“Cahil cəsarəti” Danning-Krüger sindromu

Post date:

Author:

Category:

Danning-Krüger sindromu nədir? Sindromun tərifi, əlamətləri və təsiri nələrdir?

Psixologiyada Danning-Krüger sindromu və yaxud cahil cəsarəti adı verilən hal, Cornell Universitetinin iki psixoloqu Justin Krüger və David Danningin aşkarladıqları bu nəzəriyyə bir hadisədən sonra qaynağlanmışdır. Beləki üzünə limon sürtərək görünməz olmağa cəhd göstərən bir oğru əsasında baş vermişdir.
44 yaşındakı Mak Artur Uiller üzünü limon suyuna buladı və 2 bankı üst-üstə soymağa qalxdı. Düşüncəsi limon suyunun görünməz yazılar yazmaqda istifadəsini təmin edən sirli kimyası sayəsində özünün də görünməz ola biləcəyini düşünməsiydi.
Bankları soymağı bacardı, lakin kamera qeydlərində açıq aydın görünməsindən ötrü polislər tərəfindən asanca tutuldu. Bu qəribə hadisəni ilham qaynağı əldə edən Danninq və Krüger bir təcrübə aparmağa qərar verdilər. Kornell Universitetindən müvəffəqiyyət qrafikləri fərqli 45 tələbəyə bir test edib onlara müxtəlif suallar verdilər. Nə soruşduqları əhəmiyyətli deyildi. Əldə etməyə çalışdıqları nəticə verdikləri cavabın doğruluğundan nə qədər əmin olduqları idi.

Cavablarında olduqca müvəffəqiyyətli olduğunu düşünənlər (ki bunlar yalnız nəticələrin 10%-də müvəffəqiyyətliydi) testin böyük əksəriyyətinə doğru cavab verdiyinə inanırdı. Lakin nəticələrdə daha müvəffəqiyyətli olmasına qarşı alçaq könüllü davrananlar isə 60% ətrafında düzgünlük payı olduğunu düşünürdü.

Təcrübə nəticəsində yazdıqları məqalədə Danninq və Krüger təəccüblü nöqtələrə toxundular: Nəzəriyyənin qısaca tərifi isə belədir: “Cahillik həqiqi biliyin əksinə fərdin özünə olan inamını artırır”.İrəli sürülən nəzəriyyədə Justin Krüger və David Danning “Cahillik həqiqi bilikdən fərqli olaraq özünə inamı artırır” deyirlər.
Əslində əcdadlarımız bu tərifi fərqli bir şəkildə düzəltmişlər. “Cahil insan cahiliyyə cəsarətli olur və özünə güvənməyi düşünür” sözü məhz bu vəziyyətə uyğundur.

Qısa Xülasə verməli olsaq: Danninq- Krüger Sindromu olan insanlar məlumat çatışmazlığını özlərinin eqosu ilə örtməyə çalışırlar. Bunu etmək üçün əllərindən gəldikləri qədər özlərindən altda olan işçiləri əzirlər. Beləliklə, doğru dedikləri hər şeyə sahib ola bilərlər.

Bu iki uğurlu akademik, elm dünyasına gətirdikləri Danning-Krüger sindromuna görə 2000-ci ildə Nobel mükafatı qazandılar.

Danning-Krüger sindromunun tədqiqatının nəticəsi
Doğrudur biz onun nəticə və yaxud növləri barəsində daha çox təriflər saya bilərik lakin, Danning- Krüger Sindromunun araşdırılması nəticəsində sindromu ümumiləşdirən 4 mühüm nəticə olduğu üzə çıxdı bu nəticələr belədir:İmtahansız insanlar nə qədər ixtisassız olduqlarını bilmirlər.Təcrübəsiz insanlar öz keyfiyyətlərini çox qiymətləndirməyə meyllidirlər.Təcrübəsiz insanlar həqiqətən ixtisaslı insanların keyfiyyətlərini görmək və dərk etməkdə acizdirlər.Onların ixtisasları təhsillə artırılarsa, eyni ixtisaslı olmayanlar da öz ixtisasları barədə məlumat almağa başlayırlar.Kimsə gözlərinizdə dərhal canlandı onun təsvirini yaratdınız? Bir nəfəsdə ən azı 10 nəfər saya bilərəm. Düşünürəm ki, bu gündə iş həyatında bu sindromlu insanları tapmaq çox da xoş deyildir.
Deyək ki, çox şanslıyıq və Danning- Krüger sindromu olan birini tanımırıq. Yaxşı, belə bir adam bir gün görünsə necə tanıyacağıq?

Danning- Krüger sindromu olan birini necə tanıya bilərik?

Hər şeyi ən yaxşı bildiklərini iddia edirlər
Bu insanların ən vacib əlamətlərindən biri, hər şeyi ən yaxşı bildiklərini iddia etməsidir.

Danning-Krüger Sindromunun təsiri altındakı bir insanın ən çox sevdiyi fikirlər bunlardır “Bilirik”, “Ən yaxşısını bilirik”, “Bilirəm”, “Sənin üçün ən yaxşısını bilirəm”, “Mən səndən üstünəm, sən məndən daha yaxşı tanıyacaqsan?” bu kimi sözlərdən əksərən istifadə edirlər.Bilik və təhsili alçaldırlar. Çox oxuyan, yaxşı məktəbləri bitirən, daim özünü inkişaf etdirənləri əsassız tənqid etməyə meyllidirlər. Bu tip insanlar üçün “Entel” ləqəbini taxırlar. Əsl biliklərin küçədə və ya iş yerində öyrəniləcəyini iddia edirlər.

Çox səs-küylü iş görürlər. Demək olar ki hər iş yerində bu tip insanlar olur daha çox etdiklərindən yox, o görülməli olan işdən danışırlar. Düşünə bilərsən ki, dünyanın ən işlək adamıdır. Ancaq başqalarına nisbətən ya onların gördüyü qədər və ya daha az iş görürlər. Bir sözlə, onların eqolarından keçmək mümkün deyil.
Bütün işləri özləri etmək istəyirlər
Az biliklərinə paralel olaraq, bir çox sahədə işlər görmək istəyirlər. Normal şəraitdə bir sahəyə ixtisaslaşmaq lazım olsa da, bu insanlar hər işin mütəxəssisləridir.
Hər münasibətilə hazırdırlar bu insanların hər vəziyyətdə təcrübəsi var. Daha doğrusu, düşünürlər.
Üstlərinə hörmətləri sonsuzdur, tabeliyində olanlar fasiləsiz təqib və tənqid etməklə daha çox məşğul olurlar.

Bu gün dediklərini sabah rədd edirlər. Qətiyyən qəbul etmirlər.
Bu gün sizə bir şey deyə bilərlər. Ancaq sabah söylədiklərinin təmamilə əksinin baş tutma ehtimalı vardır ola bilər. “Dünən belə dediniz” deyəndə isə bunu əsla qəbul etmirlər. Bu gün bir fikir ağla gəlir. Sabah o fikir gülüncdür. Deyirik ki, o qədər də pis olmaz, elədir.


Uğursuzluqlarını gizlədirlər
Başa düşmədilərsə əyər uğursuz olduqlarını heç vaxt qəbul etmirlər. Bu uğursuzluqdan çıxardıqları bir nöqtə ilə müvəffəq olduqlarını göstərirlər. Bu insanların həyatda uğursuz olduğunu görə bilməzsən. Səhvlərini qətiyyən qəbul etmirlər.


Onların həqiqəti tamamilə doğrudur
Birinci yazıda yazıldığı kimi. Ən yaxşısını bilirlər. Beləliklə, onların həqiqəti müəyyəndir. Bu barədə bir müzakirə belə yoxdur. Səni bu həqiqətlərə inandırmaq üçün min hərəkət edirlər. Sizi o xəttə çəkməyincə əl çəkməzlər. Onlar dəyişməz döyüşçülərdir.


Hərkəsin şahid olduğu bir şeyi inkar edə bilərlər.
Hadisə gözünüzün qarşısında baş verdi. Sən şahid olmusan. Ancaq bunun əhəmiyyəti yoxdur. Bu insanların dedikləri həqiqətdir. Hadisəni sanki heç şahidi olmamış kimi təsvir edirlər. Hər onların təsəvvüründəki həqiqətdə olduğu kimi, səni də buna inandırmağa çalışırlar.

Mənbələr:

http://www.aktuelpsikoloji.com/dunning-kruger-sendromu-nedir-14694h.htm

https://www.google.com/amp/s/www.psychologytoday.com/intl/basics/dunning-kruger-effect%3famp


 

STAY CONNECTED

19,698FansLike
2,177FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Mühəndis sözünün etimologiyası və formalaşması (Ensiklopedik bilgi)

Mühəndis sözünün ingilis dilində hərfi mənasını daşıyan “engineer” sözü “to engine” felindən yaranmışdır. “Engine” və “ingeniouse” sözləri “yaratmaq” mənasını daşıyan (to create) latın sözü olan “ingenerate” sözündən yaranmışdır....

Kralların zəhəri və ya zəhərlərin kralı – Arsen

Napoleon Bonapartı öldürən, Claude Moneti kor edən, Vinsent Van Qoqun ağlını itirib qulağını kəsməsinə səbəb olan...

Biotibbi texnikada elektronika amili

Biotibbi texnikanın inkişafı bilavasitə elektronika sahəsində əldə olunan naliyyətlərə əsaslanır. Buna görə də elektronikanın inkişaf mərhələlərinə uyğun olarq biotexniki vaisətlərdə müxtəlif...