Bizi sağaldan nədir, dərman yoxsa inam hissi? – Plasebo / Nosebo effekti

Post date:

Author:

Category:

2-ci dünya müharibəsi illərində (1939-1945) yaralı Amerika əsgərlərini müalicə edən Henry Beecher ağrıkəsici – morfin bitdikdə, ümidsizcə əsgərlərə morfin olduğunu deyərrək salin verməyə başladı. Əsgərlərin 40%-i bundan sonra, öz ağrılarının yüngülləşdiyini qeyd etmişdi. (Salin–natrium xloridin su ilə qarışığı. Əczaçılıqda burun kanallarının nəmləndirilməsində və s. istifadə olunur. )


Bugün alimlər həmin əsgərlərin özlərini niyə daha yaxşı hissetdiklərini açıqlayabilirlər.

Plasebo – latınca ; “məmnun edərəm/edəcəyəm” mənasını verir. Dərmana bənzəyən, lakin real bir dərman olmayan maddələrə deyilir. Bu, yuxarıdaki misalda olduğu kimi salin yaxud şəkər və hətta distillə su belə ola bilər. Ümumiyyətlə, plasebo, dərman həbi, iynə, maye yaxud prossedurun adıdır. Planlama onu gerçək bir müalicə kimi göstərsə də əslində sadəcə aldatmadır. Təbii ki, pasientin bundan xəbəri olmur.

Plasebo, fərdi inkşaf kitablarında tez-tez rast gələbiləcəyimiz “pozitiv düşüncə və inanc” anlayışlarından istifadə edir.

Pasient nə qədər inanırsa, bir o qədər işə yarayandır. Əlbəttə ki, plasebonun xəstəlik üzərində birbaşa hansısa effekti yoxdur, lakin xəstənin nə hissetdiyinə təsir göstərə bilir. Pasientlərdə plasebo sayəsində simptomlarda pozitiv dəyişimin baş verməsi halı, “plasebo effekti” adlanır.

Bəzi hallarda, pasient hərhansısa həb, maye və s. qəbul etmədən, sadəcə həkimə getməklə belə sağalabilir. Bu xəstənin, müalicə metoduna və ya həkimə inamı ilə izah olunur. Plaseboların ölçüləbilən fiziki təsirləri vardır; ürək ritminin tezləşməsi, nəbz vurğularının artması, reaksiya müddətinin uzanması və s. buna misal olabilər.


Tarixdə Plasebo effekti ilə bağlı bir çox hadisələr qeydə alınmışdır gəlin bir neçəsinə nəzər yetirək :

  1. Almaniyada vərəm dispanserlərinin birində bir qrup alimin xəstəliyə qarşı effektiv dərman tapmaları barədə şayiələr yayılmağa başlayır. Dərmanın üstünlükləri nailiyyətləri barədəki uzun müzakirələrdən sonra, bir gün xəstəxana dərmanı gətirtdiklərini bildirir. Bütün xəstələrə tətbiq olunur və 90% kimi böyük bir rəqəm ilə sağalma müşaiət edilir. Həmin möcüzəli dərman isə sadəcə Aspirin idi.

2. Orta əsrlərdə, Avropada kilisələri, öz sərt qayda və qadağalarına qarşı çıxanlara inkvizisiya tətbiq edirdi. (İnkvizisiya–katolik kilsəsinin ‘kafirlərə’ qarşı represiya siyəsəti və bunu həyata keçirən təşkilatın adıdır.) Bir müddətdən sonra, ‘edam edilməli məhkum’ sayısı o qədər artmışdı ki, hər birinin edam prossesinə zaman ayırmaq mümkün olmurdu. Bu zaman, onlara işərisində zəhər olduğu qeyd edilən mayelər içizdirilirdi, beləcə əksər məhkum qısa vaxtda öldürülürdü.

Bu zəhər, sadəcə, suda həll edilmiş təbaşir tozu idi.

Mədəaltı vəzi, orqanizm üçün öldürücü zəhəri, özü özlüyündə hazırlayıb ifraz etmişdi. Plasebonun insandaki psixoloji təsirləri tam olaraq açıqlana bilməsə də, təqribi olaraq belə bir izah vermək olar; Plasebolar, beyinin öz xüsusi ağrıkəsici kimyəvi maddələrini ifraz etməsinə səbəb olur. Misal olaraq; Endorfin.

(Endorfin – hipofizin ön pay hormonlarındandır. Ağrı şiddətini azaldır, sinirləri uyuşdurur. Təsiri morfinə nisbətən, 30 qat güclüdür. )

Qeyd edək ki, plasebo effekti, bəzi beyin xəstəliklərində də effektiv rol olabilir. Məsələn, Parkinson xəstəliyi, beyində dopamin hormonunun azlığı ilə əlaqədardır. Əksər hallarda müalicə, levodopa adlı dopamin tərkibli dərman ilə aparılır. Araşdırmalar göstərir ki, plasebo metodu beyində eynən levadopanın etdiyi kimi, dopamin ifrazını artırır və onun hərəkətini asanlaşdırır.

(Qeyd : Parkinson – Statistikaya əsasən, beynin altsheymerdən sonra, ən çox rastgəlinən degenerativ pozuntusudur. Boz maddə nüvələrindəki problem ilə bağlıdır, ciddi koordinasiya pozuntuları müşahidə olunur, zamanla daha da ağırlaşır, həlledici müalicəsi yoxdur. )

Başqa bir maraqlı misal olaraq, Altsheymer xəstəliyinin adını çəkəbilərik. Bu xəstəlikdə isə tərsinədir. Orta ağır və ağır səviyyə Altsheymer xəstələrində fiziki ağrını azaldabilmək üçün yüksək dozalı ağrıkəsicilər istifadə olunur. Müşahidələr göstərir ki, plasebolar bu ağrıkəsicilərə nisbətən çox daha az effektlidir.

Bunun bir səbəbi, xəstənin dərman qəbul etdiyini unutmasıdırsa, bir başqa səbəb, xəstədə bu və ya digər dərmana/müalicəyə qarşı, hansısa ümid yaxud gözləntinin olmamasıdır.

( Qeyd :Altsheymer bəzi beyin hüceyrələrinin məhvi ilə nəticələnən, dəqiq səbəbləri bilinməyən nevroloji xəstəlikdir. Bu zaman, yaddaş və digər intelektual qabiliyyətlərin nəzərə çarpacaq dərəcədə pozulması müşahidə olunur. Xəstəlik alman psixiatrın adı ilə adlandırılmışdır. )

Ümumilikdə, plasebo metodu əksər psixi pozuntular zamanı uğurlu nəticə göstərə bilir. ( sayrışan hallar və s. istisna olmaqla ) Hətta bir çox cərrahi əməliyyatlarda belə plasebo effekti öz müsbət təsirini göstərir. Bu səbəbdəndir ki tibbdə bu effektə qarşı xüsusi maraq mövcuddur.

Plasebo effektindən formalaşan bir başqa effekt də vardır : Nosebo. Əgər xəstə güclü bir dərman qəbul etdiyini düşünürsə, təəccüblü şəkildə faydaları ilə bərabər, əks-təsirləri də özünü göstərəcəkdir. Misal olaraq ; əsəbi gərginlik, baş ağrısı, mədə bulantısı, qəbizlik və s. Buna da məhz “nosebo effekti” deyilir. ( Latınca nocebo – “zərər verəcəyəm” deməkdir.)

Qeyd etmək lazımdır ki, plasebo effektinin təsiri aldadılma yaxud axmaqlıq olaraq düşünülməməlidir. Nə qədər ağıllı olmağından ya da effekt barədə xəbərdar olmasından asılı olmayaraq, hərkəsdə bu psixoloji inam hissi formalaşa bilər.

Təsir əks təsir yaradır. (İ.Nyutonun 3-cü qanunu )

Hiss və düşüncələrinizdən əmin olun.

Onlar, keçmişdən bu günə, sizi formalaşdırmaqla qalmır, gələcəyinizi də qurur...

Mənbə :

https://evrimagaci.org/plasebo-etkisi-nedir-ne-degildir-4325

https://www.medicalnewstoday.com/articles/306437

Redaktə etdi: Nisə Qulizadə

STAY CONNECTED

20,111FansLike
2,238FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

X ; Y ; Z nəsilləri nəyi ifadə edir? Onlar necə formalaşır ?

Adətən, yaş fərqi olan insanlar ilə fikirlərimiz üst-üstə düşmədikdə "nəsil" ; "generasiya fərqi’" deyib keçirik. Çünki onlar yaşca bizdən böyük ya...

Kommersiya marketinqi nədir?

Marketinqin şirkətlər üçün çox uzun müddətdir imtina edilməz bir ünsür olmasının səbəbi davamlı inkişaf edən dinamik quruluşa malik olması və dəyişikliklərə asanlıqla...

Superkompüter nədir? (Ensiklopedik bilgi)

Superkompüter – çoxprosessorlu hesablama sistemidır və ilk superkompüter amerikan mühəndis Seymur Krey tərəfindən 1975-ci ildə yaradılmışdır və məhsuldarlığı sürüşkən vergüllü ədədlər üzərində...