Bir hüceyrəlilərin təkamülü görüntüləndi

Post date:

Author:

Category:

Bir hüceyrəlinin çox hüceyrəliyə təkamülü

Çoxumuz artıq bilirik ki, təxminən 600 milyon il əvvəl bir hüceyrəli orqanizmalar təkamül edərək daha mürəkkəb quruluşlu çox hüceyrəli orqanizmalara çevrildi.

Lakin, baş verdiyini bilməklə bunu canlı olaraq gözlə görmək tam ayrı məsələlərdir.

Corciya Texnologiya İnstitutu və Montana Universitetinnin tədqiqatçılarının şahidi olduqları şey məhz budur.

Sadə bir yırtıcının müdaxiləsinin təkan verdiyi təkamül prosesi sadəcə 50 həftə davam etdi.

Qrup bu çevrilmənin 9 ədəd 14 saniyəlik videosunu qeydə almışdır:

 

Bu təcrübədə tədqiqat heyəti milyon illər öncə bir hüceyrəliləri çox hüceyrəliyə çevrilməyə nəyin təşviq etdiyini tapmağa çalışırdı.

Hipotezlərdən biri belə idi ki, bir hüceyrəliləri çox hüceyrəli mürəkkəb orqanizmalara çevrilməyə məcbur edən yırtıcı təkhüceyrəli orqanizmalarla mübarizə idi.

Beləcə, bu hipotezin doğruluğunu yoxlamaq məqsədilə təkamül biooqu William Ratcliff in rəhbərlik etdiyi tədqiqat heyəti tək hüceyrəlilərdən biri olan Chlamydomonas reinhardtii  orqanizmini götürdü və onları yırtıcı orqanizmlərdən Paramecium tetraurelianın (red. Az-ca: tərlik) hücumuna məruz qoyaraq nəticənin nə olacağını müşahidə etdi.

Sadəcə 50 həftə (1 ildən daha az) ərzində təcrübə keçirilən 5 bir hüceyrəli orqanizmdən 2-i çox hüceyrəliyə çevrildi.

Təkamül baxımından 50 həftə bir göz qırpımı deməkdir. Bir yosun (lat. Algae) üçün isə bu 750 nəsil deməkdir. Göz önünə alsaq ki, onlar tamamilə yeni canlı növünə təkamül ediblər, bu çox qısa bir müddətdir.

Bu təcrübə Scientific Reports jurnalında dərc edilmişdir. Həmin jurnaldakı mətni təqdim edirik:

“Birhüceyrəlidən çoxhüceyrəli yaşama keçid yaşam tarixinin ən önəmli bir neçə hadisəsindən biridir, hansı ki daha mürəkkəb quruluşlu bioloji sistemlərin təkamül etməsinə imkan yaratmışdı. Yırtıcılığın çoxhüceyrəliliyə keçidə təkan verən ən əsas təzyiqlərdən biri olduğu hesab olunur. Son təcrübədə əyani olaraq gördük ki, hüceyrələrarası yırtıcılığa cavab olaraq çoxhüceyrəliliyin ilkin formaları ortaya çıxa bilir. Biz təkhüceyrəlilərdən biri olan Chlamydomonas reinhardtii orqanizmini yırtıcı orqanizmlərdən Paramecium tetraurelia-nın təzyiqinə məruz qoyduq. Əmələ gələn çoxhüceyrəli orqanizmlər hüceyrələrin sayına, çoxalma törəmələrinin (sporların) ölçüsünə və s. Xüsusiyyətlərə fərqlilik göstərir. Yeni yaranan orqanizmlərin həyatda qalma qabiliyyəti ilə bağlı təcrübələr göstərmişdir ki, çoxhüceyrəliliklə birgə yaranan yeni xüsusiyyətlər bu orqanizmlərə yırtıcılara qarşı effektiv müdafiə təmin edir. Bu təcrübələrin bir daha sübut etdi ki, yırtıcılara qarşı mübarizə birhüceyrəlidən çoxhüceyrəlinin formalaşmasında böyük rol oynamışdır.”

Mənbə:

  1. https://www.sciencealert.com/scientists-have-witnessed-in-real-time-a-single-celled-algae-evolve-into-a-multicellular-organism
  2. https://www.nature.com/articles/s41598-019-39558-8

Müəllif: Nizami Qasımov

Redaktor: Ziya Mehdiyev

 

STAY CONNECTED

18,751FansLike
1,988FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Dialektik Materializm nədir?

Dünyanı anlamaq yetməz, onu dəyişdirmək lazımdır. Karl Marks Materiya nədir və o hansı formalarda...

“Cahil cəsarəti” Danning-Krüger sindromu

Danning-Krüger sindromu nədir? Sindromun tərifi, əlamətləri və təsiri nələrdir? Psixologiyada Danning-Krüger sindromu və yaxud cahil cəsarəti adı...

Qısaca: Fovizm cərəyanı nədir?

1905-ci ildə Parisdə Payız Salonunda Henri Matisse, Georges Rouault, Maurice Vlaminck (Moris Vilamink) və başqa rəssamların əsərləri sərgilənirdi.