Bərdə türbəsi / Azərbaycan memarlığı

Post date:

Author:

Category:

Bərdə türbəsi. Vaxtilə XIV əsrdə Bərdədə iki qülləvari türbə tikilmişdir ki,onlardan biri bizim dövrümüzə qədər qalmışdır. Elmi ədəbiyyata 1322-ci il tarixli Bərdə qülləvari türbəsi adı ilə daxil olan Bərdə türbəsinin nə vaxt və kim tərəfindən tikildiyi abidənin üzərindəki kitabələrdən aydındır. Bərdə türbəsi hələ XIX əsrdən tədqiqatçıların diqqətini cəlb edir. 1848-ci ildə Bərdəni ziyarət etmiş məşhur şərqşünas Xanıkov abidənin üzərindəki kitabələri oxumuş və bu kitabələr daha sonra 1861-ci ildə Bərdədə olmuş akademik Dorn tərəfındən nəşr edilmişdir. Akademik Dorn eyni zamanda Bərdə türbəsinin təsvirini də nəşr etmişdir.

Bərdə türbəsi qülləvari türbələrə xas olan quruluşda olub yeraltı və yerüstü hissələrdən ibarətdir. Türbənin yeraltı hissəsi xaçvari şəkildə olub, abidənin sərdabə hissəsini, yəni meyitin basdırıldığı hissəni təşkil edir. Türbənin bu hissəsi vaxtilə günbəzlə örtülü olmuş və içərisi kaşıdan quraşdırma ornamentlə bəzədilmişdir. Sərdabəyə şimal tərəfdən dromos quruluşlu yol vasitəsilə daxil olurmuşlar.

Türbənin yerüstü hissəsi isə 3 əsas memarlıq bölgüsündən əmələ gəlir: daşdan hörülmüş kürsülük, dairəvi gövdə və çadırvari günbəz. Sahəsi etibarilə ənçox yer tutan bəzək ünsürü silindrik gövdəni örtən və firuzəyi kaşıdan quraşdırılmış kitabədir. Kürsülükdən başlayaraq yuxarıdakı haşiyəyə qədər 8 metr yarımlıq bir hissəni örtən və firuzəyi kaşı ilə qırmızı kərpicin əlaqələndirilməsindən yaranan bir kompozisiyadan əmələ gələn bu kitabə 200 dəfədən artıq “Allah” sözünü naxış şəklində təkrarlayır.Türbənin gövdəsini örtən yazılı səthdən sonra ornament, daha sonra bir metr hündürlüyündə geniş kitabə qurşağı yerləşir. Bu kitabənin yeri qara rəngli kaşıdan, yazılar isə ağ rəngli kaşılardan quraşdırılmışdır. Kitabə qurşağından sonra günbəzə keçid təşkil edən 3 yaruslu stalaktit kəməri yerləşdirilmişdir. Bu stalaktitlərin daxili səthləri rəngli həndəsi ornamentlə örtülü olmuşdur. Stalaktit qurşaqdan sonrakı konusşəkilli günbəzin səthinin də qırmızı və firuzəyi kaşıdan ibarət həndəsi ornamentlə
örtülü olduğu müəyyənləşir.

Öz quruluşu və bəzəyi etibarilə Bərdə türbəsinin ən maraqlı kompozisiya ünsürlərini şimal və cənub tərəflərdə yerləşmiş iki portal (baştağ) təşkil edir. Ümumi sxemi etibarilə bir-birinə uyğunlaşsalar da, bu iki baştağ bir-birindən bir qədər fərqlənir.

Şimal portalında, stalaktit qurşağından yuxarıdakı bu kitabə son dərəcə bədii şəkildə yerinə yetirilmişdir. Kitabənin abidənin belə gözəçarpan bir yerdə, demək olar ki, əsas kompozisiya mərkəzində yerləşdirilməsi memarın yüksək
ictimai mövqeyinə dəlalət edir. Kitabənin məzmunu belədir: “Əməli Əhməd bin Eyyub əl-Hafiz, Əlbənnayi ən-Naxçıvani”. Beləliklə, Bərdə kitabəsi Naxçıvan memarlarının hələ XIV əsrdə məsul binaları tikmək üçün başqa şəhərlərə də dəvət edildiyini göstərməklə, Naxçıvan memarlıq məktəbi ənənələrinin davam etdiyini təsdiqləyən son dərəcə qiymətli bir sənət nümunəsidir

 

Mənbə: AZƏRBAYCAN İNCƏSƏNƏTİ

STAY CONNECTED

18,750FansLike
1,988FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Dialektik Materializm nədir?

Dünyanı anlamaq yetməz, onu dəyişdirmək lazımdır. Karl Marks Materiya nədir və o hansı formalarda...

“Cahil cəsarəti” Danning-Krüger sindromu

Danning-Krüger sindromu nədir? Sindromun tərifi, əlamətləri və təsiri nələrdir? Psixologiyada Danning-Krüger sindromu və yaxud cahil cəsarəti adı...

Qısaca: Fovizm cərəyanı nədir?

1905-ci ildə Parisdə Payız Salonunda Henri Matisse, Georges Rouault, Maurice Vlaminck (Moris Vilamink) və başqa rəssamların əsərləri sərgilənirdi.