Buz dövrü – Pleystosen epoxası nədir?

Post date:

Author:

Category:

Buz dövrü nədir?

Yer üzünün havası hər zaman dəyişməkdədir. Son iki milyon il boyunca planetin istiliyi yuxarı və aşağı hərəkət etdi. Soyuq Buz Dövrü zamanları arasında bir sıra isti zamanlar olmuşdur. Buz Dövrü zamanlarının ən sonuncusu e.ə. 18000-ci il civarında pik nöqtəsinə çatmışdır. Bu zirvə dönəmi ( e.ə. 30000-12000) insanlıq tarixində elə önəmlidir ki, hər zaman Buz Dövrü olaraq adlanır. İnsanlar, son Buz Dövrünün başlanğıcında dünyanın böyük bir hissəsinə  yayılmışdı. Bu dövrün bütün hamısında, buz təbəqələri şimaldan aşağı doğru irəliləyir, yer kürəsinin böyük ərazilərini əhatə edirdi. Skandinaviya, Sibir və Şimali İngiltərə kimi ərazilər insanlar üçün yaşamağa əlverişli olmayan yerlər halına gəlmişdi.

Buz dövrü zamanında dünya üzərindəki buzlaqlar

Bu dövründə Şimali Avropanın önəmli bir hissəsi aralıqlı tundra ilə örtülmüşdü. İspaniya, Yunanıstan və Balkanların böyük bir hissəsi meşələrlə dolu idi. Rusiyada Qara Dənizin şimalındakı bölgədə geniş bir çəmənlik ərazisi var idi. Bu dəyişkən yaşam ərazisi, erkən dövr insanlarının mübarizə aparması lazım olan bir problem idi. İnsanların fərqli mühitlərə adaptasiya olması lazım idi. Böyük heyvan ovları, Rusiyanın düzənlikləri boyunca hərəkət halında idi. Ovçu balıqçılar, tundra üzərində və buz təbəqələrinin kənarlarında yaşayırdılar. Ovçular və yığıcılar meşə içərisində sığınacaqlar düzəltmişdilər. İnsanların bu müxtəlif həyat şəraitlərinə adaptasiya olması üçün fərqli alətlər, ov üsulları, sosial bacarıqlar qazanması lazım idi.

Buz dövründə həyat və alətlər

Bu dövrün alətləri, daha əvvəlki dövrlərdə yaşayan insanların istifadə etdiyi alətlərə nisbətən daha fərqli idi. Buz Dövrü zamanı yaşayan insanlar, bıçaq və qazıcı olaraq hələ də daşdan istifadə edirdilər. Həmçinin sümük və buynuz istifadəsi əvvəlki dövrlərlərlə müqayisədə bu dövrdə artmışdı. Daş bıçaq  və balta üçün güclü sap düzəldilməsində buynuzu necə istifadə edəcəklərini kəşf etmişdilər. Qalın paltarları üçün dəri və xəzləri tikməkdə vacib olan iynə düzəldilməsində sümükləri oymuşdular.

Buz dövrü: Həyat

İnsanlar hələ də tüklü mamont kimi böyük məməliləri ovlayırdılar. Bundan başqa Şimal maralı kimi sürü halında yaşayan heyvanları izləməyi və ovlanmağı da öyrənmişdilər. Bu, onlara xəz, ət və buynuz baxımından zəngin bir mənbə təmin etmişdir. Buz Dövrü insanları, qaynaqlar az olduğu üçün qida və əşyaları dəyişməklə ilk tacirlər olmuşdular. Məsələn, çaxmaqdaşları və bellər qıtlıq dönəmlərində qida qarşılığında dəyişdirilirdi. İnsanlar daha çox səyahət etmişdi. Başqa qruplarla qarşılaşmış və böyük ehtimalla yeni qida qaynaqları tapmışdı. Başqa qəbilələrlə təmas  halında olmaq, həyatta qalmaq üçün bir kömək idi. Fərqli qruplar qarşılaşdıqları zaman sözçü olaraq hərəkət edəcək bir liderin olması lazım gəlirdi. Bu dövr, bundan başqa bəzəklərin ilk dəfə  önəmli olmağa başladığı dövrdür. Bu sümük boyunbağı və ya parlaq bədən boyası bir qrupun liderini işarət edirdi.

Buz dövrü dünyası

Buz dövrü, bir çox yerdə həyatı çətinləşdirmişdir. Soyuq yalnızca narahatedici deyildi, bəzi bitkilərin varlığını davam etdirə bilməməsi mənasına gəlirdi. Bundan başqa bir çox ərazidə çox az ağac olması və ya heç ağac olmaması, insanların sığınacaq düzəltməsi üçün taxtaya sahib olmaması demək idi. Bu çətinliklər insanları yeni həyat tərzi tapmağa məcbur etdi. Yeni qidalar (balıq kimi) və yeni əşyalar (sümük və buynuz kimi) ilə təcrübələr keçirtmək məcburiyyətində idilər.

Buz dövrü zamanı yaşayan qəbilə

Mamont ovu

Böyük, hiddətli və iki güclü dişi olan yunlu mamontlar, Buz Dövrü insanları üçün qorxu verən bir görünüşə sahib idilər. Ancaq bu təhlükəli canlılar o qədər yaxşı ət, dəri, sümük və diş qaynağı idi ki, insanlar onu ovlamaq üçün yaralanmağı və hətta ölməyi gözə alırdı.

Mamont ovu

Şimal maralı

Buynuzdan hazırlanan çox sayda müdafiə aləti, mizraq və oyma vardır. Bu Şimal maralı bənzəri heyvanların Buz Dövrü zamanında Avropa boyunca ovlanmış olduqlarını göstərir. Şimal maralı xəzi,sümüyü və buynuzu ilə bərabər ləzzətli, bəsləyici ət təmin edirdi.

Şimal maralı ovu

Mizraq ucları

Buz Dövrü ovçuları, suiti kimi heyvanları ovlamaq və çaylarda qızıl balıq tutmaq üçün mizraq istifadə edirdilər. Maral buynuzundan mizraq uclarını oymaq xeyli vaxt aparırıdı, amma buna dəyirdi.

Mizraq örnəyi

Od qalamaq

Soyuq və nəmli iqlimlərdə alov istilik mənbəyi olaraq çox vacib rol oynayırdı. Çubuqları bir-birinə sürtərək qığılcım yaradıb atəş yandırmaq, Buz Dövrü zamanında Avropa boyunca yayılmışdır.

İbtidai od qalamaq metodu

Önəmli tarixlər:

  • E.Ə 32000-28000-ci illər Qərbi Avropadakı Aurignacian mədəniyyəti (Avropada üst paleolit dövründə hökm sürmüş bir mədəniyyət növü), çaxmaqdaşı qazıcıları və kəskinləştirilmiş bıçaq ağızları düzəldilmişdir.
  • E.Ə. 30000-12000-ci illər Son Buz Dövrünün əsas dönəmi.
  • E.Ə.24000-cü illər Avropadakı ovçu və yığıcılar, qalıcı məskənlər inşa etmişdilər.
  • E.Ə. 20000-ci illər Qərbi Avropadakı ovçular mizraq və mizraq atıcılar düzəltmişdilər. Polşadakı ovçular, mamont dişindən bumeranqlar istifadə etmişdilər.
  • E.A 18000-ci illər Buz dövrünün zirvəsi.
  • E.A 18000-12500-cü illər İsraildə yerləşən Kebara mağarası yaxınlarında yaşamış insanlar, üyütmə daşları düzəltmişdilər. Bu onların buğda topladıqlarını və istehsal etdiklərini ortaya qoymaqdadır.

Buz Dövrü sənəti

Avropada tapılan tarix öncəsi mağara rəsimləri çox çeşitli canlılar göstərmişdir. Bunlar arasında vəhşi atlar, Şimal maralı və vəhşi öküz sürüləri, vəhşi pişiklər, quşlar və mamontlar vardır. Heyvanlar hərəkət edərkən göstərilmişdir, mağara divarlarında insan ovçular tərəfindən ovlanarkən sürətlə qaçan heyvanlar vardır. Bunlar dramatik hərəkət rəsmləridir, ancaq soyuq mağaralarda qaranlıq, rütubət içində işlənmişdir. Buz Dövrü sənətçiləri heykəllər düzətmiş və gildən fiqurlar modelləşdirmişdilər. Mağara divarlarına qabartmalar düzəltmiş və buynuz və mamont dişlərinə heyvan modelləri oymuşlardır. Rəsmlər və heykəllər tez-tez yeraltındakı oyuqların içində elə dərinə gizlədilmişdilər ki, bunların çoxu 1900-cü illərə qədər kəşf edilməmişdi.

Rəssamlar mağara divarı üzərində rəsim çəkərkən fırça vəya heyvan qılından keçələr istifadə etmişdi. Bəzən də boyanı barmaqlarılə sürtmüş vəya kömürlə çəkərək tünd bir ana xətt yaratmışdı.
Rəsmlərin niyə bu şəkildə gizlədildiyi müəmmalıdır.

Əslində, rəsmlərin niyə çəkildiyi haqqında həqiqətdə heç bir məlumat yoxdur. Mütəxəssislərin çoxu rəsm çəkilməsinin böyük ehtimalla bəzi dini səbəbləri olduğu məsələsində həmfikirdir. Bunlar ovçulara kömək olması üçün və ya bərəkətə qatqıda olması üçün edilmiş cadu mərasimlərində istifadə olunmuş olabilər. Bəzən eyni yerdə, bir-biri üzərinə çəkilmiş, bir neçə fərqli qaralama şəklində olan rəsmlər vardır. Bu, bəzi mağara rəsimlərini və oymalarını görməyi çox çətin hala salmaqdadır. Mütəxxəssislər qaralamaları daha da gözəçarpan etmək məqsədilə öz dəftərlərinə onları yenidən çəkmək üçün çox zaman xərcləməkdədirlər. Tarix öncəsi səntçi üçün şəkili çəkmək hərəkəti, tamamlanmamış bir şəkildən çox daha vacib olmuşdur. Bəlkə də, rəsm çəkməyin vəya oyma düzəltməyin gerçək müddəti dini mərasimin bir parçası idi.

Mağara rəsimlərinin çəkilişi

Buz dövrü rəssamları ağ rəng üçün gil, qara rəng üçün kömür, sarı rəng üçün bir növ torpaq olan torpaq boyası və qırmızı rəng üçün dəmir oksid istifadə etmişdir. Sənətçilər bəzən başqa rənglər düzətmək üçün isidə biləcəkləri minerallardan yararlanmışdır. Pigmentlər  su ilə qarışdırılmış və heyvan kürkü keçələrə, heyvan qılından fırçalara və ya yalnızca rəssamın barmaqlarına sürtülmüşdü. Digər bir metod, ağız ilə və ya bir qamış vasitəsilə boyanı tüpürərək sadə bir püskürtmə effekti yaratmaq idi. Sənətçilər mağaranı işıqlandırmaq üçün yağ istifadə etmişdilər və bəzən çalışarkən hündürlük əldə etmək üçün xam ağac çərçivələr inşa etmişdilər. Buz Dövrü sənətçiləri, bu sadə üsullarla belə sadə bir cəmiyyət üçün təəccübləndirici dərəcədə mürəkkəb şəkillər düzəltmişdilər.

Mağara rəsimləri – Laskou mağarası

Buz Dövrü sənətçilərinin niyə rəsim çəkdiklərini və heykəl düzəltdiklərini bilmirik. Əsərlərinin onlar üçün nə məna ifadə etdiyinə qərar vermək çətindir. Önəmli heyvanlar və təbii dünyanın onlara necə göründüyü göstərilməktədir. Mağara rəsmləri bu insanların yedikləri və ovladıqları heyvan çeşidini və bundan başqa hansı canlıların ən güclü olduğunu düşündüklərini ortaya qoymaqdadır. Bu şəkillər və dövrün kiçik oymaları, Buz dövrü inancları haqqında bəzi ipucları verir.

Laskouda tapılan mağara rəsimləri

Fransada yerləşən və Laskou mağara kompleksi olaraq bilinən mağaradakı tarix öncəsi  rəsmlərin bütün hamısı, mağara rəsmləri içində bəlkə də ən ecazkar olanlarıdır. 1949-cu ildə tapılmışdır. Şimal maralı və atlar daxil olmaqla çox sayda heyvanı göstərməkdədir. Bu incə bir şəkildə çəkilmiş, parlaq olaraq rəngləndirilmiş rəsmlər çox saydakı ziyarətçinin mağara atmosferi üzərindəki mənfi təsiri üzündən 1960-da zərər görməyə başlamışdır. Artıq Laskou ll olaraq adlandırılan kompleks ziyarətçilər üçün fəaliyyət göstərir.

Venera heykəlciyi

Dişi fiqurların omba və belləri geniş bir şəkildə edilən oymaları, əsasən Buzlaq dövrü şəhərciklərində tapılmışdır. Arxeoloqlar, onların bərəkət ilahəsi olduğunu düşündüyündən Roma eşq ilahəsinə ithafən onları “Venera” olaraq adlandırmışdır.

Buz dövrü Venera heykəlləri

Fil dişindən baş

Fransada tapılan fil dişindən oyulmuş bu qadın başı, bir ilahəni  göstərməkdədir. İlahə fiqurları, Fransadan Rusiyaya qədər Avropanın  bir çox ərazisində tapılmışdır. Bu vəziyyətdə ilahələrin Buzlaq Dövrü dinində böyük ehtimalla ən önəmli ilahəlar olduqlarını deyə bilərik.

Brassempouy Venerası

Boya hazırlamaq

Sənətçilər öz rənglərini torpaqda və qayalarda tapmışdılar. Torpaq  və mineralları su və ya heyvan yağı kimi şeylərlə qarışdırmışlar və yaxıla bilən bir növ boya istehsal etmişdilər. Bir kömür parçası (yanmış taxta) və ya əhəng daşıyla qayanın səthinə birbaşa çəkilirdi.

Mağara rəsimlərinin çəkilişi

Lampa

Çox sayda qaya rəsmi qaranlıq, yer altı oyuqlarında gizlədilmişdir. Sənətçilər nə çəkdiklərini görmək üçün işığa ehtiyac duyurdular. Bu səbəblə daş lampalar və ya məşəllər istifadə etmişdilər. Heyvan yağı, lampanın içində yanaraq parlaq, amma qoxulu bir alov verirdi. Arxeoloqlar bir neçə yüz dənə Buz Dövrü lampası tapmışdır.

Mağara rəsimlərinin çəkilişi

Önəmli Tarixlər 1

  • 30000-ci illər ən erkən dövr Avropa mağara rəssamı.
  • 30000-ci illər Avropalı musiqiçilər, heyvan sümüyü parçalarından fleytalar düzətmişdilər.
  • 23000-cü illər İlk mağara rəsimləri Fransanın Dordon ərazisində çəkilmişdi.
  • 18000-ci illər Fransa, Laskouda və İspaniya, Altamiradakı mağaralarda mağara rəsmlərinin əsas dönəmi.
  • 11000-ci illər Mağara rəsmi çəkmə dönəmi sona çatmışdır

Mənbə:

Buzul Çağı (Buz Devri – Pleistosen Devri) Nedir?

Redaktə etdi: Yaqubov Şəhriyar

  1. Eramızdan əvvəlki tarixləri əhatə edir.

STAY CONNECTED

20,764FansLike
2,460FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Tisian Veçellionun Urbinolu Venera əsəri

Üst Renesans dövrünün ən yaxşı rəssamlarından biri hesab edilən Tisian Veçellionun (1480/1485 – 1576) ən məhşur, gözəl, cəsur və qalmaqallı əsərlərindən olan...

Parasetamol (Asetaminofen) dərmanın təsirləri

Digər bilinən adları ilə: "Panadol", Tylenol və.s. Aid olduğu farmakoloji qrup: Qeyri-steroid iltihab əleyhinə maddələr. Farmakodinamikası:...

Diklofenak (Voltaren) dərmanının təsirləri

Farmakoterapevtik qrupu: Qeyri-steroid iltihabəleyhinə preparat (QSİƏP) Farmakodinamikası: Diflofenak qeyri-selektiv SOG 1 və SOG 2-nin inhibitorlarıdır. SOG 1 və SOG...