BMT Təhlükəsizlik Şurası / Ensiklopedik bilgi

0
4

BMT Təhlükəsizlik Şurası (TŞ)

Təhlükəsizlik Şurası BMT-nin Nizamnamə orqanı olub, bağlayıcı qərar alma səlahiyyəti
olan tək orqandır. TŞ-nın əsas vəzifələrindən biri, beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsidir. Diqqət etsək görərik ki, 27.12.2008-də İsrailin Qəzzaya qarşı həyata keçirdiyi qeyri-insani aqressiya ilə bağlı olaraq, TŞ 9.01.2009 tarixində qərar almış və İsrail ordularının dərhal atəşkəs elan etməsini tələb etmişdi. Düzdür, İsrail bu qərara riayət eləmədi, amma bunun səbəbi ABŞ-ın tutumu idi. TŞ lazım görsə, münaqişələrin dayandırılması məqsədi ilə silahlı qüvvələrin tətbiq edilməsinə də qərar verə bilər.
BMT Nizamnaməsi, TŞ-na aşağıdakı səlahiyyətləri bəxş edir:

  • Beynəlxalq sülhü təhdid edən halları araşdırmaq;
  •  münaqişələrin həlli üçün tövsiyə və bağlayıcı qərarlar vermək;
  •  Digər dövlətlərə konkret bir ölkəylə hər cür əlaqələrin kəsilməsi üçün
    göstəriş vermək;
  • Lazım olan hallarda öz qərarlarının zorla yerinə yetirilməsini təmin
    etmək.

Təhlükəsizlik Şurası Birləşmiş Millətlər Təşkilatının bütün orqanlarının hesabatlarını dinləyir və insan hüquqları da daxil olmaqla, sülhü və təhlükəsizliyi hədələyən hər hansı təhlükə hiss etdikdə istənilən problemlə bağlı tədbirlər
görə bilər. Görə bilər dedikdə, lazımi hallarda TŞ qarışmaq məcburiyyətindədir. Məsələ burasındadır ki, müharibə zamanlarında kütləvi şəkildə insan hüquqları pozuntuları törədilir. Məhz buna görə Təhlükəsizlik Şurası Darfur böhranı, Serbiya qırğını və Ruanda genosidi daxil olmaqla bir sıra insan hüquqları pozuntularının qarşısını almaq üçün lazımı tədbirlər görməməkdə tənqid olunmuşdu.
Habelə əgər Beynəlxalq Cinayət Məhkəməsi müxtəlif səbəblərə görə öz yurisdiksiyasını tətbiq edə bilmirsə, (məsələn, müharibə gedən ərazidəki dövlətlər Roma Statutunu imzalamayıblarsa) Təhlükəsizlik Şurası konkret hadisənin baxılmasını Məhkəməyə göndərə bilər.

 

Mənbə: https://www.academia.edu/37989221/INSAN_H%C3%9CQUQLARI_-D%C9%99rs_v%C9%99saiti

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here