C.Vat; həyatı və buxar maşını.

Post date:

Author:

Category:

Ceyms Vat (James Watt) öz dönəmindəki ən son elmi araşdırmalardan yararlanaraq, bunu böyük bir texnolojik inkişaf üçün məharətlə istifadə edən bir insan olmasındandır ki, texnologiya tarixində olduqca önəmli bir yerə sahibdir. 18-ci yüzilliyin ikinci yarısında Vatın buxar maşınına gətirdiyi yenilik o zamanlar üçün olduqca böyük bir texnolojik önəm ərz etməkdədir.

C.Vat 1736-cı ildə, yanvarın 19-da Qlasqo şəhərinə yaxın Klaydisayddakı (Clydeside) Qrinokda (Greenock), yəni Şotlandiyada dünyaya göz açdı. Atası gəmiciliklə məşğul idi. Ceymsin anası Aqnesin Ceymsdən öncə 3 körpəsi olsa da hamısı kiçikkən ölmüşdü. Beşinci qardaşı isə, atasının gəmilərinin birindəykən, dənizdə yoxa çıxmışdır.

C.Vat şiddətli başağrılar verən miqren xəstəsi idi, bütün bunlara rəğmən, o, rahat uşaqlıq dövrü yaşayıb. Öz bölgələrindəki məktəbdə çox yaxşı şəkildə təməl təhsilini almışdır. Atasının təmir atelyesinə çox maraqlı idi, hətta orda müxtəlif modellər hazırlayırdı. Atası oğlunu öz yolu ilə getməsini istədiyindən, Ceymsi universitetə yollamadı. Amma sonradan atası işində uğursuzluq yaşayır deyə C.Vatın gələcəkdə qazana bilməsi üçün bir sıra riyazi ələtlər düzəltməyi öyrənmək üçün oxuması gərəkli olur.

Bundan ötrü, 1754-də Qlasqo (Glasgow), ardından 1755-də Londona getdi. Daha sonra, universitetdə alət düzəltmə işlərinə baxdı.

O, burada buxar gücü ilə həyata keçirilən bir sıra təcrübələrə qatıldı.

1759-da Vat Qlasqodakı tələbələrindən olan Con Robison buxarla at arabasının işlətmə ehtimalı olmasını söyləməsi ilə başlayan təcrübələrdən bir nəticə çıxara bilmədi.

1763/64-cü illərin qışında Nyukamen (Newcomen) buxar maşınını təmir etməyi ondan istənir.

Tomas Nyukamen (1664-1729) 1712-ci ildə Con Kali adlı yardımçısı ilə Ingiltərənin Dadli (Dudley) qalası yaxınlığındakı bir kömür mədənində ilk uğurlu buxar maşınını qurmuşdu.

Nyukomenin buxar maşını bəzən də atmosfer maşını olaraq bilinir. Çünki maşın pistonlu bir silindrdən ibarət idi. Və maşının işə düşməsi üçün pistonun altından buxar vurulurdu. Bu zaman piston yuxarıya doğru hərəkət edirdi. Pistonun təkrarən aşağı enməsindən ötrü silindrə soyuq su püskürdülürdü ki, bu da buxarın həcmi kondensasiyaya uğramasıyla (suyun qaz halından maye hala dönməsi – buxarın mayeəşməsi) azaldırdırdı, boşluq yaranırdı. Daha sonra atmosferin (ətrafdakı havanın) təzyiqinin təsiri ilə piston aşağıya, yəni əvvəlki halına geri dönürdü, kondensasiyaya uğrayan su boşaldılır və proses yenidən təkrarlanırdı.

Nyukomenın buxar maşını modeli

C.Vat bu sistemi Qlasqoda ələ aldığında, onu ətraflı olaraq incələdi. Bundan sonra, sistemin daha çox isti itirdiyinin fərqinə vardı, bu qənaətcil deyildi.

O, bir silindri ikisi ilə əvəzləyərək, problemi çözə biləcəyini anladı.

Vatın buxar maşını işləmə prinsipi ilə Nyukomen maşınından daha təkmilləşmiş oldu. Belə ki, artıq silindr isindikdən sonra, tamamilə soyuyub isti itkisi yaşamırdı. Burda da Nyukomen modelində olduğu kimi pistonu yuxarı qaldırmaq üçün silindrin altından buxar verilir, piston yuxarı yüksəldikdən sonra, ikinci silindrə gedən yol açılır və birinci silindirdəki buxar soyuyaraq, ikinci silindrı dolur. Bununla da birinci silindr boşalır və piston aşağıya enir. Daha sonra, ikinci silindr qapanır, bu zaman birinci silindrə yeni buxar daxil olurdu. Və beləcə, əvvəlki hərəkət təkrarlanırdı.

Vatın buxar maşını modeli

C.Vat buxar maşınlarını inkişaf etdirəcək bu fikrini 1769-da potentləşdirdi. 1767-1774 illəri arasında Kaledoniya kanalı daxil, Şotlandiyanın kanallarında nəzarətçi olaraq işlədi. 1763-də evlənmişdi, ancaq ilk həyat yoldaşı Marqaret 1773-də, ardında iki oğul buraxaraq, vəfat etdi. 1774-cü ildə Ceyms Birminqama köçdü və burada ayda bir dəfə toplandıqları ”Lunar Society”-yə qatıldı. Ç.Darvinin babaları – C.Vecvud (Josiah Wedgwood) və Erasmus Darvinlə vasitəsi ilə tanış olduğu M.Boltn (Matthew Boulton) ilə birlikdə ortaqlıq quraraq, icadından ticari qazanc əldə edə bildi. Bu ərəfələrdə, buxarın sürətini avtomatik tənzimləyəmək üçün mərkəzdənqaçma qüvvəsindən yararlanaraq, requlyatoru da patentintləri arasına qatdı. Atın bir saniyədə 75 kq çəkmə gücündən istifadə edib, ölçü vahidlərini inkişaf etdirdi.

Vat ikinci dəfə yenidən evləndi və 2 övladı – bir oğlan, bir qızı oldu. 1800-cü ildə 64 yaşında ikən buxar maşını ticarətdən ayrıldı. Bu britaniyalı böyük, görkəmli, dahi mühəndis 25 avqust 1819-da Birminqamda dünyaya gözlərini əbədi yumdu. Amma etdikləri o dərəcə böyük idi ki, adı Sənaye inqilabı kimi məşhurlaşan tarixi hadisə ilə eyniləşdi.

Hazırladı və redaktə etdi: Sübhan Qulu.

Yararlanılmış ədəbiyyat: ”Elm Tarixi (Bilim Tarihi)” – J.Gribbin, ”Alfa” nəşriyyatı

STAY CONNECTED

18,754FansLike
1,987FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Dialektik Materializm nədir?

Dünyanı anlamaq yetməz, onu dəyişdirmək lazımdır. Karl Marks Materiya nədir və o hansı formalarda...

“Cahil cəsarəti” Danning-Krüger sindromu

Danning-Krüger sindromu nədir? Sindromun tərifi, əlamətləri və təsiri nələrdir? Psixologiyada Danning-Krüger sindromu və yaxud cahil cəsarəti adı...

Qısaca: Fovizm cərəyanı nədir?

1905-ci ildə Parisdə Payız Salonunda Henri Matisse, Georges Rouault, Maurice Vlaminck (Moris Vilamink) və başqa rəssamların əsərləri sərgilənirdi.