Böyük Partlayış nəzəriyyəsi: Bütün zamanların ən böyük partlayışını necə sübut etdilər?

Post date:

Author:

Category:

Müəllif: Naycl Henbest (ing. Nigel Henbest) – “Cambridge” Universitetinin doktoru, astronom, “The History of Astronomy” kimi 50-dən çox kitabın və “Journal of the British Astronomical Association” jurnalının yazarı, elm və digər mövzularda sənədli filmlər istehsal edən “Pioneer” şirkətinin qurucularındandır.

“Böyük Partlayış nəzəriyyəsi elmi terminlərlə izah edilə bilməyən, dərk olunması çətin olan bir fikirdir.”

1949-cu il idi və astronom Fred Hoyl (ing. Fred Hoyle) BBC radio studiyasında oturmuş, yeni çıxan bir nəzəriyyənin əleyhinə danışırdı. Bu nəzəriyyəyə görə, kainat milyardlarla il əvvəl bənzərsiz bir hadisədən qalan dalğalarını bu gün belə görə bildiyimiz möhtəşəm bir partlayışdan yaranmışdı.

O zamanlar Hoyl partlayış üçün tapdığı, tələsik verilmiş bir adın (ing. “Big Bang”) hər yerə yayılacağını necə təxmin edə bilərdi ki? Böyük Partlayış modern fizikanın ayrılmaz bir parçası oldu.

Parlaq bir astronom və riyaziyyatçı olan Hoyl Panspermiya hipotezindən (red. Həyatın Yer kürəsinə kosmosdan bir meteorit vasitəsilə gətirildiyi düşüncəsi) Supernova Nukleosintezi nəzəriyyəsinə (red. Element lərin ulduzlarda baş verən partlayışlar nəticəsində yarandığı düşüncəsi) qədər çox sayda ajiotaj doğuran fikirlər üzərində çalışırdı. İnanmaq çətindir, lakin elmə bu qədər töhfə vermiş bir adam olan Hoyla Nobel mükafatı verilmədi. Güman ki, buna səbəb “Cambridge” Universitetindəki kolleqaları ilə və Nobel komitəsi ilə arasının pisləşməsi oldu. Lakin daha böyük səbəbi növbəti illərdə bəlli oldu. Bu günə qədərki ən böyük fizika yarışında o, yanlış komandaya azarkeşlik etmişdi.

Bütün həyatı boyunca Hoyl kainatın “Stasionar kainat” (ing. Steady State theory) modelini dəstəklədi.

Bu modeldə kainatın əvvəli və ya sonu yoxdur, yəni həmişə su axan krandakı kimi maddə daima yaranır.

Bu, indilərdə qəbul olunan Böyük Partlayış nəzəriyyəsi ilə kəsişir. Böyük Partlayış nəzəriyyəsinə görə, həyatın ilk nəfəsində (red.bir yoktosaniyənin yüz milyardda biri, yəni 10 üstü mənfi otuz bir) kainat proton adlanan kiçik atomaltı hissəciyindən milyardlarla dəfə kiçik ikən, bir futbol meydançası böyüklüyünə çatdı. Sonrakı bir yoktosaniyənin yüz milyonda birində kainat təməl hissəciklər və onların anti-hissəciklərindən ibarət, şorbaya bənzər bir varlığa çevrildi və trilyonlarla farenheyt dərəcə kimi ağlın mat qaldığı temperaturdaykən, qravitasiya kimi təbiət qüvvələri ayrıldıqca “soyumağa” başladı. Bir mikrosaniyə sonra kainat proton və neytronların yaranmasına kifayət edəcək qədər soyudu və ilk bir neçə dəqiqədə protonlarla neytronlar birləşərək helium və hidrogenin nüvəsini təşkil etdilər.

Sonrakı 300 min il ərzində 100 milyon farenheyt temperatura sahib olan kainat hissəciklərlə protonlar qarşılıqlı əlaqəyə girdiyi üçün “bulanıq” görünürdü.

Protonlar ancaq 100 milyon işıq ili ölçüsündə bir böyüklüyə çatanda elektronları “tuta bildilər”. Beləliklə, ilk atomlar yarandı və kainata yayıldı.

Habblın oğurluq kəşfi

Kainatın böyük partlayışdan yaranmış ola biləcəyi fikrini bu qədər insan arasında ortaya atan ilk şəxs belçikalı bir rahib idi. Məşhur “E=mc2” düsturu üzərində çalışan Lematra (fr. Georges Lemaitre) Böyük Partlayış haqqında düşüncəsini 1927-ci ildə Eynşteynə (red. Bu söz Azərbaycan dilinə keçsə də, orijinal tələffüz “Aynştayn”-dır) bildirdi. Eynşteyn statik kainata inandığından bu fikrə şübhəylə yaxınlaşdı.

Digər tərəfdən Lematranın fikri ABŞ-lı astronom Edvin Habblın (Edwin Hubble) tapdığı hesab edilən nəticələrlə, demək olar ki, üst-üstə düşürdü. Habblın qanunu bir qalaktikanın sürətinin Yer kürəsinə olan uzaqlığı ilə əlaqəli olduğunu bildirirdi. Habbl daha əvvəl edilməmiş bir şeyi edərək qalaktikalarla Yer kürəsi arasındakı məsafəni ölçdü, lakin sürətlərini hesablamağı bacara bilmədi.

Hər kəs Habblın kainatın genişləndiyini tapdığını söyləsə də, Habbl həqiqətdə Slifer adlı bir adamın əldə etdiyi nəticələrdən istifadə etmişdi.”

1900-cü illərin əvvəlində ABŞ-lı astronom Vesto Slifer (ing. Vesto Slipher) spiral nebulaların necə döndüyünü araşdırırdı. Arizonadakı Lovel rəsədxanasında

bu təəccüblü hərəkətləri araşdırarkən zehnində bunların, əslində, dünyadan uzaqlaşdıqları fikri formalaşmağa başladı. Lakin son həmləni edən Habbl oldu.

1929-cu ildə Sliferin yayımladığı bir məqalədən istifadə edən Habbl kosmik qırmızı yerdəyişməni (ing. redshift) öz kəşfi kimi göstərdi. Habbla aydın oldu ki, uzaq bir cisimdən gələn işıq dünyadan biraz da uzaqlaşdıqca spektrin qırmızı tərəfinə doğru sürüşür. Qırmızı yerdəyişmə kainatın genişlənməsindən qaynaqlanırdı.

Qırmızı yerdəyişməni izah etmək üçün ambulans siqnalı yaxşı bənzətmədir. Ambulans sizə nə qədər yaxınlaşarsa, siqnalın səsi o qədər yüksəlir. Ambulans uzaqlaşanda isə səsi azalır. Eyni cür hərəkət edən ulduz və ya qalaktikanın işığı Yerə yaxınlaşdıqca spektrin mavi tərəfinə (ing. blueshift), uzaqlaşdıqca spektrin qırmızı ucuna sürüşür. Adının bir kosmik gəmiyə verilməsinə baxmayaraq, “Slifer qanunu” heç vaxt var olmadığından bu adam üçün təəssüf edə bilərik. Yenə də Böyük Partlayış nəzəriyyəsindən sonra qalan radiasiyanın özünü kosmik qırmızı yerdəyişmə kimi göstərməsinin kəşfi möhtəşəm bir tapıntı idi. Bu tapıntı da “Böyük Partlayış”ı sübut etməyin önünü açdı.

Göyərçin sübutu

Nə qədər dəhşətli olsa da, müharibənin yeniliklər doğurduğu bir həqiqətdir. (Red. çünki elm daha çox adam öldürmək üçün vasitəyə çevrilir) Radioastronomiyanın (red. astronomiyanın kosmik obyektləri radio dalğaları diapazonunda elektromaqnit şüaları vasitəsilə tədqiq edən sahəsi) atası II dünya müharibəsində istifadə edilən radarlar idi. Müharibədən sonra dünyanın ilk radio teleskoplarından biri fizik Martin Rayl (ing. Martin Ryle) tərəfindən Kembriçdə quruldu. Rayl kainatın dərinliklərini müşahidə edərkən qalaktikaların zamanla “topalaşdığını” gördü. Bunun tək bir səbəbi ola bilərdi: kainat keçmişdə daha kiçik idi. Beləliklə, zamanın başlanğıcına dönüb baxanda kainatın çox kiçik bir nöqtədən yaranmağa başladığını söyləyə bilərdikmi? 1964-cü ildə iki ABŞ-lı fizikin kəşfi bu fikri dəstəklədi. Arno Penziyas (ing. Arno Allan Penzias) və Robert (Bob), Vudro Uilson (ing. Woodrow Wilson) Nyu Cersidəki “Bell” laboratoriyasında radioteleskop ilə kosmosu müşahidə edirdilər. Teleskopdan davamlı olaraq “tısss” səsi gəlirdi və bu da adamı əsəbləşdirən tipdə bir səs idi. İlk başda Penziyas və Vilson bunun teleskopun antenasındakı göyərçin ifrazatlarından qaynaqlandığını düşündülər. Bu səbəbdən, göyərçinləri uzaqlaşdırdılar. Poçt göyərçinləri təkrar-təkrar geri döndülər. Lakin sonunda birdəfəlik uzaqlaşdırıldılar. Ancaq “tısss” dayanmadı. Nəhayət, Penziyas və Vilson bu səsin səmanın hər yerindən gəldiyini kəşf etdilər. Yaxındakı “Princeton” Universitetində çalışan Robert Dik (ing. Robert Dick) əgər Böyük Partlayış olubsa, ondan geriyə radiasiyanın qalmalı olduğunu düşünürdü. “Yaradılış” sonrasındakı prosesi təyin etmək üçün bir teleskop hazırlamağı planlayırdı. Lakin Penziyas və Vilsonun tapıntılarından xəbər tutaraq onlarla təmas qurdu. Onları çox böyük zəhmətdən qurtardı və cütlüyə 1978-ci ildə Nobel fizika mükafatını qazandırdı.

“Nodul” kainat Stasionar kainat nəzəriyyəsinin tabutuna son mismarı 1989-cu ildə “COBE” (ing. Cosmic Background Explorer) adlı peyk vurdu. Peykin vəzifəsi keçmişə göz atıb, kainatın “uşaqlıq” çağından qalma şəkilləri üzə çıxarmaq idi. Aradan üç il keçdikdən sonra, nəhayət, Stasionar kainat nəzəriyyəsinə ölümcül zərbəni endirəcək dəlil əldə edildi. Böyük Partlayışın reallaşa bilməsi üçün ilkin kainat dumanlılığında çoxlu toqquşmalar olmalı idi. Bütün kosmosa yayılan “COBE” digər peyklərdən də uğurlu oldu. Ciddi bir dəqiqliklə həssas bir termometr kimi kosmosun dərinliyində olan “inci”ni tapdı və kainatda məlum olan ən qədim cisimləri kəşf etdi. “Zamandakı qırışıqlıqlar” deyilən bu cisimlər indiki qalaktikaların ataları idi. Bunlar ancaq möhtəşəm bir partlayış nəticəsində yaranmış olmalı idi: Böyük Partlayış. Təməlləri atıldıqdan sonra nəzəriyyə “COBE” peykinin xələfi “WMAP” (ing. Wilkinson Microwave Anisotropy Probe) peyki sayəsində təkmilləşdi. Mənə görə, Böyük Partlayış bir nəzəriyyə deyil, həqiqətdir.. İlkin “WMAP”, indi də Plank peyki tərəfindən aparılan müşahidələr bunu sübut edir. Bu radiasiyanın tək qaynağı Böyük Partlayış sonrası olan işartıdır. Başqa bir sübut da var. Sözügedən nəzəriyyəyə görə, Böyük Partlayışla yaranan qazların 75%-i hidro gen, 25%-i də helium olmalıdır. Kainat da tamamilə bunlardan ibarətdir. Və kainatın başlanğıc zamanını göstərməyin yolu da buradan keçir. “Filmi geriyə yığaraq” qalaktikaların nə zamandan bəri bir-birindən uzaqlaşdıqlarını ölçsəniz, təxminən 10-15 milyard il kimi bir rəqəm əldə edərsiniz. Kosmik fon radiasiyası (ing. cosmic microwave background) da, həqiqətən, eyni nəticəni verir: 13,7 milyard il. Eyni zamanda, ən qədim ulduzların yaşı təxminən 12-13 milyard ildir. Bütün bu tarixlərin təxminən eyni olması təsadüf ola bilməz. Gələcək İnsan artıq qəbul edilən bir həqiqət olan Böyük Partlayışdan əvvəl nələrin mövcud olduğunu düşünür. Uzun çağlar boyunca bir sıra “Böyük Çat” (ing. Great Crack) içində genişlənib büzüşən kainatlarda başqa Böyük Partlayışlar oldumu? Astronomlar indi kainatın sadəcə genişlənmədiyini, eyni zamanda, sürətləndiyini də bilirlər. Bunun qaynağında hələ açıqlanmamış bir fakt da var: qaranlıq enerji. Sürətlənən kainat narahatlıq yaratsa da, hələ kainatın “son nəfəs”ini verməsinə zilyonlarla il (red.1- dən sonra 100 dənə 0 (sıfır)) var.

Tərcüməçi: Fəridbəy Həsənli

Mənbə: Rezonans Toplusu

STAY CONNECTED

19,727FansLike
2,187FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Elekron necə kəşf edildi?

İlkin fikirlər Bizim eradan bir neçə əsr əvvəl qədim yunan alimləri yunla sürtülmüş kəhrəbanın yüngül cisimləri...

Beyin donması nədir?

Sizdə də heç belə olub? Soyuq, şirin, dadlı dondurma yeyirsiniz vəə... Budurr! sanki beyniniz donur! Nə baş verdi?

“Qara qızıl” – Neftin tarixi

Neftin fiziki və kimyəvi xassələri Neft, əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyə malik yanar mayedir....