BMT İnsan Hüquqları Şurası / Ensiklopedik bilgi

0
2
BMT

BMT İnsan Hüquqları Şurası

BMT İnsan Hüquqları Şurası BMT sisteminə daxil beynəlxalq orqandır. Onun fəaliyyəti insan hüquqları pozuntularının araşdırılması ilə bağlıdır. Şura BMT İnsan Hüquqları Komissiyasının varisidir, hansı ki, öz vətəndaşları üçün insan hüquqlarını təmin etməyən üzv dövlətlərə xeyli yumuşaq davranıb bu
pozuntuları görməməzlikdən gəldiyi üçün tez-tez tənqid olunmuşdur. İndi o Komissiyanın əvəzinə məhz bu Şura fəaliyyət göstərir.

BMT Baş Assambleyası İnsan Hüquqları Şurasının qurulmasını 15 mart 2006-cı ildə qərarlaşdırdı. Bu qərara ancaq ABŞ, Marşal Adaları və Palau (Azad Assosasiya Sazişləri ilə Birləşmiş Ştatlara tabedir) və İsrail qarşı çıxmışdır.

Əslində bu dövlətlərin də qarşı çıxmasının əsas səbəblərdən biri buydu ki, yeni Şuranın üzvlərinin sayca regionlara görə bölünməsi onlara çox da sərf eləmirdi.

Rəsmi olaraq isə ABŞ öz mövqeyini belə açıqladı ki, Şura daxilində insan hüquqlarının pozuntusunun qarşısının alınması üçün kifayət qədər təminat yoxdur və bu orqan işlək olmayacaq. Əslində bu iddia bir yerdə düzgündür.
Şuranın effektiv olmamasının əsas səbəbi ondadır ki, Şura üzvləri özlərini yox dövlətləri təmsil edirlər. Belə təmsil hallarında üzvlər diplomatik davranır, diplomatik davranmaq da o mənaya gəlir ki, dolayı və yumuşaq davranışlar
göstərilir. Venesuela qərarın müəyyən paraqraflarına ciddi etirazlarını ifadə etdi, ona görə ki, Şuranın səlahiyyətləri dövlətlərin daxili işlərinə müdaxilə etmək üçün bəhanələr tapmağa imkan verir.

47 yerdən ibarət İnsan Hüquqları Şurası əvvəlki 53 üzvlü İnsan Hüquqları Komissiyasını əvəz etdi. Komissiya müstəqil orqan idi, ancaq Şura Baş Assambleyanın köməkçi orqanı statusuna yüksəldilmişdi. Şurada 47 yer BMTnin regional qrupları arasında aşağıdakı qaydada bölüşdürülür: 13 Afrika, 13 Asiya, 6 Şərqi Avropa üçün, 8 Latın Amerikası və Karib dənizi üçün və 7 Qərbi Avropalı və başqa qruplar üçün.

Şura yaradılanda əvvəlki Komissiyada yaranan problemlərin aradan qaldırılması istənilirdi. Bu problemlərə misal versək, 2003-cü ildə Liviyanı Komissiyanın rəhbərliyinə seçilməsini göstərmək olar. Halbuki, insan hüquqlarının vəziyyəti, Qəddafi rejimi 2011-ci ildə inqilab nəticəsində dəyişdirilsə belə, indiyə kimi Liviyada heç də parlaq sayılmır.49 Buna görə Şuranın əsasını qoyan qərarda müəyyən edildi ki, Şuraya seçilən üzvlər insan hüquqlarının qorunmasında və inkişafında yüksək standartları saxlamalıdırlar‖ və periodik olaraq nəzarətə tabe olacaqlar.

Şuranın hər bir Üzv dövləti fərdi olaraq və səs çoxluğu ilə (191-dən 96) gizli səslə Baş Assambleya tərəfindən seçilir (əvvəlki Komissiyanın üzvlərinin seçkisi ECOSOC tərəfindən keçirilirdi). Şura üzvlüyü iki ardıcıl müddətə məhdudlaşdırılır və istənilən Şura üzvü Baş Assambleyanın üçdə iki səsçoxluğu ilə müvəqqəti olaraq kənarlaşdırıla bilər. Komissiya öz işini 16 iyun 2006-cı ildə yekunlaşdırdı, Şura da 19-30 iyun 2006-cı ildə ilk iclasını
keçirdi.
Şura köhnə Komissiyaya görə həqiqətən daha aktivdir. Məsələn, 12 Yanvar 2009 tarixində İnsan Hüquqları Şurası, İsrailin Qəzzaya olan hücumunu rəsmi olaraq kəskin şəkildə pislədi, habelə Qəzzaya oradakı insan hüquqları
pozuntularını araşdırmaq üçün bir heyət göndərdi.

 

 

Mənbə: https://www.academia.edu/37989221/INSAN_H%C3%9CQUQLARI_-D%C9%99rs_v%C9%99saiti

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here