Bir fransız psixoanalitik travma ilə bağlı bizə nə öyrədə bilər?

Post date:

Author:

Category:

Jak Lakan (Jacques Lacan) mənə Robertə necə qulaq asmaq lazım olduğunu öyrətdi...

Robert anadan olarkən afro-amerikanlar tərəfindən qaçırılan Afrika şəhzadəsi olduğuna inanan travmatik bir insandır.

Jak Lakan travmatik insanların müalicəsi məsələsində adına tez-tez rastlayacağımız biri deyil, amma o adlar sırasına düşməyə layiqdir. Öncül fransız psixoanalitiklərdən olan Lakan, Freydə qayıdış fikrini irəli sürmüşdür və Parisdə 1953-dən 1981-ə qədər araşdırmalarından bəhs edən illik seminarlar vermişdir. Yazıları qısa və özünəməxsus terminlər, ifadə etdiyi nəzəri formullar səbəbindən olduqca ağırdır. Lakanın araşdırmalarına psixoanalitik olaraq işləyərkən, əvvəl-əvvəl ABŞ-da daha çox nəzəriyyə tənqidçiləri və akademiklər maraq göstərdilər. Bu vəziyyət bir neçə bacarıqlı şərhçi tərəfindən son zamanlarda dəyişilməyə başlamışdır.

Çikaqo Psixoanaliz Mərkəzindəki araşdırmalarımız zamanı, bir iş yoldaşım travmatik insanlarla bağlı işlədiyimi nəzərə alaraq mənə Enni Rocersin (Annie Rogers) “The Unsayable” (Deyilə bilməyənlər) kitabını məsləhət gördü. Travma almış uşaqları müalicə edən klinik psixoloq Rocers, kitabda Elen (Ellen) olaraq adlandırdığı bir qızın müalicəsinə xüsusilə fokuslanaraq araşdırmasını və öz uşaqlıq travmasını təsiredici şəkildə qələmə alır.

Elen uşaq vaxtı qonşusu tərəfindən dəfələrlə hücuma məruz qalmışdı və müalicəyə başlayanda bundan və ümumi olaraq çox şeydən danışa bilmirdi.

Terapiya boyunca Rocers, Elenin ən gözəl halı violonçel vasitəsilə üzə çıxan səsini ortaya çıxarmasına yardım etdi. Elenin müalicəsi zamanı Rocers, Lakanın araşdırmalarını oxumağa başladı.  Elenin özünü anlamasına və həyata davam etməsinə kömək olmuş üsulu bu araşdırmalarda tapdı.

Lakanın əsas baxışı o idi ki, biz dilin içində doğulmuşuq, yəni şüurlu və şüursuz düşüncələrimizin quruluşu bilavasitə dil vasitəsilə qurulmuşdur. Dil dünyanı dərk edişimizi formalaşdırır və dünyamıza məna qatır: “Nəsnələrin dünyasını sözlərin dünyası yaradır”. Bir tərəfdən baxanda dil ilə iç-içə olmaq travmatik ola bilər. Əslində hər hansı bir travma keçirməmiş insanlar belə gizli olan arzu və istəklərini tam olaraq dilə gətirməməyə məcburdur. Lakan Rocersə Eleni dinləməyin yeni bir üsulunu öyrətdi. Belə ki, Rocers Elenin dil sürüşmələrinə, təkrarladığı kəlimələrə, qəliblərə və yuxu kimi şüurdan sızan şüurdan kənar işarələrə diqqət etdi.

Lakan bütün insanların 3 əsas psixoloji quruluşdan (nevrotik, azğın, psixotik) birinə aid olduğuni irəli sürmüşdür.

Lakana görə atalar və ata obrazları uşağın inkişafında önəmli rol oynayır. O, ana ilə uşağın bir-biri ilə tamamilə iç-içə olmağının qarşısını alır və uşağı ətraf aləmlə tanış edərək şəxsiyyətini formalaşdırmasına kömək edir. Psixotik quruluşa malik insanlarda bu hal gerçəkləşə bilməz. Adətən, öz dünyalarından çıxmamış və dünyaya öyrəşməmiş şəkildə yaşayırlar. Çünki sosial dünyanın tələbləri və məna axtarma üsulları onları cəlb etməmişdir. Psixotik quruluşa malik insanlar dilin mənanın özünün və öz mənasını əmələ gətirmə təşəbbüsünün kənarına fokuslanmışdır. Onda müalicənin məqsədi xəstənin öz anlayış tərzini və dünyanı dərketmə formasını inkişaf etdirməsi üçün kömək olmaqdır. Lakançı psixoanalitik Bryus Fink(Bruce Fink) “Paranoid fəaliyyət bir psixoloqun müdaxiləsi olmadan öz axarında davam edərsə, sonda (Proses illərlə də davam edə bilər.) Lakanın dediyi “hallüsinatik (paranoid) metafora” (Reallıqla illüziyanın tamamilə bir-birinə qarışması vəziyyətidir. Lakan terminidir.) halına çevrilir, bu da psixotik şəxsin dünyanın və dünya daxilindəki hər şeyin mənasını əsaslandıracağı şəraitin başlanğıc nöqtəsidir” fikrini səsləndirmişdir.

Lakanın araşdırmalarını Enni Rocers və Bryus Fink kimi bacarıqlı şərhçilər vasitəsilə kəşf etmək Robert ilə olan müalicəmdə radikal dəyişikliyə səbəb oldu. Anlayıram ki, müalicənin əvvəlindəki səylərim Robertin hekayəsini əvvəlcədən düşünülmüş şəkildə anlamağa cəhd idi. Bu səylər boş-boşuna idi, çünki eyni dildən danışmırdıq.

Lakanın psixoz haqqında düşüncələri məni daha az şərh etməyə, daha çox dinləməyə sövq etdi.

Daha çox dinlədiyim üçün Robertin hekayəsini daha yaxşı anlaya bildim. Özünü əsir edən insanların uşaqları qaçırdıb yediyinə şahid olduğunu danışarkən hiss etdiyi dəhşətdən əlavə, həm də ona yaxın olan insanların onu birbaşa “yemək” istədiyi fikrinə qapıldığını hiss etdim. Bədəninə siçan bağlayıb məcburi şəkildə məktəbə göndərildiyini danışarkən çirkli olmağın utancını, əsas isə valideyn qayğısına olan ehtiyacını və ona qarşı laqeyd qalındığını hiss etdim. Dayələrini nəzərə aldıqda, Robertin ailəsinin ona qətiyyən qohum olmadığına və onu doğan, ad verən insanların başqaları olduğuna inanması olduqca mənalı idi. Eyni zamanda Robertin öz hekayəsinə məna qazandırmaq və başqaları tərəfindən fərqinə varılması üçün səy göstərdiyini hiss etdim. Terapiyanın son aylarında dediyi şəxs olduğunu sübut edəcək sənədləri axtarmaqla məşğul idi. Bu axtarışın onun üçün niyə bu qədər önəmli olduğunu ifadə etməsinə köməkçi oldum. Axtarışı istədiyi nəticəni verməsə də, həyatının mənalı və yaşamağa dəyər olduğunun fərqinə vardıqca ona bu axtarışın bir çox səbəbdən dolayı nəticələnmədiyini sezdirərək alternativ yollar göstərdim.

Robertin simptomları terapiya müddətində azalmağa başladı. Paranoid halları azaltmaq üçün nəfəsalma məşqləri və meditasiya ilə məşğul oldu. Daha yaxşı yatmağa başladı. Hər nə qədər afro-amerikanlar haqqında olan inancı tam şəkildə yox olmasa da, təhlükəsizlikdə olduğunu və başqalarının yanında hər hansı bir təhdid olmadığını hiss etdikcə bu inancı haqqında çox az danışır. Bir neçə il sonra seanslarımız sığorta problemlərindən dolayı bitmək məcburiyyətində qaldı.

Son seanslarımızdan birində o evinə yaxın bir parkda yaxın zamanda etdiyi gəzintidən danışdı. Həmin  gündə və vaxtda diqqət çəkəcək bir şey olmamışdı. Amma gəzərkən birdən-birə daha öncə hiss etmədiyi şəkildə öz həyatında aktiv bir şəkildə var olduğunu hiss etdi. Bir skamyaya oturdu və ətrafındakı səsləri dinləyərək, üzərinə düşən günəş işığını hiss edərək, yaşıllıqdan zövq alaraq orada saatlarla vaxt keçirtdi. Özü-özlüyündə qeydə alınacaq bir şey kimi görünməyə bilər. Amma düşündükcə ikimiz də nəhayət Robertin anı daha öncə yaşamadığı şəkildə yaşadığının fərqinə vardıq. Robert dünyada öz varoluşunu yaratdı və bu onu dayanıb, günəş işığının dadını çıxardacaq qədər təhlükəsizlikdə hiss etdirdi.

Mənbələr:

Bir fransız psikanalistin bize travma hakkında öğretebilecekleri

What a French Psychoanalyst Can Teach Us About Trauma

Müəllif: Jonathan Foiles

Tərcümə: Nihad Qəhrəmanlı

Redaktor: Yaqubov Şəhriyar

STAY CONNECTED

20,764FansLike
2,507FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Mandela Effekti – “Əzbərə bildiyimiz” şeyləri həqiqətənmi doğru xatırlayırıq?

Effekt barədə danışmazdan əvvəl, bu terminə adını verən şəxs – Nelson Mandela barədə danışmaq lazımdır. Siyasi azadlıqlar döyüşçüsü barədə.Apardığı fəal mübarizəyə...

Əsrarəngiz yunan küçə filosofu Sokrat haqqında 7 fakt

Jak-Lui David tərəfindən çəkilən bu məşhur "Sokratın ölümü" rəsm əsərində Sokrat, ardıcılları ilə əhatələnərək zəhərlə dolu (red. baldırğan) fincanı içdiyi təsvir olunur.

İ.Kant və onun əxlaq fəlsəfəsi.

Kant fəlsəfəsinə ümumi baxış İ.Kantın (1724-1804) fəlsəfi inkişafı iki dövrə bölünür. Birinci dövr - «tənqidə qədərki dövr»...