Bal Porsuğu: Dünyanın ən qorxusuz canlısı!

Post date:

Author:

Category:

Bal porsuğu

Bir çoxunuz bal porsuğunun, ilanla mübarizəsindən sonra ilanı ləzzətlə yediyini ya da hər hansı bir heyvana meydan oxuduğunu görmüsünüz. Bir çox heyvanla müqayisə edildiyində kiçik bir bədənə sahib bu növ ağlasığmaz şeylər edir. Qorxusuzluğu və cəsarəti səbəbilə “Guinness dünya rekordları”-da yəni köhnə adı ilə desək, “Guinessin rekordlar kitabı”-dakı adı “World’s most fearless creature” yəni “Dünyanın ən qorxusuz canlısı” olaraq keçir.

Bal porsuğu – heyvanlar aləmindəki yeri və fiziki xüsusiyyətləri

Bal porsuğu (Mellivora capensis), dələkimilər sinfinin Mellivorinae altsinfindəki Mellivora cinsinə aid tək növdür və 12 dənə alt növü vardır. Nəsli tükənməkdə olan canlı deyildir və İUCN (İnternational Union for Conservation of Nature- Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi) Qırmızı siyahısında minimum narahatlıq altındakı növdür. Yaşadığı ərazilər isə Cənubi Mərakeşdən Cənubi Afrikaya və Xəzər dənizindən Hindistana qədər uzanır.

Bal porsuqlarının yaşadığı ərazilər yaşıl rənglə işarələnmişdir. Mənbı: Wikipedia

Bal porsuğunun adının porsuq olmasına baxmayaraq porsuqların əksinə, gəlinciklərə daha çox oxşayırlar. Bal porsuğu deyilməsinin səbəbi bal yeməyi sevmələrinə görədir. Aşağıdakı videodan bal porsuğunun, bal yemək üçün arı sancmalarına necə dözdüklərini görə bilərsiniz.

Əvvəllər inanılan hekayəyə görə, böyük bal bələdçisi adı verilən (İng. Greater honeyguide) quşlar bal porsuğunu bal şanına aparar və sonra bal porsuğunun şanı açmasını bal və arı larvalarını yeməsini səbirlə gözləyərlər. Bal porsuğu şandan getdiyində qalan bal mumu ilə qidalanarlar. Ancaq bu hadisənin müşahidə edilməməsi belə bir şeyin baş vermədiyini göstərir.

Ana bal porsuqları balalarına 12-22 ay arasında müstəqil hala gələnə qədər qida, sığınacaq və mühafizə təmin edərlər. Erkəklər balaları böyütmə prossesində yer almırlar. Bal porsuqları poliqamiya xüsusiyyətləri göstərirlər və balalarının dünyaya gəldiyi spesifik bir dövr yoxdur. Hamiləlik müddətləri 6-8 həftə arasındadır və əksər hallarda bir bala dünyaya gətirərlər.

Balalar tüksüz və kor doğularlar. Balaların gözləri 2 ay içində açılır. Mənbə: How Stuff Works

Bal porsuqları uzun gövdəlidirlər və qısa ayaqlara sahibdirlər

Bədən uzunluğu 55-77 sm aralığında, quyruq uzunluğu isə 12-30 sm aralığındadır. Dişilər  erkəklərdən daha kiçikdir. Erkəklər 9-16 kq arasında, dişilər isə 5-10 kq arasında olurlar. Dəriləri çox elastik və qalındır. Elastiklik onlara sərbəst şəkildə dönmək və tutulduqlarında döyüş qabiliyyətlərini təmin edir. Kürkləri kürək tərəfindən ağ və ya boz ve çiyinlərindən aşağı hissələrdə isə qaradır.

Bal porsuqları quru yerlərdə yaşayan heyvanlardır. Əsasən, tək yaşayırlar. Güclü ön pəncələri yuva qazmaq üçün çox əlverişlidir. Yeyilən hər şey ilə qidalanan canlılardır. Məsələn, gəmiricilər, quşlar, böcəklər, sürünənlər, qurbağalar, meyvələr və tərəvəzlər kimi.

Bal porsuqlarına, heyvanlar aləmində avantaj verən xüsusiyyətləri

Bal porsuqlarını, heyvanlar aləmində üstünlük qazandıran gətirən bəzi xüsusiyyətləri vardır.

Dəriləri qalın və boyları qısadır

Bal porsuqları olduqca qalın dəriyə sahibdirlər. Bu onlara digər yırtıcı heyvan hücumlarına qarşı dözümlü olmaqda kömək edir. Dərilərinin qalın olmasına baxmayaraq olduqca elastikdir. Yəni çox rahat şəkildə istədikləri yönə tərəf çox sürətlə dönə bilirlər. Bundan başqa, qıllarla örtülü qısa quyruqları digər heyvanların hücumlarından asanlıqla xilas olmalarına şərait yaradır.

Aşağıdakı videoda bal  porsuqlarının aslanlara qarşı necə meydan oxuduqlarını görürük. Qalın və elastik dərilərini avantaj olaraq istifadə etməyi çox yaxşı bacarırlar.

Bal porsuqları, qısa ayaqlı və nisbətən qısa heyvanlardır. Bu vəziyyət, digər heyvanlarla döyüşərkən dözümlülüklərini artırır. Güclü və kəskin pəncələrini müdafiə olunmaq üçün istifadə edirlər. Kəskin pəncələr digər heyvanların dərisini yırta bilər. Bütün bunlar bal porsuqlarının vəhşi təbiətdə yaşamalarını asanlaşdıran xüsusiyyətlərdir.

Zəhərli ilanları yeyən bal porsuqları həyatta necə qalır?

Zəhərli ilanlar hər il on minlərlə insanın və heyvanın ölümünə səbəb olurlar. Ancaq bal porsuqları bu zəhərlərə dözümlülüklərini isbat etmişlərdir. Təkamül prosesində qazandıqları bu üstünlük, zəhərli ilanların bal porsuqlarının menyusunda böyük bir yer tutmasına səbəb olmuşdur. Həm beləcə ekoloji tarazlığı qorumağa da kömək  edirlər. Aşağıdakı videoda bal porsuqlarının ilanları necə ovladıqlarını görə bilərsiniz.

Bir ilan qurbanını potensial olaraq zəhərləyəbiləcək 100-dən çox proteinə və digər molekullara sahibdir. Elm adamları, bal porsuqlarının böyük ehtimalla, Misir manqustu kimi digər zəhərlərə dözümlü heyvanların istifadə etdiyi bir müdafiə formalaşdırdığını təxmin edirlər.

Tənəffüs üçün istifadə olunan əzələləri iflic edən alfa-neyrotoksinlər adı verilən, kobra zəhərindəki neyrotoksinlər əzələ hüceyrəsinin nikotin asetilxorin reseptoruna yerləşərək hüceyrənin sinir sisteminin siqnallarını almasının qarşısını alır. Elm adamları, bal porsuqlarından qan aldıqdan sonra DNT-lərindəki gen düzülüşünü sıraladılar və gen daxilində reseptoru dəyişdirən bir neçə mutasiya kəşf etdilər.

Kobra neyrotoksini bu reseptora da uyğun gəlirdi. Bu səbəblə bal porsuğunu iflic edə bilmədikləri düşünülür. Elm adamları, bal porsuğunun dözümlü reseptorundakı bu incə molekulyar parametrlərin başa  düşülməsinin daha yaxşı antevenomlar hazırlamaq üçün yeni yollar öyrədəbiləcəyini iddia edirlər.

Digər bir hadisə bal porsuqlarının zəhərli böcəkləri və heyvanları balalarına yavaş-yavaş tanış etməsidir. İlk əvvəl əqrəb kimi zəhərli heyvanlarla başlayıb yetkinliyə çatdığında zəhərli kobra ilanı yeyəcək vəziyyətə gəlməktədirlər.

Bal porsuqları ağıllı heyvanlardır

Bal porsuqları bir çox heyvana görə daha ağıllıdırlar və bəzi alətləri öz  məqsədləri üçün istifadə edə biləcəklərini isbatlamışdırlar. “Moholoholo  vəhşi yaşam  reabilitasiya mərkəzi”-dəki əsir bal porsuğu Stoffel-in inanılmaz görüntüləri, dəfələrlə qaçmaq üçün istifadə etdiyi təəccübləndirici dərəcədə vasitələrdən istifadə etməyi və davranışları onların nə qədər ağıllı olduqlarını göstərir.

Bal porsuqları pis qoxu ifraz edərlər

Bal porsuqları , quyruqlarının altında, iyli bir mayeni saxlayan bir ifrazat vəzinə sahibdirlər. Bu narahat edici qoxunu əsasən, olduqları əraziləri işarətləmək üçün istifadə edirlər, amma bir bal porsuğu qorxar ya da təhdid edilərsə, porsuq qohumlarının etdiyi kimi qoxunu püskürtmək yerinə, bir “qoxu bombası”-nı ortaya atarlar. Bal porsuğunun qoxusu, bir porsuq kimi uzun müddət qalmaz, ancaq mesaj eynidir : “Məni rahat burax!”

Mənbə:

Bal Porsuğu: Dünyanın En Korkusuz Hayvanı!

Redaktə etdi: Yaqubov Şəhriyar

STAY CONNECTED

20,764FansLike
2,460FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Tisian Veçellionun Urbinolu Venera əsəri

Üst Renesans dövrünün ən yaxşı rəssamlarından biri hesab edilən Tisian Veçellionun (1480/1485 – 1576) ən məhşur, gözəl, cəsur və qalmaqallı əsərlərindən olan...

Parasetamol (Asetaminofen) dərmanın təsirləri

Digər bilinən adları ilə: "Panadol", Tylenol və.s. Aid olduğu farmakoloji qrup: Qeyri-steroid iltihab əleyhinə maddələr. Farmakodinamikası:...

Diklofenak (Voltaren) dərmanının təsirləri

Farmakoterapevtik qrupu: Qeyri-steroid iltihabəleyhinə preparat (QSİƏP) Farmakodinamikası: Diflofenak qeyri-selektiv SOG 1 və SOG 2-nin inhibitorlarıdır. SOG 1 və SOG...