Buddizm – Bütpərəstlik // Fəlsəfə lüğəti

0
15

BUDDİZM – Etiqad edənlərin sayına görə dünya ən böyükqeyri-ibrani dinlərindən biridir; istəklərdən imtina etmək yolu ilə iztirablardan azad olmağı və ―nicat‖a – nirvanaya çatmağı
təbliğ edən din. Buddizmdə digər səmavi dinlərdə olan xüsusi
ayinlərə, rutuellərə bənzəyən müəyyən xüsusiyyətlər mövcuddur.
Sözün kökündə dayanan Budda kəlməsi sözü gedən dinlərdə
Tanrı rolunu oynayan məbuda verilən addır. Dində inanc sisteminin
əsasını Budda təşkil etdiyi üçün din bu cür adlandırılmışdır.

 

BÜTPƏRƏSTLİK təbiətin cisim və əşyalarını ilahləşdirən,
ibtidai dinlərin [animizm, fetişizm, totemizm, şamanizm və s.]
zəminində yaranmış dini etiqad. Farscadan dilimizə keçmişdir.
Bütə artırılan pərəsət şəkilçisi nəyəsə olan aludəçiliyi bildirir.

İUDAİZM əsasən yəhudilər arasında yayılmış din. Qədim
yəhudi tayfalarının bütpərəstlik politeizmindən [çoxallahlılığından]
meydana gəlmiş İudaizm e.ə. VII əsrdən başlayaraq
monoteist dinə çevrilir. İudaizm islam və xristianlıq kimi səmavi
dinlərdən hesab olunur. İudaizm öz adını müqəddəs İudanın
adından götürmüşdür. İuda adını bəzi tədqiqtçılar Tanrı
Yahovanın adı ilə eyniləşdirirlər.

HİNAYANA [sanskritcə, hərfi mənası – balaca araba və ya
kiçik [dar] yol] – Mahayana ilə yanaşı budizmin iki əsas cərəyanından
biri. Hinayanaya theravada, sarvastivada [Vaybhaşika],
sautrantika və s. məktəblər daxildir

HƏNİFİLİK – islam dinin yaranması ərəfəsində Ərəbistanda
bütpərəstliyə qarşı çıxıb, təkallahlığı təbliğ edən cərəyan.
Hənifilik islamdan əvvəlki Ərəbistanın sosial qurluşu və dini
ideologiyasının böhranı nəticəsində meydana gəlmişdir

MANİLİK – Zərdüştiliyin, budizmin, xristianlığın, qnostisizmin
və digər təlimlərin təsiri altında yaranmış dini-fəlsəfi təlim

MAHAYANA [sanskritcə – böyük araba və ya böyük yol] –
budizmin ən böyük [hinayana ilə yanaşı] variantlardan biri

NİRVANA [sanskritcə, hərfən – sönmə] – budizmin [həmçinin
çaynizmin] dini fəlsəfəsinin əsas anlayışı; bir növ ―xilas‖
mənasını ifadə edir. İnsanın ruhi meyllərinin yüksək halını, son
məqsədini bildirir. Bu səbəbdən insan bütün növ maddi ləzzətlərdən,
zövqlərdən uzaq düşməlidir.

 

Teoloji etika – hər hansı teoloji sistemə əsaslanan etika.
Teoloji etikanın nüfuzlu-təsirli cərəyanları üç əsas dinin;
xristianlığın, islamın, buddizmin etik təlimləridir.

 

Fəlsəfə terminlərinin izahlı lüğəti,2014

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here