Kosmos

Kainatın sənət nümayişi – Nebulalar

Bir Ulduzun sönməmişdən əvvəl yaydığı qaz buludlarının əmələ gətirdiyi görüntülər təsəvvür edilməyəcək böyüklükdə və möhtəşəm gözəllikdədir... Nebula və ya Dumanlıq kosmosda tapılan və geniş ərazilərə yayılmış qazlar, toz, hidrogen, helium və digər ionlu qazlardan ibarət duman quruluşlu təbəqələrə verilən addır. Nebula əmələ gəlməmişdən əvvəl bir ulduzdur. Bu ulduz çökdükdən sonra ya neytron...

Kosmik tullantılar bizim üçün nə qədər təhlükəlidir?

4 oktyabr 1957-ci ildə "Sputnik 1" ilə başlayan kosmik dövr, özü ilə birlikdə kosmik tullantı probleminin də başlanğıcını qoydu. 2012-ci ilin avqust ayında NASA-nın veb saytında dərc olunan məqaləyə görə, Amerika Kosmik Müşahidə Şəbəkəsi tərəfindən Yerin orbitində 10 sm-dən böyük olan 22,000 obyekt aşkarlanıb. 1-10 sm arası dəyişən tullantıların...

H II bölgəsi nədir? – Ensiklopedik bilgi

  H II bölgəsi yüzlərlə işıq ili genişlikdə olabilən, içərisində ulduz formalaşmasının baş verdiyi, parlaq plazma və qaz buludur. Bu bölgələr milyon il içərisində, minlərlə ulduz formalaşdıra bilirlər. Qaz buludunun içərisində yaranan gənc, isti və mavi ulduzlar yüksək səviyyədə ultrabənövşəyi işıq yayılmasına yol açır. Bu prosesin sonunda supernova partlayışları və...

“Düşən” ulduz?

Ulduz axması (sürüşməsi) və ya düşməsi haqqında az eşitməmişik. Öz gözlərimizlə də dəfələrlə şahidi olmuşuq. Gecə vaxtı açıq havada göy üzünü seyr edərkən müxtəlif rəng və parlaqlıqdakı ulduzların meydana gətirdiyi o inanılmaz və möhtəşəm mənzərənin içindən bir ulduzun parlaq bir cizgi cızaraq sürüşüb getdiyini şübhəsiz ki, görmüşsünüz. Bəziləri ürəyində bir...

Stiven Hokinqin Qara Dəlik informasiya paradoksuna müdhiş həlli

Onun ağlı, həqiqətən, bənzərsiz idi. Dövrümüzün ən böyük beyinlərindən biri olan Stiven Hokinq (Stephen Hawking) arxasında xeyli sayda qəlbi qırıq elm aşiqi buraxaraq öldü. Ölümündən aylar öncəsinə qədər hələ məqalələr paylaşmağa davam edirdi, ancaq üzərində ən çox danışılan məqalələrindən birini, yəni qara dəlik informasiya paradoksunun uzun zamandır gözlənilən həllini 2016-cı...

Marsın arvadı çadralıdır

Bu parlaq ulduzu çox vaxt “axşam”, ya da “dan” ulduzu adlandırmışlar. Qədim xalqlar isə bunun başqa-başqa ulduzlar olduğuna inanırdılar. Yerin axşam səmasında Venera çox erkən, hələ tam qaranlıq düşməmiş görünür. Səhər isə, Günəş çıxandan sonra mavi səmada sanki başqa ulduz yoldaşlarından ayrı düşmüş kiçik bir ulduz görmək mümkündür. Bu...

Xaosdan doğan nizam

17-ci əsrdəki elmi inqilabdan əvvəl dünyaya bu gün elm adamlarının termini istifadə etdiyi mənadan bir az fərqli, amma çox insanın hazırda istifadə etdiyi mənada bir xaos hökm edirmiş kimiydi. Dünyanın mürəkkəbliyinin təməlinin sadə və sistemli qanunlar ola biləcəyi heç kəsin ağlına gəlmirdi. Havanın və küləyin davranışları, qıtlığın meydana gəlməsi...

İyirminci əsrdə elm

"Tanrının əsərlərinin universal gözəlliyini və qüsursuzluğunu öz bütünlüyü içində qavraya bilmək üçün bütün kainatın davamlı və tamamilə azad bir irəliləmə içində olduğunun fərqinə varmalıyıq. Nəticədə, boşluqda/fəzada hər zaman oyanma vaxtı hələ çatmamış, yuxuda olan şeylər vardır."  - Gottfried Wilhelm Leibniz -  "Şeylərin kökü haqqında"  (1967) "Toplum heç bir zaman irəli getməz. Bir...

Dünya niyə fırlanır?

Əslində, sadəcə Dünya deyil, digər planetlər də, peykləri də, Günəş də, Günəş sistemi də, qalaktikalar da fırlanır. Bütün bu fırlanmaların nə zaman, nə üçün və necə başladığı isə bilinmir.  Ancaq yarandığı vaxt nəhəng bir bulud olan Dünya sıxılarkən (qatılaşarkən) dönməyə başladı. Elm adamları buna "bucaqlı momentumun qorunması"nın səbəb olduğunu deyirlər....

Karl Saqan – İşıq, necə görürük, rənglər əslində nədir.

Karl Saqanın “Milyardlarla və Milyardlarla” kitabından bir hissə. İşıq bir çox yöndən bir dalğa kimi hərəkət edir. Məsələn, qaranlıq bir otaqda işığın bir-birinə paralel iki yarıqdan keçdiyini düşünün. Bu halda yarıqların arxasındakı bir pərdəyə görüntü necə düşər? Cavab belədir: Yarıqların görüntüsü - daha doğrusu yarıqların bir sıra parallel aydınlıq və...