Rezonans
No Result
View All Result
  • Əsas Səhifə
  • Elm
    • Tibb
    • Astronomiya
    • Fizika
    • İqtisadiyyat
    • Təkamül
    • ScienceNews
  • İncəsənət
    • Rəsmlər
    • Ədəbiyyat
    • Musiqi
    • Teatr
    • Memarlıq
    • Filmlər
  • Fəlsəfə
    • Psixologiya/Psixiatriya
    • Mifologiya
    • Sosiologiya
    • Məntiq
    • Fəlsəfə lüğəti
  • Ensiklopediya
  • Digər
    • Tarix/Bioqrafiya
    • Xülasələr
  • Əsas Səhifə
  • Elm
    • Tibb
    • Astronomiya
    • Fizika
    • İqtisadiyyat
    • Təkamül
    • ScienceNews
  • İncəsənət
    • Rəsmlər
    • Ədəbiyyat
    • Musiqi
    • Teatr
    • Memarlıq
    • Filmlər
  • Fəlsəfə
    • Psixologiya/Psixiatriya
    • Mifologiya
    • Sosiologiya
    • Məntiq
    • Fəlsəfə lüğəti
  • Ensiklopediya
  • Digər
    • Tarix/Bioqrafiya
    • Xülasələr
No Result
View All Result
Rezonans
No Result
View All Result
Home Digər

Aleksandr Düma köhnə Bakı haqqında öz qeydlərində nə yazmışdı?

by Ziya Mehdiyev
12 İyun 2019
in Digər
242
0
Aleksandr Düma köhnə Bakı haqqında öz qeydlərində nə yazmışdı?
Share on FacebookShare on Twitter

Ötən əsrlərdə Bakıda olmuş səyyah, alim və yazıçılar Bakının təsvirinə geniş yer vermişlər.

Hələ 1683-cü ildə Bakıda qonaq olan məşhur alman səyyahı Evelbert Kempfer Bakını belə görmüşdü: “Şəhərin yuxarı hissəsində gözəl bir saray vardır ki, bu Şah sarayı adlanır. Saray qayanın üstündə, doğrudan da əzəmətli tikilmişdir… Sarayın qapısına üzbəüz oturmuş iki şir şəkli həkk olunmuşdur. Onların başları üstündə başqa bir heyvan başının şəkli də vardır. Elə bil ki, dəvə başıdır. Belə təsvirlər şəhərin ikinci qapısının üstündə də həkk olunmuşdur”.

1826-cı ildə Bakıda altı ay qalmış görkəmli səyyah Zeynalabdin Şirvani də şəhərin konkret təsvirini verməyə çalışmışdı. O yazırdı: “Bakını Badkubə də adlandırırlar. Çünki bu yerdə daim küləklər əsir. Bəzən elə güclü əsir ki, şəhərin böyük tikililərini də xəsarətə uğradır. Buna görə də burada evlərin özülünü yonulmuş daşlardan qoyur, həyətləri və damları qırla örtürlər”.

1842-ci ildə Bakıda olmuş Kazan darülfununun professoru İ.Berezin belə yazırdı: “Bakı qalası doğrudan da iki tərəfdən iki cərgə divarla dövrəyə alınmışdır. Dəniz tərəfdən isə divar bir cərgədir. Qaldırma körpüsü vardır. Yaxşı müdafiə olunur. Cənub-qərb tərəfdən isə şəhərin ətrafında təpələr ucalır. Hasar türklərin Dağıstanda hökmranlığından qabaq tikilmişdir. Hazırda bəzi yerləri uçub tökülüb.
O, hündür, enli və möhkəmdir… Bakı qalasının iki qapısı vardır: biri şimal-qərbdə Şamaxı qapısı, o biri isə cənub-qərbdə Dağlıq qapısı. Dəniz tərəfdənsə bir neçə girişlər vardır”.

1898-ci ilin payızında Bakıda olmuş səyyah B.Brandtın da qeydləri çox maraqlıdır: “Bakı ilk nəzərdə adi böyük bir əyalət şəhəri təsiri bağışlayır. Bir və iki mərtəbəli evlər, çirkli küçələr və səkilər… Kerosinlə zəif işıqlandırılan küçələrdə gecələr getmək çox qorxuludur. Lakin bir-iki mərtəbəli evlərlə yanaşı orda-burda əzəmətli evlər və passajlar, əzəmətli memarlıq nümunələri olan imarətlər də vardır.
Neftlə yanan lampalarla yanaşı mağazaları, məhəllələri işıqlandıran iri elektrik fanarları da vardır… Yaşıllıq demək olar ki, yoxdur. Bütün şəhərdə nə bir bağ, nə də bir ağac görərsən. Təkcə bir şəhər bağı vardır…”

1883-cü ildə böyük rus dramaturqu A.İ.Ostrovski də Bakıda olub. O da öz gündəliyində Bakının xəzrisindən gileylənirdi: “Külək elə əsirdi ki, ayaq üstə durmaq mümkün deyildi. Bu, məşhur Bakı xəzrisi idi. Şəhərin bu başından girib, o başından çıxır və dəhşətli tozanaq qoparırdı. Üz-gözünü nə qədər gizlətsən də ondan yaxa qurtara bilmirsən. Deyilənlərə görə, burada xəzri hətta ağzı bağlı konserv qutusuna da soxula bilir…”

1858-ci ildə böyük fransız yazıçısı Aleksandr Düma Bakıda olmuşdur. O, Bakıda gördüklərini özünün Qafqaz səfəri haqqındakı kitabında geniş təsvir etmişdir: “Bakıya daxil olmaq orta əsrlərin alınmaz qalalarından birinə girmək
təsiri bağışlayır. Divarları üç qat olan (burada Düma yanılırdı) qalanın qapıları o qədər dardır ki, üç at qoşulmuş arabanı içəri keçirmək üçün yan atı açmalı olduq.

Qapının iki tərəfində xəndəklər qazılmışdı: lazım gələndə bunlara su buraxılırdı. Belə xəndəklər bir-birindən təxminən on-on beş addımlıqda olan divarların arasında da qazılmışdı. Darvazalar açılan kimi asma körpülər xəndəyin üstünə endirilirdi. Gecə şəhər yuxuya getdiyi zaman üzərinə dəmir təbəqələr çəkilmiş darvazalar kip bağlanır və bürcün üstündə gəzişən keşikçilər darvazaları qoruyurdular. Bir sözlə, Bakı möhkəmləndirilmiş feodal şəhərinə çevrilmişdi”.

Mənbə : QILMAN İLKİN – KÖHNƏ BAKINI TANIYIRSANMI

Tags: Aleksandr Düma köhnə Bakı haqqındabakıda olan səyyahlarDüma Bakı haqqındaKöhnə Bakı haqqında
Next Post
Quldarlıq dövründə ilk sivilizasiyaların yaranması və gəlməkdə olan feodalizmin varlığı

Quldarlıq dövründə ilk sivilizasiyaların yaranması və gəlməkdə olan feodalizmin varlığı

İnsan və bakteriyalar arasındakı sərhəd – Sabunun tarixi

İnsan və bakteriyalar arasındakı sərhəd - Sabunun tarixi

Astek sivilizasiyası / Mezoamerika mədəniyyəti

Astek sivilizasiyası / Mezoamerika mədəniyyəti

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

© Rezonanss.com

Naviqasiya

  • Haqqımızda
  • Reklam vermək
  • Gizlilik
  • Əlaqə

Bizi sosial şəbəkələrdə izləyin

No Result
View All Result
  • Əsas Səhifə
  • Elm
    • Tibb
    • Astronomiya
    • Fizika
    • İqtisadiyyat
    • Təkamül
    • ScienceNews
  • İncəsənət
    • Rəsmlər
    • Ədəbiyyat
    • Musiqi
    • Teatr
    • Memarlıq
    • Filmlər
  • Fəlsəfə
    • Psixologiya/Psixiatriya
    • Mifologiya
    • Sosiologiya
    • Məntiq
    • Fəlsəfə lüğəti
  • Ensiklopediya
  • Digər
    • Tarix/Bioqrafiya
    • Xülasələr

© Rezonanss.com

Login to your account below

Forgotten Password?

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In