Çarli Çaplin və marksizmdəki yadlaşma

Post date:

Author:

Category:

Çarli Chaplin sənayedəki istehsalat səhnəsini təsvir etdiyi “Modern Times” (red. 1936-cı ildə çəkilən filmin prodüseri, ssenaristi, rejissoru və nəhayət, baş rolu Çaplindir) filmindən bir səhnəyə baxaq. Dayamadan, fasilə vermədən irəliləyən bir dəzgah, dəzgahın üzərindən eyni fasilələrlə keçən məhsullar, dəzgahın arxasında gözləyib hər keçən məhsula eyni əməliyyatı etməklə (Vinti sıxmaq, parlatmaq, yağlamaq, bir şeylər əlavə etmək, vs.) mükəlləf işçilər və ən nəhayət meydana çıxan nöqsansız istehsalat malları.

Bütün bu əməliyyat əsnasında ən kritik rolu oynayan işçinin yerinə qoyun özünüzü. Misal üçün bahalı bir avtomobil fabrikində işləyirsiz. Əllərinizdə formalaşan onlarla avtomobillərdən bir dənəsinin satıldığı qiymətlə, günlük, həftəlik və ya aylıq əlinizə keçən pulu müqayisə edin. Marksist nəzəriyyənin bu müqayisə nəticəsində sizdən görmənizi istədiyi şey, o avtomobilləri düzəldən işçilər olaraq sizlərin də, artıq o məhsulun istehsalında iştirak edən (bir təkər kimi, motor kimi, kreslolar kimi) bir obyekt olduğunuzdur.

Beləliklə, yadlaşmanın ilk addımı olan “maddələşmə” (objectification) meydana gəlmiş olur. Marksizmin sizdən görmənizi gözlədiyi bir digər şey isə yenə yuxarıda izah edilənə bənzər bir istehsalat səhnəsində və şübhəsiz sonrasında da, işçilər olaraq sizlərin, bir-biriniz arasındakı rabitə(sizlik)dir. Unudulmamalı ki, mənfəət-yönümlü kapitalizmi ayaqda tutan ən əhəmiyyətli motivlərdən biri də rəqabətdir.

Rəqabət yalnız sərmayə sahibləri arasındakı inhisar əldə etmə döyüşlərində yaşanmır. Kapitalizmin və sərmayənin hiyləgərliyi, öz məzmunundakı rəqabət rejimini, üstəlik də həyata müsbət dəyər qatan bir fakt kimi, işçilər-arası əlaqələrə də nüfuz etdirmiş olmasıdır. Bu manipulyasiya edilmiş rəqabət mədəniyyəti, işçinin özünə yadlaşmasının ikinci addımını da meydana gətirmiş olur. Buna görə işçilər (proletariat), sərmayə sahiblərinin gözünə girmək adına, bir-birlərindən uzaqlaşırlar (estrangement).

Eynilə hər hansı bir fərdin cəmiyyətdən qopuq yaşamasının doğuracağı nəticələr kimi, bu vəziyyət də həm pseudo (saxta) fərdləşməyə həm də yadlaşmanın son addımı olan “növünə yadlaşmaya” (Alienation from species) gedən yolları açır.

Düşünürəm ki, Çarli Çaplin filmlərinə bəsit bir komediya kimi baxmağı buraxsaq, əslində nə qədər dərin şeylər izah etdiyini görmək o qədər çətin olmazdı. Çünki Çaplin burda terminoloji dillə yazdığım hər şeyi filimdə çox bəsit bir dillə izah eliyir. Bir dəfə Çarli Çaplin Albert Aynştayna demişdi ki:

 “İnsanlar məni tam başa düşdükləri üçün, sizi isə heç başa düşmədikləri üçün sevirlər.”

Ancaq mən buna qatılmıram. İkisi də müəyyən bir qrup tərəfindən tam başa düşülür və müəyyən bir qrup tərəfindən isə ümumiyyətlə, başa düşülmür.

Müəllif: Əli Rəhimli

STAY CONNECTED

20,764FansLike
2,402FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Günəşin təkamülü: Necə var oldu və necə yox olacaq?

Nebulyar hipotezinə əsasən günəş və günəş sistemimizin bütün planetləri təqribən 4,5 milyard il əvvəl nəhəng bir molekulyar qaz və toz buludunun...

Epigenetika nədir?

İnsan genomunu kodlaşdırarkən dörd hərfdən istifadə olunur. S,Q,A,T.- bunlar DNT-zəncirini əmələ gətirən hərflərdir. Biz bu hərflərdan 3 milyonunu anamızdan, 3 milyonunu da...

“Affiliate” marketinq nədir?

"Affiliate" Marketinq qısaca olaraq məhsulların, xidmətlərin, veb saytların və ya şirkətlərin reklamlarını edərək hər uğurlu satışdan qazanc əldə etməkdir.