C. Kellinin şəxsi konstruktlar nəzəriyyəsi : şəxsiyyət sosial münasibətləri necə qiymətləndirir?

Post date:

Author:

Category:

Aqil adamlar axşam göydəki buludlara baxıb sabah yağış yağacağını deyirlər. Dənizdə çiməndə ehtiyatlı oluruq: gözümüz adətən uşaqlarda olur. Ağır şeyi qaldırmaq üçün lingdən istifadə edirik…

Onlarla və yüzlərlə belə həyati hadisələri psixoloji baxımdan təhlil edərək qarşıya suallar çıxır: necə olur ki,  insan hadisələri qabaqcadan görə bilir,  özünün və başqa adamların davranışına nəzarət edir?

Ümumiyyətlə, insan xarici aləmdə baş verən hadisələri, o cümlədən başqa adamların və özünün davranışınl necə başa düşür və izah edir?  Bu vacib məsələləri həll etmək üçün təkcə intellekt kifayətdirmi?

Psixoloji tədqiqatlar göstərir ki,  hər bir adamda dünya və insan münasibətləri haqqında özünəməxsus təsəvvür və anlayışlar əmələ gəlir. O,  cisim və hadisələri qavrayarkən onları bu baxımdan mənalandırır,  şərh edir,  yozur və qiymətləndirir. Cisim və hadisələrin şəxsiyyət tərəfindən belə şərh olunma və ya yozulma tərzi psixologiyada şəxsi konstruktorlar adlanır.

Bu fikri psixoloji cəhətdən çox dəqiq ifadə edən maraqlı aforizm vardır, xalq deyir : ” hər kəs öz arşını ilə ölçür” .  Əvvəla ” arşın”  sözünə diqqət edək.  Arşın-ölçmə, qiymətləndirmə vasitəsidir.  2-cisi,  hər kəsin öz arşını var,  yəni həmin “arşın”  şəxsi xarakter daşıyır ( “şəxsi konstrukt”  anlayışında “şəxsi”  sözünün xüsusi mənası vardır”)  Nəhayət,  bir sualı aydınlaşdırdıq : “Hər kəsin öz arşını”  necə əmələ gəlir?  Aforizmlərdə və atalar sözlərində adətən, belə suallara cavab verilmir.  Lakin məsələyə məntiqi cəhətdən yanaşsaq,  sualın cavabını təsəvvür etmək asandır: hər adamda dünya və insan münasibətləri haqqında müəyyən anıayışlar yaranır.  O,  cisim və hadisələri qavrayarkən bu anlayışlardan “arşın”  kimi istifadə edir. Bu baxımdan dilimizdə çoxdan işlənən “hər kəs öz arşını ilə ölçür”  atalar sözü ” şəxsi konstrukt”  anlayışının mahiyyətini lakonik şəkildə əks etdirir.

Konstrukt nəzəriyyəsini amerikan psixoloqu C. Kelli 50-ci illərin 1- ci yarısında irəli sürmüşdür. Onun 1955-ci ildə nəşr olunmuş kitabı belə adlanır ” şəxsi konstruktlar psixologiyası”

Kitabın nəşr olunduğu ilə diqqət yetirin: 50-ci illərin əvvəlləriAmerika psixologiyası üçün çətin dövr idi. Ölkədə hökm sürən antimentalist cərəyanlar,  birinci növbədə biheviorizm və neobihevirizm aktual psixoloji problemləri öyrənmək imkanı vermirdi.  Amerika psixologiyasında bu şəraitdə, bir tərəfdən,  şəxsiyyət və şüur problemlərinə maraq yaranır,  digər tərəfdən isə bir çox psixoloqlar “nəzəri uydurmalardan”  imtina edərək xalis tətbiqi tədqiqatlar aparmağa başlayırdılar. C. Kellinin tədqiqatları bu baxımdan amerika psixologoyasında yeni istiqamət idi. Onun nəzəriyyəsində əsas anlayış – şəxsi konstrukt anlayışıdır.  Konstrukt nədir?  Konstrukt termini latınca –  konstruere sözündən əmələ gəlmişdir. Konstruere çox mənalı sözdür. Burada konstruere şərh etmə, yozma, başa düşmə, konstrukt isə reallığı şərh etmə vasitəsi və ya reallığın şəxsiyyət tərəfindən yozulması məmasında işlədilir.

Kellinin fikrincə hər bir adam öz – özlüyündə alimdir, tədqiqatçıdır,  o qıcıqlara sadəcə olaraq cavab vermir,  xarici aləmdən aldığı informasiyaları mənimsəyərək əsaslı fərziyyələr irəli sürür,  onları təcrübədə yoxlayır,  dünya və insan münadibətləri haqqında özünün ” balaca nəzəriyyəsinin”  şəxsi konstruktlar və ya anlayışlar sistemini yaradır. Biz bu sistemə müvafiq olaraq hadisələri qiymətləndirir,  öz davranışımızı müəyyən edir, özümüzə və başqa adamlara sual veririk. Bu baxımdan konstrukt insanın özü tərəfindən yaradılan,  praktikada yoxlanılan,  ətraf gerçəkliyi qavramaqda və başa düşməkdə,  hadisələri proqnozlaşdırmaqda və qiymətləndirməkdə ona kömək edən xüsusi subyektiv vasitədir.

Kelli konstrukt anlayışından istifadə etməklə biheviorizmin əsasını təşkil edən vasitəsizlik postulatını özünəməxsus şəkildə aradan qaldırır. D. N Uznadzenin nəzəriyyəsində yönəlişlik anlayışı,  S. L. Rubinşteynin nəzəriyyəsində “fəaliyyətin daxili şərtləri”  anlayışı həmin rolu oynayır. Başqa sözlə,  Kellinin fikrincə insan xarici aləmi bilavasitə deyil,  dolayısı ilə –  konstruktorlar vasitəsilə qavrayır, yəni,  o,  insanın psixi həyatının bihevioristlər kimi S-R düsturu ilə deyil,  S-K-R düsturu ilə izah edir.  ( Burada K konstrukt anlayışını ifadə edir)

Qeyd etdiyimiz amlayışlar (yönəlişlik,  fəaliyyətin daxili şərtləri və şəxsi konstruktlar)  müəyyən xüsusiyyətlərə görə bir-birindən fərqlənirlər. Onlardan hər birinin öz evristik mənası vardır. Lakin nəzərə almaq lazımdır ki,  həmin anlayışlar hələ psixologiyada müqayisəli şəkildə təhlil edilməmiş və sistemli yanaşma baxımından onlardan hər birinin insanın psixi həyatında oynadığı spesifik rol öyrənilməmişdir.

Kellinin fikrincə, insanın reaksiyalarını sadəcə olaraq müşahidə etməklə ona səmərəli təsir göstərmək olmaz. Bunun üçün onun şəxsi konstruktorlarını – dünya haqqındakı nöqteyi-nəzərini öyrənmək lazımdır. Psixologiyanın əsas vəzifələrindən biri məhz şəxsiyyətin daxili aləminə, onun dünya,  özünün sosial əhatəsi, özü haqqındakı təsəvvürlər sisteminə nüfuz etməkdən ibarətdir. O,  konstrukt nəzəriyyəsinin əhəmiyyətini də birinci növbədə, bununla izah edirdi,  qarşıya sual çıxırdı : şəxsiyyətin daxili aləminə necə nüfuz etmək olar?  Kelli bu mühüm məsələni məharətlə həll edib şəxsiyyəyi öyrənmək üçün yeni metod – repertuar şəbəkə metodunu yaratdı.

Metodun adına diqqət yetirin : burada repertuar sözünün də,  şəbəkə sözünün də öz evristik mənası vardır. Repertuar fransız sözü olub : 1- hər hansı bir teatrda tamaşaya qoyulan əsərin məcmusu : 2 bir aktyorun ifa etdiyi rolların,  müğənninin oxuduğu və çalğıçının çaldığı havaların məzmusu. Kelli repertuar sözünü,  demək olar ki,  2- ci mənada –  insanın həyatında ifadə etdiyi rolların məcmusu mənasında işlədir. Onun təcrübəsində  iştirak edən bu və ya digər adama şəbəkə formalı blank ( metodun adında şəbəkə sözü buradan əmələ gəlmişdir)  və ” rol siyahısı”  adlanan cədvəl verilir. İştirakçı müvafiq qrafada,  məsələn,  1- ci qrafada –  adını,  2- cidə –  anasının,  3- cüdə – atasının adını qeyd edir. Bu qayda ilə blankda rol siyahısına uyğun olaraq 22 adamın adı göstərilir.

Mənbəə : Ə. S. Bayramov,  Ə. Ə. Əlizadə ( Sosial psixologiya)

STAY CONNECTED

18,759FansLike
1,986FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Dialektik Materializm nədir?

Dünyanı anlamaq yetməz, onu dəyişdirmək lazımdır. Karl Marks Materiya nədir və o hansı formalarda...

“Cahil cəsarəti” Danning-Krüger sindromu

Danning-Krüger sindromu nədir? Sindromun tərifi, əlamətləri və təsiri nələrdir? Psixologiyada Danning-Krüger sindromu və yaxud cahil cəsarəti adı...

Qısaca: Fovizm cərəyanı nədir?

1905-ci ildə Parisdə Payız Salonunda Henri Matisse, Georges Rouault, Maurice Vlaminck (Moris Vilamink) və başqa rəssamların əsərləri sərgilənirdi.