Beyin donması nədir?

Post date:

Author:

Category:

Sizdə də heç belə olub? Soyuq, şirin, dadlı dondurma yeyirsiniz vəə… Budurr! sanki beyniniz donur! Nə baş verdi?

Beyin donması soyuq bir şeyi çox sürətli yedikdən sonra alın və gicgah nahiyəsində baş verən qısa müddətli və güclü ağrıdır. Əgər sizdə də baş verirsə, narahat olmayın- əslində beyniniz donmur. Elə bir hissiyyat yaranır ki, sanki bu  kəllənizin içində baş verir, ancaq bu ağzınızda baş verənlərlə əlaqəlidir.

Beyin donması hər kəsdə baş vermir. Araşdırmaların çoxu göstərir ki, iştirakçıların yarısından da az bir hissəsi bunu təcrübə edir. Alimlər isə bunun səbəbini hələ də başa düşməyiblər.
Beyin donması üçün elmi termin əsas-damaq qanqlionevralgiyadırçox da ciddi olmayan vəziyyət üçün ciddi ad kimi səslənə bilər.

Ancaq beyin donması sadəcə bədəninizin çox soyuq yemək yeməyə və ya içməyə verdiyi reaksiyasıdır. Bədəniniz və beyniniz temperatur da daxil olmaqla bədənin bütün funksiyalarını tənzimləyir. Əgər əvvəllər qızdırmanız olubsa, bilirsiniz ki, bir neçə dərəcə fərq həqiqətən də bütün bədəninizə mənfi təsir göstərə bilər. Belə ki, cəld şəkildə ağzınıza çox soyuq bir şey qoyanda bədəninizin ilk cavabı özünü yenidən isitməkdir. Bununla da beynin donmasında iştirak edən reaksiyalar kaskadı başlayır.

Beyin ağızdakı qan damarlarını genişləndirir və isitmək üçün həmin bölgəyə qan gəlir. Burada ağrıya səbəb olan şey qan damar ölçüsünün və qan axınının sürətli dəyişməsidir. Ancaq bu proses təkcə ağzınızdakı damarlar ilə bağlı deyil. Ətrafdakı digər qan damarlarında da yəni alın və göz arxası nahiyələrdə kəllə ilə beyin arasında yerləçən və beyin qişaları adlanan bölgədə diametrləri böyüyə və ya kiçilə bilər.

Başın bu hissələrində yaranan ağrı siqnalları beyinə üçlü sinir (üz və başdakı bir çox əməliyyata cavabdeh olan sinir) vasitəsilə ötürülür. Beləliklə, beyniniz bu siqnalları qəbul edəndə ağrını yalnız problemin mənbəyində deyil, həm də başın ön hissəsində də hiss edirsiniz.

Beyin donması niyə baş verir?

Beyin donmasının niyə baş verməsi isə bir az sirrlidir. Aydındır ki, çox isti qidaları yemək çox soyuq yemək yeməkdən daha təhlükəlidir. Beyin donmasının təkamül cəhətdən faydası olub-olmadığını bilmirik, ancaq ola bilsin ki bu, bədənimizim bizə “yavaşla” söyləməyinin bir yoludur.
Vəziyyət uşaqlıq dövrü ilə əlaqəli olsa da, bu uşaqların  beyinlərinin buna daha həssas olması ilə bağlı deyil, sadəcə çox güman ki uşaqlar dondurma kimi soyuq yeməkləri  yavaş-yavaş  yemək vərdişlərini inkişaf etdirməmişlər. Beyin donması hətta heyvanlar aləmində də (məsələn, pişiklər) mövcuddur, ehtimal ki, eyni funksiyanı yerinə yetirir – soyuq qidaların istehlakını yavaşladır.

Baş ağrılarının digər növlərindən nə ilə fərqlənir?

Əsas fərqlər simptomlardadır. Məsələn, ən çox yayılmış baş ağrısı növü olan miqrenləri götürün. Miqrenlərdə, ümumiyyətlə başın bir tərəfində ağrı, ürəkbulanma, işığa və səs-küyə həssaslıq, bəzən bulanıq görmə ilə müşayiət olunur. Aydındır ki, əgər beyin donması yaşamısınızsa, həmin vaxt sizdə bu simptomlardan heç biri olmayıb . Lakin ikisinin başvermə mexanizmi oxşardır. Üçlü sinir həm miqren, həm də beynin donmasında iştirak edir, lakin ikinci halda o, çox tez keçən və heç bir əlamət buraxmayan bir hadisəyə cavab verir.

Beyin donmasını dayandırmağın ən yaxşı yolu nədir?

Beyin donmasının müalicəsi əslində çox sadədir və özünüzün  edə biləcəyi bir şeydir. Beyin donması başladığını hiss etdiyiniz  anda dilinizlə ağzınızın boşluğunuzun üst qisminə təzyiq edin. Dilinizdəki istilik, isti və enerjini burnunuzun arxasındakı sinuslarınıza keçirəcəkdir , daha sonra beynin donmasına səbəb olan sinir dəstələri isinəcəkdir .Beyin donmasına tamamilə yox olana qədər bir müddət dilinizi ağzınızın üst qismində saxlaya bilərsiniz.Ya da  eyni funksiyaya xidmət edən- otaq temperaturu suyu içə bilərsiniz.

Ancaq bunlardan birini etməsəniz də, beyin donması ümumiyyətlə bir neçə saniyədən bir neçə dəqiqəyə qədər davam edir və bu təhlükəli deyil.

https://www.brainfacts.org/thinking-sensing-and-behaving/diet-and-lifestyle/2019/what-causes-brain-freeze-071819
https://theconversation.com/what-is-a-brain-freeze-135166

Redaktə etdi:Nisə Qulizadə

STAY CONNECTED

20,112FansLike
2,238FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

X ; Y ; Z nəsilləri nəyi ifadə edir? Onlar necə formalaşır ?

Adətən, yaş fərqi olan insanlar ilə fikirlərimiz üst-üstə düşmədikdə "nəsil" ; "generasiya fərqi’" deyib keçirik. Çünki onlar yaşca bizdən böyük ya...

Kommersiya marketinqi nədir?

Marketinqin şirkətlər üçün çox uzun müddətdir imtina edilməz bir ünsür olmasının səbəbi davamlı inkişaf edən dinamik quruluşa malik olması və dəyişikliklərə asanlıqla...

Superkompüter nədir? (Ensiklopedik bilgi)

Superkompüter – çoxprosessorlu hesablama sistemidır və ilk superkompüter amerikan mühəndis Seymur Krey tərəfindən 1975-ci ildə yaradılmışdır və məhsuldarlığı sürüşkən vergüllü ədədlər üzərində...