Banklar yoxdan necə pul qazanır?

Post date:

Author:

Category:

Banklar əsrlər boyu cəmiyyətlərin sosial quruluşunun mühüm rola malik hissəsi olmuşdur. Bank sözü bizə italyan dilidən gəlmişdir. Orta əsrlərdə italyan sərraflar işlərini yol kənarlarındakı skamyaların üzərində görərdilər. Hələ də parklarda, geniş və ağaclıq prospektlərin səki kənarlarındakı bu skamyalar, stollar italyan dilində “banco” adlanır. Bank sözü də bu “banco” sözündən yaranmışdır.

Bank sözü işlədiləndə ağlımıza ilk gələn faizli və faizsiz depozit, faiz hesablamaları, istehlak krediti, kredit kartı kimi bankçılıq terminləri və xidmətləri olur. Bir bankın hansı yolla gəlir əldə etdiyi soruşulanda isə artıq pulu olan şəxsin bu pulu faizli qazanc əldə etmək, sərmayəsini daha təhlükəsiz yerdə saxlamaq üçün banka qoyduğunu və bankın da həmin pulu ehtiyacı olan başqa şəxslərə müəyyən faiz qarşılığında borc verərək qazandığını söyləyirik. Bir çoxumuz bankın əsl gəlirinin banka geri dönən kredit faizləri ilə bankın depozit sahiblərinə ödədiyi faiz arasındakı fərqdən qaynaqlandığını düşünür, yəni bankın faiz üzərindən gəlir əldə etdiyini inanırıq. Reallıq da belədir, ancaq faiz yolu ilə əldə edilən gəlir, bankın əsl qazancının yanında demək olar ki heçnədir. Bu yazımızda bir bankın yoxdan necə pul qazandığını və bankirlərin niyə adi insanlara görə daha varlı olduğunu öyrənəcəksiniz.

Rezerv Bankçılığı və Məcburi rezerv faizi nədir?

Bankçılıq sisteminin tam və qismi-rezerv bank sistemi olmaqla iki forması var.
Tam rezerv bankçılıq sistemində özəl banklar müştərilərdən aldığı depoztilərin bütöv miqdarı qədərini kredit verir. Yəni banka qoyulan 100 manatın hamısı başqa bir müştəriyə kredit olaraq verilə bilər. Qismi rezerv bankçılıq sistemində isə banka qoyulan pulun hamısı kredit kimi verilmir, yəni bir hissəsi mərkəzi bankda tutulur. Mərkəzi bankda tutulan hissəsi ədəbiyyatlarda məcburi rezerv (required reserve ) olaraq adlandırılır.

Məcburi rezervin banka qoyulan depozitə olan nisbəti isə məcburi rezerv faizi adlanır.
Misal üçün, məcburi rezerv faizi 20% təyin olunsa, banka qoyulan 100 manatın 20 manatı mərkəzi bankda saxlanılacaq və bu 20 azn kredit olaraq müştərilərə verilməyəcəkdir.
Günümüzdə tətbiq olunan bankçılıq sistemi qismi-rezerv bankçılıq sistemidir. Özəl bankların bu sistemində iki növ rezervi mövcuddur: sərbəst və məcburi rezerv.
Sərbəst və məcburi rezervin cəmi ümumi rezerv adlanır. Sərbəst rezervlər bankın kredit verə biləcəyi rezerv, məcburi rezerv isə şəxsi bankların mərkəzi bankda saxladığı və kredit olaraq verə bilmədiyi rezervdir. Məcburi rezervin ümumi rezervə olan nisbəti məcburi rezerv(tələb) faizi adlanır.

Nəğdsiz pul nədir? (Bank money)

Nəğdsiz pullar bankların havadan qazandığı puldur. Gəlin nəğdsiz pulun və yaxud da bank pulunun necə əmələ gəldiyini sadə bir nümunə ilə izah edək:

Məcburi rezerv faizinin 10% olaraq qəbul edildiyi bir iqtisadi vəziyyətdə hər şey Əli adlı şəxsin 100.000 manatını banka əmanət qoyması ilə başlayır. Bank məcburi rezerv faizi 10% təyin edildiyi üçün pulun 10.000 manatını Mərkəzi bankda məcburi rezerv, qalan 90.000 manatı isə sərbəst rezerv olaraq saxlayır. Günün sonunda Aslan adlı şəxs banka gələrək ev almaq üçün banka 90.000 manata ehtiyacı olduğunu bildirir.
Bank müəyyən bir faiz qarşılığında geri qaytarmaq şərti ilə Aslana kredit verə biləcəyini söyləyir və müqavilə bağlayır. Müqavilədə pulu geri qaytara bilmədiyi təqdirdə qarşılıq olaraq evinin
ondan alınacağı bildirilir.

Aslan 90.000 manatı alıb, Elnura ev almaq üçün müraciət edir. Aslan bankdan aldığı pulu Elnura verərək evi alır. Daha sonra Elnur da Aslandan aldığı pulu təhlükəsiz yerdə saxlamaq üçün banka gələrək pulunu bura əmanət olaraq qoyur. Bank Elnurdan aldığı pulun 9000 manatını məcburi rezerv, qalan 81.000 manatını isə sərbəst rezerv olaraq yenidən kredit verir. Yenidən başqa bir müştəri gələrək istehlak krediti almaq istədiyini bildirir və beləcə proses bir milyona qədər döngü bu şəkildə davam edir.
Nəticədə, Əlinin banka qoyduğu 100.000 manat banka heç nədən 900.000 manat pul qazandırır.

Beləliklə bank yoxdan 1.000.000 manat qazanmış olur. Bu nəğdsiz pul yəni bank pulu adlanır. Hekayədə sorğulanmalı olan bir neçə məqam var.

Deyək ki, bank Aslan adlı şəxsə 90.000 manat verdikdən sonra Əli geri gəlib pulunun hamısını geri çəkmək istəsəydi bu anda bank nə kimi bir tətbir görərdi?. Aslan pulunu hələ geri ödəmədiyi üçün bank kilitlənəcəkdi. Bu zaman bankın Əliyə verə biləcəyi maksimum məbləğ məcburi rezervdə olan 10.000 manat olacaqdı.
Bank günlük pul çəkmək limiti kimi vaxt uzatma taktikaları ilə vaxtı Aslan pulu geri ödəyənə qədər uzadacaqdı. Real həyatda isə bankların minlərlə Əli kimi müştəriləri olduğu üçün belə bir vəziyyətlə ancaq əmanətçilərin pullarını geri çəkmək üçün banka axın etməsi halında üzləşə bilərlər. Bank sektorunda bu hadisəyə “bank run” adı verilir. “Bank run” vəziyyəti ilə qarşı-qarşıya olan istənilən bank iflas edəcək, çünki bankın kredit olaraq verdiyi məbləğ sərbəst rezervdən çox olacaq.

Digər bir diqqət edilməsi vacib olan şey isə Elnurun Aslandan aldığı pulu banka əmanət olaraq qoyub qoymayacağıdır. Əgər Elnur bu pulu banka əmanət olaraq qoysa, bank tərəfindən bu geri dönən pul olaraq adlandırılır. Bankın verdiyi məbləğin nə qədərinin banka geri döndüyü isə geri dönüş faizi adlanır.

Məsələn, Elnur pulunun 54.000 manatını banka əmanət olaraq qoysa bu zaman geri dönüş faizi 50.000/90.000×100=60% olaraq hesablanır. Banka geri əmanət kimi qoyulmayan 36.000 isə sızıntı olaraq qəbul edilir və normal olaraq bankda 40 faiz sızıntı yaranmış olur.

  • Nəğdsiz pul miqdarı = 1 / [1-g(1-Rr)] x Banka qoyulan pul (əmanət pul) bu şəkildə ifadə edə bilərik.
  • Burada g geri dönən ; rr məcburi rezerv faizini göstərir.
  • Məsələn; məcburi rezerv nisbəti 10%, banka qoyulan pul 100.000 manat və
  • Geri dönüş faizi 100% olarsa
  • Nəğdsiz pul miqdarı = 1 / [1-1 (1-0.1)] x 100,000 = 1,000,000 AZN
  • Geri dönüş faizi 60% olduqda
  • Nəğdsiz pul miqdarı = 1 / [1-0.6 (1-0.1)] x 100,000 ≈ 217.391 AZN
  • Geri dönüş faizi 0% -dirsə, geri dönüş yoxdursa
  • Nəğdsiz pul miqdarı pul miqdarı = 1 / [1-0 (1-0.1)] x 100,000 = 100,000 TL. Bankda yatırılan pul qədər yalnız nağd pul yaratmaq olar.

Ümumiyyətlə, nəğdsiz pul yerinə balon pul birləşməsini işlətmək daha yerində olar, çünki nə qədər çox hava üfləsəniz , şar da bir o qədər çox şişəcək. Şardakı havanın böyük bir qismi gerçəkdə mövcud olmayan puldur. Başqa sözlə desək bankın nəğd olaraq kredit kimi verdiyi pullar əslində fiziki olaraq mövcud deyil. Ona görə də hava balonu bənzətməsi etmək olduqca məntiqlidir.

Tarixdə “Bank run”-a nümunə olaraq 2008-ci ildə yaşanan Dünya iqtisadi böhranını göstərmək olar. Bu böhranın əsas səbəbi nəğdsiz və yaxud bank puludur.
Normal şərtlər daxilində banklar müştərilər borca verilən məbləği geri qaytara bilmədiyi zaman onların evləri, torpaqları və ya yox daşınmayan əmlaklarını girov götürə bilirlər.
2008-ci il böhranında vəziyyət daha da ağır idi. Banklar müştərilərinə verdikləri kreditləri CDO( Collateralized debt obligation) yəni borc öhdəlikləri ilə təmin olunmuş istiqraz adı altında investisiya banklarına satırdılar və sərbəst rezerv faizini artırdılar.

Şəxsi banklar nə qədər çox CDO sata bilirdilərsə, müştərilərə də bir o qədər çox kredit verə bilirdilər. Digər tərəfdən, özəl banklar CDO-ları investisiya banklarına satdıqları üçün
geri dönüş problemlərinin yaşanması hallarında girov götürmək əlaqəli məhkəməlik işlərlə problem yaşamırdılar. Özəl banklar bu problemi CDO üzərindən investisiya banklarına yönləndirdiyindən,bir müddət girov ilə əlaqəli məhkəməlik işlərin sayı minumumda gəzinirdi. Bu şəkildə daha çox qazanc əldə etmək istəyən banklar yüksək faiz (subprime) adı altında geri ödəmə problemli və yüksək faizli kreditlər verərək daha çox CDO satmağı hədəfləmişdilər.

Özəl banklar CDO-ları investisiya banklarına satdıqları üçün Moody’s, Fitch Ratings, Standart and Poor kimi kredit reytinq agentlikləri investisiya banklarına yüksək kredit reytinqlərini verməkdə davam edirdi. Kredit reytinq agentlikləri nə qədər yüksək qiymət verərsə, kreditin qaytarılmaları da bir o qədər etibarlı sayılırdı. Əslində, CDO-lar D kimi çox aşağı reytinq almalıykən kredit reytinq agentlikləri isə süfrədən bir pay almaq üçün ikiüzlü olmaqdan çəkinmirdilər.

CDO-lara təminatlı istiqraz adlandırmağımızın səbəbi, ödənişləri sabitgəlirli baza aktivlərindən gələn vəsaitlər hesabına formalaşan qiymətli kağız olması ilə əlaqədardır.
Başqa sözlə, kreditin qaytarılması ilə bağlı problemlər olduqda, CDO sahibləri, yazılan dəyəri qədər borcu olan şəxsin evinə və torpağına sahib ola bilər. Buna görə böhran zamanı ələ keçirilən evlər əslində birdən çox insana məxsus idi. Bu da xeyli tragikomikdir.

2008-ci ildə baş verən böhran aşağıdakı tsikl üzrə irəliləmişdi:

  • Müştərilər ev almaq üçün özəl bankdan kredit götürürlər.
  • Özəl banklar bu kreditləri CDO adı altında investisiya banklarına satırlar.
  • İnvestisiya bankları bu CDO-lari investorlara satır. Kredit reytinq agentlikləri, gəlir dərəcələrini aşağı salmamaq üçün yüksək qiymətləri olan aşağı dərəcəli CDO-lar göstərir.
  • İnvestorlar investisiya banklarından yüksək kredit reytinqləri olan CDO-ları alır, saxlayır və ya törəmə( deravativ) bazarlarında satırlar.
  • Özəl banklar o qədər borc verməyə başlayırlar ki, yüksək gəlirli insanlara borc vermək çətinləşir. Çünki yüksək gəlirli kəsimin kredit tələbi azalmışdır. Buna görə özəl banklar diqqətlərini aşağı gəlirli kəsimə yönləndirirlər. Daha çox qazanc əldə etmək üçün subprime adı altında bu kəsimə yüksək faizli kreditlər verir.
  • Özəl banklar bu kreditləri investisiya banklarına CDO kimi satırlar.
  • İnvestisiya bankları bu CDO-lari şaxələndirir və törəmə bazarlarda investorlara satır.

Balon partlayana qədər dövr bu şəkildə davam edir. Amerika Mərkəzi Bankı FED, 2008-ci ilə qədər vəziyyətdən xəbərdar idi və böhran başlayana qədər bütün bu hadisələri görməzdən gəlirdi.Böhran baş verdiyi zaman Bear Stearns və Lehman Brothers kimi investisiya bankları və dünyanın ən böyük sığorta firması olan AIG və Bank of America kimi özəl banklar batdı.
Böhran əslində nəğdsiz pul prosesinin nəticəsi olaraq başladı. Çünki özəl bankların verdiyi kreditlər nə qədər çox olsa və ev sahibi Elnur kimilərin sayı nə qədər çox olsa banka geri dönən pul faizi də o qədər yüksək olurdu. Bu şəkildə daha çox CDO-lər yaradıldı və şar şişməyə davam etdi. Kreditlər qaytarılmamağa başlanıldığında isə sistem çökməyə başladı.

Nağdsız pullara (əmanətlərə) nəzarət üsulları

Nağdsız əmanətlər – Banklar tərəfindən yaradılan və bir an içində nağd pula çevrilə bilən pullara deyilir. Bu cür pullar başlanğıcda fiziki varlığı olmayan , sadəcə bankların yarada bildiyi və hesablarına əlavə etdiyi pullardır. Bu cür pulların yaradılması zamanı banka pul yatırmaq vacib deyildir. Bankların kredit hesabı açması  və bu kredit məbləğindən artıq olmayaraq pul çəkilməsi ya da ödəmə əmri verilməsi zamanı da belə nağdsız əmanətlər yaradıla biləcəyini artıq söylədik.

Maliyyə institutları və dövlət  nağdsız əmanətlərin mənfi təsirləri  səbəbindən iqtisadi tarazlığın pozulmasının qarşısını almaq məqsədi ilə bəzi tədbirlər görə bilər. Məsələn, bu cür pullar nəzarət altına alınacaqsa, məcburi tələb faizləri yüksələ bilər. Belə olduqda  kredit olaraq veriləcək pul vəsaiti azalır. Sonra isə nağd pul miqdarı azalır. Faiz dərəcələri qalxır. İnvestisiya, məşğulluq və məcmu tələbin azalması, dezinflyasiya və ya deflyasiya baş verə bilər. Digər tərəfdən, milli gəlirin də azalacağını nəzərə almaq lazımdır.

İkinci bir üsul  – kredit həddi siyasətidir. Mərkəzi Bank özəl bankların təklif edə biləcəyi kredit miqdarı ilə bağlı bir hədd təyin edir. Məsələn, kredit tavanının məbləği bir bank üçün 100 milyon dollardan 40 milyon dollara endirilə bilər. Kredit həddi nə qədər aşağı saxlanılırsa, rəsmi pul yaratmaq bir o qədər çətindir. Özəl banklar  faiz dərəcələrini gəlirlilik dərəcəsini azaltmamaq üçün yüksək səviyyədə saxlayırlar, çünki kredit həddini aşa bilməzlər. Bu cür vəziyyət ümumi olaraq müsbət sayılmaya bilər. İnflyasiya səviyyəsi və milli gəlir azalır. İqtisadiyyatda tənəzzül də baş verə bilər. 

Üçüncü üsul minimum ödəniş dərəcələridir. Dövlət müəyyən edə bilər ki, bankdan minimum ödəniş dərəcəsi ilə kredit götürmək istəyən insanlar kreditin müəyyən hissəsini ödəməlidirlər. Məsələn, minimum ödəniş dərəcəsi 25% olaraq təyin olunarsa, ev almaq istəyən insanlar öz əmanətlərini evin qiymətinin 25% -i və qalan 75% -ə bank kreditlərindən istifadə edə bilərlər. Bu şəkildə minimum ödəniş dərəcələri nə qədər yüksək olarsa, nağd pul azaldılacaqdır. Minimum ödəniş dərəcələrinin artırılması tələb olunan ehtiyat əmsalları və kredit həddi siyasəti ilə oxşar nəticələrə malikdir. 

Dördüncü bir üsul kimi  tənzimləyici qurumlar özəl bankların  kredit – depozit dərəcələrini məhdudlaşdıra bilər. Bunun nəticəsi olaraq əmanətçilər tərəfindən qoyulan əmanətlərin kredit olaraq nə dərəcədə təklif edilə biləcəyi müəyyənləşdirilir. Məsələn; Kredit / əmanət nisbəti 3,7 olan bir sistemdə, banka yatırılan 100 dollardan maksimum 370 dollar kredit verilə bilər. Nəticə olaraq nağdsız əmanətlər bu vəya digər bir şəkildə iqtisadiyyat üçün əlverişsizdir. Çünki bu sistemdə əslində reallıqda olmayan pulu qaytarmaq tələb edilir. Təbii ki, bu pulları qaytara bilməyənlər borclanırlar və gələcəkdə qazandıqları nağd pulları banklara verirlər. Bununla birlikdə, rəsmi valyuta artdıqca qiymətlərin ümumi səviyyəsi də artmaqdadır . 

Mənbə:

http://zinzinzibidi.com/blog/genel/bankalar_nasil_havadan_para_yapar

Tərcümə etdi:

Tofiq Cəfərov

Nisə Qulizadə

Redaktə etdi: Ziya Mehdiyev

STAY CONNECTED

19,727FansLike
2,187FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Elekron necə kəşf edildi?

İlkin fikirlər Bizim eradan bir neçə əsr əvvəl qədim yunan alimləri yunla sürtülmüş kəhrəbanın yüngül cisimləri...

Beyin donması nədir?

Sizdə də heç belə olub? Soyuq, şirin, dadlı dondurma yeyirsiniz vəə... Budurr! sanki beyniniz donur! Nə baş verdi?

“Qara qızıl” – Neftin tarixi

Neftin fiziki və kimyəvi xassələri Neft, əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyə malik yanar mayedir....