny Dreadful (2014-2016)

İmdb: 8.2/10

Penny Dreadful 19-cü əsrdə İngiltərədə sadə xalq arasında məşhur olan ucuz qorxulu hekayələr kitabına deyilir. Adından da təhmin edildiyi kimi bu serialda hamımızın bildiyi “Kont Drakula”, “Frakeşteyn”, “Dorian Qreyin portreti” kimi hekayələr fərqi şəkildə yenidən həyat üzü görüb. Serial külli miqdarda qanlı və ağır səhnələr vardır.

5. Bates Motel (2013-2017)

İmdb: 8.2/10

Alfred Hitchcokc-un məşhur triller filmi “Psycho”-nu özünə mövzu seçən bu serial filmdəki hadisələrdən əvvəl olmuşlardan danışır. Yeniyetmə Norman Bates anası ilə White Pine Bay qəsəbəsinə köçürlər və burada motel alıb orada işləməyə  başlayırlar. Bu zaman Normanın psixi pozuntuları onlara bir çox problem yaratmağa başlayır.

6. Humans (2015-)

İmdb: 8.0/10

Alternativ bir gələcəkdə insanlar evlərində köməkçi robotlar “Sinth”-lər alamağa başlayırlar, onlar şüurlu deyildir, yalnız müəyyən işlər görə bilirlər. Lakin robotlardan bir neçəsinin şüurları vardır, serial bu robotların başlarına gələnlərdən danışır. Bu serialın əsas məqsədi robotlar vasitəsilə izləyicilərin insanlığını sorğulamaqdır, serialın bir çox yerində robotların bizdən daha insan olduğunu görürük.

7. The OA (2016-)

İmdb: 7.8/10

7 il əvvəl bilinməyən bir şəkildə itən kor qız gözləri görən bir şəkildə tapılır. Daha sonra həmin qız 4 yeniyetməyə və bir məktəb müəlliminə bu yeddi ildə başına gələn hadisələri danışmağa başlayır.

8. Heroes (2006-2010)

İmdb: 7.7/10

Artıq insan genetikası mutasiya edib və bunun sayəsində insanlarda müxtəlif super güclər yaranır. Əlbəttə ki, dövlət qurumları həmin insanları təqib etməyə başlayır və genləri mutasiya etmiş insanların içərisində öz güclərini pis əməllərə istifadə edənlər də  çıxmağa başlayır.

9. 12 Monkeys (2015-)

İmdb: 7.6/10

2016-cı ildə dunyaya ölümcül virus yayılır və bu virusdan dünya əhalisinin 90%-i olür. Virus tez-tez mutasiya edir, ona görə də hər- hansı bir vaksin tapa bilmirlər. 2035-ci ildə zaman maşını ixtira edilir. James Cole zaman maşını ilə 2015-ci ilə göndərilir və onun tək missiyası var: virusu yayanı öldürmək. Amma hər şey bununla bitmir, o, daha böyük problemlərlə üzləşir.

 

10. Extant (2014-2015)

İmdb: 6.6/10

Kosmik gəmidə 13 aylıq solo missiyaya göndəriləm Molly Woods heyrətamiz bir şəkildə hamilə olduğunu aydınlaşdırır və bu sadəcə ailəsininə deyil bütün dünyaya təsir edəcək. Serialda yadplanetlilər, süni intellekt və digər elmi-fantastik mövzulardan danışılır.

- Advertisement -

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Read More

FƏLSƏFƏ NƏDİR? #2

Fəlsəfə nədir? Adamların çoxunun hobbisi olur. Bəziləri qədimi sikkə, bəziləri marka yığır, kimi tikiş tikir, kimi də asudə vaxtının çoxunu hansısa idmana ayırır. Çox adam...

Dieqo Rivera – “Kainatın hakimi olan adam”

Dieqo Rivera (Diego Rivera) (9 dekabr, 1886 - 24 noyabr, 1957), xüsusilə, divar rəsmləri ilə məşhur olan meksikalı rəssamdır. Eyni zamanda, Frida Kahlonun (Frida...

Freyd və homoseksuallıq// Məktub

Freyd (Sigmund Freud) bütün dünyada məşhur olduğu zamanadək, yəni ölümündən dörd il əvvəl, amerikalı bir qadından oğlunun "problemlərinə" diqqət çəkən, tövsiyə üçün yazılmış bir...

Recent

Refleks nədir? / Ensiklopedik bilgi

Refleks- müxtəlif təsirlərə qarşı orqanizmin sinir sisteminin iştirakı ilə verdiyi cavab reaksiyasıdır. İstənilən reflektor reaksiyanı törədən amil orqanizmə xarici və ya daxili mühitdən təsir göstərən...

Auksion nədir? / Ensiklopedik Bilgi

Auksion (hərrac) -Alıcıların müsabiqəsi əsasında malların və qiymətli kağızların müəyyən vaxtda və müəyyən edilmiş yerdə satışı. Eyni keyfiyyətli əmtəələr partiyalar (lotlar) şəklində, keyfiyyətcə oxşar lotlar isə daha iri partiyalar...

Epistemologiya fəlsəfəsi və mövzusu

Epistemologiya sözü yunanca “epistemo” bilik, məlumat, “logos” təlim sözlərinin birləşməsiylə yaranmışdır. Adından da göründüyü kimi, bu fəlsəfə qolu biliyin nə olması ilə, onun necəliyi...