Home Elm Tibb

Tibb

Elm adamları illərdir SARS bənzəri yeni koronavirus epidemiyaları barədə xəbərdarlıq edir

"Hər hansı bir qiyamət filmi, elm adamlarını dinləməyən siyasətçilər və xalq ilə başlayır." Bu cümlə köhnəlmiş oldu? Gəlin buna baxaq. "Koronaviruslar, genetik rekombinasiyadan keçmələri ilə tanınan virus qrupudur. Bu, yeni genotiplər və epidemiyalara səbəb ola bilər. Atnalı yarasalarında SARS-CoV...

Posthemorragik Anemiya

Posthemorragik anemiya kəskin və xronik şəkildə mədə və 12-barmaq bağırsaq xorasında yemək borusu venasının varikoz genəlməsində ağciyər vərəmi zamanı bronxoektaziya zamanı ağciyər və mədə-bağırsaq şişlərində travmadan sonra mama-ginekoloji xəstəliklərdə qan xəstəliklərində polipoz babasil müxtəlif cür ağır qurd invaziyası və digər səbəblər nəticəsində əmələ gələ bilər.

Vitamin B12 -defisitli anemiya (Ensiklopedik məlumat)

B12-defisitli anemiya bədxassəli qan azlığıdır. Bu xəstəliyə Adisson-Brimer anemiyası da deyilir. Pernisioz və ya bədxassəli anemiyanı 1855-ci ildə ingilis alimi Adisson, 1868-ci ildə Birmer təsvir etmişdir. Sonralar Fenwick bu anemiyanın ən çox atrofik qastrit zamanı təsadüf edildiyini qeyd etmişdir. Ehrlich belə xəstələrin sümük iliyində meqaloblast hüceyrəsi tapmışdır.

COVID-19 / SARS-CoV2-Coronavirus nədir?

Ümumi məlumat Viruslar genetik məlumatı (+/- kapsul) olan, lakin başqa bir canlı orqanizmdən xaricdə çoxala bilməyən patogenlərdir.Virus bakteriya deyil, müalicəsində antibiotiklərdən istifadə olunmur. Əksər hallarda orqanizm özü infeksiyanı immun sistemi vasitəsilə aradan götürməyə malikdir (qanımızda olan hüceyrələr neytrallaşdırıcı hissəciklər hazırlayır); etioloji müalicəyə ehtiyac olmur,...

Günvurma nədir? / Ensiklopedik bilgi

Başın və bütün bədənin qızmar günəş şüası təsirindən isinməsinə günvurma deyilir. Günəşin infraqırmızı, yaşıl, bənövşəyi və ultrabənövşəyi şüalarının təsirindən kəllə qutusu ilə baş-beyin arasında hərarət 41°- ə qədər qalxa bilər. Uşaqlar və qocalar günvurmaya daha həssas olurlar. İlk dəfə günəş şüasının təsirinə məruz qalan dəri səthində tezliklə...

Kollaps nədir? / Ensiklopedik Bilgi

Ağır xəstəlik və davam edən intoksikasiya, zədələnmə, qanitirmə fonunda meydana çıxan kəskin damar çatmazlığına, ürək fəaliyyətinin zəifləməsinə və arterial qan təzyiqinin düşməsinə kollaps deyilir. Kəskin infeksion xəstəliklər difteriya, səpkili və qarın yatalaqlan, sətəlcəm, çuma və s. və yayılmış irinli peritonit, plevrit, mediastinit nəticəsində...

Aseptika nədir? / Ensiklopedik Bilgi

Müasir aseptikanın əsas mahiyyəti-yara ilə təmasda olan bütün əşyaların mikrobsuzlaşdırılmasından ibarətdir. Təsəvvür edin ki, boğulmamış qasıq yırtığı olan xəstə cərrahi əməliyyat üçün klinikaya daxil olur. Xəstənin bədənində heç bir kəskin infeksiya ocağı yoxdur. Cərrahi əməliyyat aparılır toxumaların tamlığı cərrah tərəfındən məqsədəuyğun pozulur, sonra isə bərpa olunur.

Antiseptika nədir? / Ensiklopedik Bilgi

Müasir cərrahlıqda antiseptika kimyanın, fizikanın, farmakologiyanın və immunologiyanın nailiyyətləri əsasında yaranmış yeni bir istiqamətdir. Antiseptikanın 5 növü məlumdur: mexaniki, fiziki, kimyəvi, bioloji və qarışıq. Bundan başqa antiseptika səthi, dərin, yerli və ümumi növlərə də bölünür. Antiseptikanın ayrı-ayrı nadir hallarda tətbiq edildiyindən təsnifatı da şərtidir.

Quduzluq virusu / Ensiklopedik Bilgi

Mərkəzi sinir sisteminin viruslarla törədilən infeksion xəstəliyidir. Quduzluq virusları insan bədəninə, xəstə heyvanların insanı dişləməsi, yaralaması zamanı ağzının seliyi, sidiyin yara səthinə düşməsi, insan dərisini cırmaqlanması yolu ilə daxil olur. Yara nahiyəsindən viruslar limfa və qan damarları ilə mərkəzi sinir sisteminə keçir və quduzluq törədir.

Qızılca xəstəliyi nədir?/ Ensiklopedik Bilgi

Hesabata görə, bütün dünyada qızılca xəstəliyi bu ilin ilk 3 ayında keçən illə müqayisədə 4 dəfə artıb. Və hazırda dünyanın bir çox ölkələrində qızılca sürətlə yayılır. Bəs qızılca xəstəliyi nədir və necə yayılır? Qızılca-virus mənşəli kəskin antroponoz infeksion xəstəlik olub, əsas etibarilə uşaq...