Beynimizin içində yaşayan “cücə adam”-Homunkulus nədir?

Post date:

Author:

Category:

Kiçik  bir araşdırma etsək, homunkulus haqqında qarşımıza ilk çıxan informasiya “süni yolla yaradılmış insan”  təcrübələri barədə  olacaq.

Lakin daha dərinlərə getsək biz elmin  əlkimya ilə yanaşı nevrologiya sahəsində də bu sözcüyə rast gələcəyik. Latın dilində “culus”- kiçiltmə dərəcəsində, “homos”-isə insan mənasında işlədilir.

Homunkulus sözcüyünün əlkimyada işlədilməsi tarixi, həmçinin bizə çoxalma,gestasiya,genetik mühəndislik və kibernetikanın  ilkin təsvvürlərinin necə olduğu haqqında da məlumat verir.

İntibah dövründə tibb elmində ana bətninin dölü qidalandırmaqdan başqa funksiyasının olmadığı, yalnız spermin mayalanmada əsas rol oynadığı düşünülürdü.

Aristotel insan bədənindən kənarda süni şəkildə yaradıla biləcək həyatın mövcudluğuna tam şəkildə inanmırdı,ancaq bu fikirlərin mümkünlüyünü də göz ardı etmirdi.O güman edirdi ki, əgər biz ana bətnini süni bir mühit ilə əvəz edə bilsək,insan spermi xaric, ehtiyacımız olan tək şey isti bir yer və ətin  qidalı mühit rolu oynadığı şəraitdir.

İnsanın süni şəkildə yaradılması elm tərəfindən çoxdan rədd edilsə də, Orta əsrlər və İntibah dövründə uzun müddət indiki dövrdə insan klonlanması mövzusu kimi geniş ölçüdə qəbul edilən idi.

Başqa bir fikir isə Antik, Orta çağ və İntibah düvrünün alimləri tərəfindən deyilmişdir. Onlara görə siçan,milçək,qurbağa kimi sadə canlılar öz-özünə yaranır. Bir nümunə ilə izah etsək, milçəklərin çürümüş ətdən yarandığına inanılırdı.

Bəlkə də bu fikirlər arasında hərəkətsiz maddəyə sperm əlavə edərək spontan yaradılan  homunkulus fikri günümüzdə spontan yaranmaya ən yaxın olan fikir kimi qəbul edilə bilər.

Artıq erkən orta əsrlərdə yaşayan əl-kimyaçı və filosoflar birləşərək  homunkulus yaratamaq yollarını ümumi şəkildə “Book of the Cow” adlanan əsərdə topladılar. Bu əsərdə bir dişi inək və yaxud qoyunu, fosforlu qidalı maddələrlə və spermlə qarışdırılmış miksturayla dölləndirildiyi qeyd olunurdu. Bu prosesin sonunda tezliklə homunkulus doğulacağı və onun qanla qidalanmasının vacib olduğu yazılırdı. O dövrdə bir sıra belə reseptlər mövcud idi, bunların bir-birindən fərqləndirən isə hər reseptdə müxtəlif heyvanlardan istifadə olunması idi.

Homunkulusların fövqəltəbii gücləri olduğuna inanılırdı. Xüsusi gücləri vasitəsilə ay tutulması yaratdıqları və metamorfozla dölləndikləri  heyvanın bədəninə çevrildikləri düşünülürdü. Hətta, belə bir fərziyyə var idi ki, homunkulus bədəninin mayesindən onu yaradan yaradıcısına versə, həmin şəxsin özü də su üzərində yerimək kimi xüsusi gücə sahiblənəcək.

Digər bir resepti isə 16-cı əsrdə İsveçrəli əlkimyaçı, həkim Parasels (əsl adı Philippus Aureolus Theophrastus Bombast von Hohenheim(1493-1541)) təklif etdi.

Parasels fertilizasiya və gestasiya dövrü keçirmədən süni insan yaratamağın yollarını “De Nature Rerum” əsərində yazmışdır. Əsərdə bu proses  belə təsvir edilirdi ki, at süni şəkildə mayalandırılmalı, dölü bədəndə xaric edərək, 40 gün boyunca isti temperaturda havasız şəraitdə çürümüş ət və ya gübrənin  içində  saxlanılmalıdır, bu müddətin sonunda onda gözlə görülə biləcək hərəkətlər müşahidə ediləcək və ortaya şəffaf, insana bənzər bir canlı ortaya çıxacaq. İnsan qanıyla bəslənərək böyüyən  bu canlının digər ana bətnində əmələ gəlmiş canlılardan tək fərqinin  miniatür  olacağını qeyd edirdi.

Bəs Homunkulus sözü nevrologiya sahəsində harada və necə işlədilir?

Beynimizdə yerləsən neyronlar heç də təsadüfi şəkildə paylanmamışdır. Bədən üzvlərimizdən gələn siqnalların hər biri beyin qabığında   somotosensor və motor korteks(hərəki nahiyə) adlanan hissədə özünə məxsus yerlərə ötürülür.

Beynimizdə siqnallar iki istiqamətdə -beyindən işcil orqana,işcil orqandan da beyinə ötürülür.

Biz əllərimizi hərəkət etdirərkən hərəki sinirlər siqnalları beyin qabığının hərəki nahiyəsinə, toxunub hiss etdiyimiz zaman yaranan siqnallar isə somotosensor korteksə  yönləndirilir.

Burada yerləşən neyronlar bədən üzvlərimizə görə qruplaşaraq, beyin qabığında müəyyən bir sahə tutur. Bu sahə kortikal homunkulus adlanır. Qısaca desək, əllərimizdən, barmaqlarımızdan, üzümüzdən və.s. gələn siqnallar ayrı-ayrı bölgələrdə yerləşən  neyronlara ötürülür. Bütün bu neyron qruplaşmaları birlikdə bədənimizin beynimizdə xəritəsini əmələ gətirir.

Beyin xəritəsi anlayışını nevrologiya sahəsinə ilk dəfə amerikalı neyrocərrah olan Wilder Graves Penfield (1891-1976) gətirmişdir.

O, şüuru yerində olan  epilepsiyalı xəstələrin əməliyyatlarında onların beyninə müxtəlif yollarla siqnal göndərərək oyanma yaradır və onlardan özlərini necə hiss etdiklərini soruşurdu. Misal üçün o, beynin əlləri idarə edən zonasına toxunduqda xəstə cərraha əllərinə nəyinsə toxunduğunu deyirdi.

Nəhayət, 1950-ci ildə apardığı təcrübələrin nəticəsi olaraq beyin xəritəsi anlayışını kəşf etdi və bunu modelin üzərinə köçürdüyü zaman  ortaya gülməli və qəribə bir mənzərə çıxdığını gördü. Beyin qabığında ortaya çıxan bu xəritədə ayaqlarımız əllərimizə nisbətən olduqca kiçik, qollarımız isə əllərimizə görə xeyli nazik bir görüntü sərgiləyir. Bu modeldə bədən ölçülərimiz qeyri-simmetrik ölçüdə olmağının səbəb  mütəhərrik nahiyələr və toxunma hissinin,yəni ən çox həssas olan bölgələrimizin beyində daha çox yer tutması ilə əlaqadardır. Biz danışarkən dilin necə hərəkətli vəziyyət aldığını və yaxud isti yerə toxunananda əlimizi sürətli bir şəkildə necə geri çəkdiyimizi düşünsək onların beyində niyə bu qədər geniş bir bölgə tutması  bizi heç də təəcübləndirməməlidir.

İstifadə olunan mənbələr:

https://www.ancient-origins.net/history/alchemical-recipe-homunculus-sperm-rotting-meat-mini-artificial-human-009836

https://www.npr.org/templates/story/story.php?storyId=101960403

Müəllif: Nisə Quluzadə

Redaktə etdi: Yaqubov Şəhriyar

STAY CONNECTED

20,454FansLike
2,295FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Epigenetika nədir?

İnsan genomunu kodlaşdırarkən dörd hərfdən istifadə olunur. S,Q,A,T.- bunlar DNT-zəncirini əmələ gətirən hərflərdir. Biz bu hərflərdan 3 milyonunu anamızdan, 3 milyonunu da...

Mona Liza portreti

Mona Liza şəksiz ki, dünyanın ən məşhur portretidir. Heç incəsənətlə maraqlanmayan bir insandan, balaca bir uşağa...

“Affiliate” marketinq nədir?

"Affiliate" Marketinq qısaca olaraq məhsulların, xidmətlərin, veb saytların və ya şirkətlərin reklamlarını edərək hər uğurlu satışdan qazanc əldə etməkdir.