Bəzi tibbi terminlərinin mifologiyadakı qarşılıqları – Adonis

Post date:

Author:

Category:

Adonis

Qədim  psixofarmakologiyada sakitləşdirici siropların eksipiyenti olaraq çox istifadə olunan adonis vernalis infusionu’ndakı Adonis Vernalis nəbatatı adını tipik bir Anadolu əfsanəsi olan Kybele-Attis mifindən, bir torpaq-bərəkət nağılından almışdır.

Myrrha, digər adıyla Smyrna, Suriya kralı Theias ya da Kipr kralı Kinyras’ın qızı idi. Bu gözəl qız, Aphrodite tərəfindən lənətlənmiş olduğundan öz atasına aşiq olmuş və qulluqçusunun qurduğu bir oyunun nəticəsində atasının xəbəri olmadan atasının  qoynuna girmiş, hətta atasından hamilə qalmışdır. Yazıq ata tam on ikinci gündə batdığı bu günahın fərqinə vardığında qızının üstünə qılıncla yürümüş, ancaq nə hikmətdirsə, tanrılar bu günahkar qızı atasının haqlı qəzəbindən qorumaq istəmişlər, ve tam o anda Myrrhay’ı mərsin ağacına (lat. Myrtus bitkisi) çevirmişlər. Bir müddət sonrada mərsin ağacının gövdəsindən çox yaraşıqlı bir oğlan uşağı dünyaya göz açdı. Adonis..

Uşaq elə gözəlimiş ki, bir yandan Aphrodite, bir yandan da Aphrodite’nin başlanğıcda uşağa baxması üçün tutduğu yer altı tanrıçası Persephone uşağı paylaşdıra bilməmişdirlər. Bir müddət sonra, uşaq biraz böyüyüp gözəl bir cavan olduğunda bu mübahisə daha geniş vüsət almışdır. Sonda işə Zeus qarışır ve Adonis’i ilin dörd ayı Aphrodite’nin yanında, dörd ayını da Persephone‘nin yanında qalmasını qərarlaşdırır. Geri qalan dörd ayı da Adonis kimin yanında qalacağına özü qərar verəcəkdi. Adonis bu qalan dörd ayı da gözəl Aphrodite’nin yanında qalmağa qərar verdikde ise ortalıqda qiyamət qopmuşdur. Digər tanrılarda qısqanclıqdan davaya qarışmış və sonda hərb tanrısı Ares ilə bərəkət tanrısı Artemis,  Adonisi öldürmək üçün onun üstünə bir vəhşi donuz göndəriblər. Qasığından yaralanan Adonis qanaya-qanaya can vermiş, torpağa tökülən qanlarından hər baharda çiçək açan lalələr bitmişdir. Bu ərəfədə sevgili  Adonisin köməyinə qaçan Afoditin ayağına tikan batmış, qanayan ayağından axan qandan da bəyaz güldən qırmızı gül yaranmışdır.Ancaq hər bahar fəslində bir eşq bayramının coşqusu içində açan bu güllərin ömrü çox qısadır. Hər gözəl eşqin bədbəxt talehində olduğu kimi bu çiçəklər də qısa zaman içərsində solub ölürlər. Və bu acı ölümün qarşısında qadınlar O! Ton Adonon – Ah, Adonis! deyə ağlayarlar.

 

Mənbə: Erhat A. : “Mitoloji Sözlüğü”. İstanbul/ 1978

 

Tərcümə: Allahverdi Ağayev

Redaktor: Ziya Mehdiyev

STAY CONNECTED

19,733FansLike
2,188FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Elekron necə kəşf edildi?

İlkin fikirlər Bizim eradan bir neçə əsr əvvəl qədim yunan alimləri yunla sürtülmüş kəhrəbanın yüngül cisimləri...

Beyin donması nədir?

Sizdə də heç belə olub? Soyuq, şirin, dadlı dondurma yeyirsiniz vəə... Budurr! sanki beyniniz donur! Nə baş verdi?

“Qara qızıl” – Neftin tarixi

Neftin fiziki və kimyəvi xassələri Neft, əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyə malik yanar mayedir....