Bilik nədir? // Fəlsəfə lüğəti

0
5

BİLİK [alm. Erkenntnis; fr. Connaissance; ing. Knowledge,
cognition; lat. Cognitio; osm. tr. Marifet, malumat; ər. ٌّ,يؼشفح
يؼهىياخ – [bilinən, məlum olan şey, bilmək fəaliyyətinin yaxud
prosesinin nəticəsi. Fəlsəfədə nəyinsə bir şey olaraq qavranılmasıdır
və müxtəlif formalarda özünü göstərir. Filosoflar əsrlərdən
bəri biliyin – qavranılan şeyin rasional yaxud irrasional olması
barəsində iki fərqli görüş üzərində dayanırlar. Rasional şüurla
varılan, məntiqi nəticədə hasil olan və maddi cəhətdən sübut ediləndirsə,
irrasional isə daha çox insanlarda ruhi-mənəvi hadisələrin
nəticəsi olaraq ortaya çıxan məfhumdur. Bilik yaxud məlumat
əlaqəsi bilinənlə bilən arasında təzahür edən əlaqəyə, bağa
deyirlər. Biliyin meydana gəlməsi isə bilinənin biləndə bilmə
fəaliyyətinin ortaya çıxmasından qabaqkı ilk fel, ilkin təsəvvürün,
fikrin ortaya çıxmasıdır. Bilik məhsulu isə əldə edilən məlumat –
informasiyanın başqasına müxtəlif vasitələrlə ötürülməsidir.
Dilimizdə bilik mənasında əvvəllər daha çox mərifət sözü işlənirdi.

Əslində mərifət sözü biılik sözünün ərəf dilindəki ekvivalentidir
və ərəfə felindən [ػشف [törəmişdir. Mərifət sözü onun
məsdəridir. Sufi terminologiyasında mərifət əhli birləşməsi də
işlənilir. Bundan başqa bilik nəzəriyyəsi [alm. Erkenntnistheorie;
fr. Theorie de la connaissance, gnoseologie, ing. Theory of
knowledge, epistemology; osm. tr. marifet nazeriyesi; يؼشفح حَظش[َ
ifadəsi də mövcuddur. Bilik problemi [Alm. Erkenntnisproblem;
ər. يشكهح ؼشفحًآن – [bilmənin mahiyyəti, ortaya çıxması və olması
ehtimalına aid olan bütün problemlər bütününə deyilir. Bu
problem siyasi, ictimai, maddi və ya mənəvi ola bilər. Biliyin
qaynağına yaxud da nəticəsinə uyğun olan hər şeyi əhatə edir.

Fəlsəfə terminlərinin izahlı lüğəti,2014

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here