Bədənimizdəki yaşam sevgisi. Homeostaz

Post date:

Author:

Category:

Xəstəlik niyə sizin üçün qeyri-adi vəziyyət hesab edilir? Sual ilk oxunuşdan sizə çox məntiqsiz göründü,belə də olmalıdır. Lakin alimlər sizin çoxunuz kimi düşünməyib,orqanizmin necə sabit olduğunu araşdırıblar.

Homeostaz-orqanizmin daxili mühitinin sabit qalmasıdır. 

ayxmaz-homeostasi1

Diqqət etməli olduğumuz şey bunun mikro səviyyədə getməsidir. Yəni orqanizm özü-özünü tənzimləyir. Orqanizmdə görülməmiş hərbi intizam var desək yanılmarıq. Hüceyrə daxilində baş verən dəyişikliklər ümumilikdə çox ciddi problemlərə səbəb ola bilir. Təkamülən canlıların  həyatda qalmasına uyğunlaşmaların olması mütləqdir. Homeostazı orqanizmin öz daxilində baş verən dəyişiklərə qarşı aldığı bir uyğunlaşma hesab edə bilərik. Bu dəyişikliklərə  2 cür ola bilir. Artış- pozitiv,azalma-neqativ hesab edilir,ancaq mahiyyət etibarı ilə hər iki hal orqanizm üçün çox önəmlidir. Çünki orqanizm sabitliyə uyğunlaşıb və bütün səylərlə buna çalışır. Bunu da qeyd etməliyəm ki, orqanizm baş verən dəyişikliklərə adətən neqativ cavab verir.(Şəkil 1;Şəkil 2)

 

Şəkil 1
Şəkil 1

Şəkil 2
Şəkil 2

Sizin temperaturunuz 37 dərəcədən 43 dərəcəyə yüksəlsə,orqanizm bunu azaltmağa çalışır,yəni neqativ cavab verir. Lakin sizin temperaturunuz 37 dərəcədən 18 dərəcəyə düşdükdə orqanizm buna da neqativ reaksiya verir,amma bu neqativ reaksiyalar ümumilikdə pozitiv bir nəticəyə gətirib çıxarır. Bu misalı 1 litr qan itirmə halında düşünün. Yazmıram,çünki o təcrübə ilk baxışdan olduqca qarışıq görünür. Halbuki çox asandır. Deyək ki,1 litr qan itirmisiniz və buna görə sinir sisteminə minlərlə qıcıq daxil olur. Zənn edin ki,desktopunuza virus düşüb və antivirus bunu dayanmadan sizə bildirir. Bu virus üstəlik heç vaxt bir konkret təsirə malik olmur. Qan itirmisizsə,ürək əzələnizə az qan gedir,beyninizə az qan gedir və bundan başqa gedən yüzlərlə kimyəvi reaksiya öz miqdarını dəyişir. Sinir Sistemi isə bütün bunlara mütləq şəkildə qarşılıq verir. Heç də hamısına eyni cavabı verə bilməz,həyatda qalmaq üçün pozitiv reaksiya da verməli olur(məsələn doğuş zamanı gərilən əzələlərin daha da gərilməsi).(Şəkil 3)

Şəkil 3
Şəkil 3

Nəticə etibarı ilə orqanizm özünü həyatda tutacaq qərarı verir( Professor Guyton qeyd edir ki, hər pozitiv reaksiya neqativ reaksiyadan əmələ gəlmişdir). Orqanizm yaşamağı bizdən çox istəyir və bütün funksiyaları həyatda qalmağa xidmət edir.

 

C.GUYTON. TIBBİ FİZYOLOJİ

STAY CONNECTED

20,186FansLike
2,246FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Yuxularımızı idarə edə bilərikmi?Lüsid yuxu nədir?

Çox gözəl bir yuxu görərkən heç bitməməsini istədiyiniz olubmu ? Əgər olubsa, yuxuda olduğunuzu anlamısız deməkdir. Buna “Lüsid yuxu” deyilir. Lüsid...

Broun hərəkəti nədir?

Hər birimiz fikir verməsək belə ətrafda daim baş verən bu hərəkətlə heç olmasa bir dəfə rastlaşmış olmalıyıq. Məsələn, suya düşən kiçik...

X ; Y ; Z nəsilləri nəyi ifadə edir? Onlar necə formalaşır ?

Adətən, yaş fərqi olan insanlar ilə fikirlərimiz üst-üstə düşmədikdə "nəsil" ; "generasiya fərqi’" deyib keçirik. Çünki onlar yaşca bizdən böyük ya...