Əsas səhifə Fəlsəfə Fəlsəfə lüğəti

Fəlsəfə lüğəti

Assimilasiya, Asketizm, Assosiasiya nədir? // Fəlsəfə lüğəti

ASSİMİLASİYA (ing. assimliation) – qarşılıqlı mənəvi nüfuzetmə. Assimliyasiya müxtəlif elm sahələrində mövcuddur. Belə ki, istər dilçilikdə, istər biologiyada, istərsə də sosiologiyada assimliyasiya aid olduğu elmin xarakterik xüsusiyyətlərinə və tədqiqi metodologiyasına tabe olaraq özünəməxsus anlamlar ifadə edir. ASSOSİASİYA 1. Ümumi olaraq ənənəvi, ayinlərdə təbii fəaliyyətləri, hissi-yyatları imkan olduğu qədər azaltmağa çalışmaq şərtilə özünün və nəfsinin öhdəsindən gəlmə vərdişlərinin...

Ataraksiya nədir? // Fəlsəfə lüğəti

ATARAKSİYA – ruhi rahatlıq və sakitlik vəziyyəti, bəzi qədim yunan filosoflarının fikrincə ataraktiv hala mütəfəkkir, dühalar, sufilər nail ola bilir. Xüsusilə də, Stoa fəlsəfəsində insanın davranışları ilə psixoloji təlimin məqsədi, ideyası olaraq ortaya çıxan və mütləq yaxşı olaraq xarakterizə edilən ruhi hüzur, sakinlik, dərdlərdən arınmış olma halı. Ataraktiv vəziyyət günümüzdə daha çox sufilərin asketik hallarına...

Arqument və Ateizm nədir? // Fəlsəfə lüğəti

ARQUMENT – gətirilən dəlilin əsası. Nəyinsə tərifinin sübutunun əsasında dayanan şey. Hər hansı bir tərifin əsaslandığı yaxud onun doğru və yaxud yalnış olduğunu ortaya qoyan prinsip. Əsası latıncadan götürülmüşdür. Arguere – göstərmək, tanıtmaq, açıqlamaq mənalarını verir. Dilimizdə daha çox ərəbcədən keçmə dəlil ifadəsi işlənir. Misal üçün; Məsələni aydınlaşdırmaq üçün daha əsaslı bir arqument gətir....

Apodeytika və Apologetika nədir? // Fəlsəfə lüğəti

APODEYTİKA – qəti sübut olunan şey, mütləq səhih biliyi ifadə etmək üçün anlayış. Yunan dilindən dilimizə hərfi tərcümədə inandırıcı mənasına uyğun gəlir.   APOLOGETİKA – teologiyanın bir sahəsi. Termin öz başlanğıcını qədim yunancadan götürmüşdür. Lakin daha sonralar apologetiklər xristianlıqda da mövcud olmuşlar və indi bu termin daha çox xristianlıqda müdafiə mövqeyindən çıxış edənlər kimi...

Apriori, apeyron, aporiya nədir? // Fəlsəfə lüğəti

APEYRON – əbədi hərəkətdə olan, sonsuz, qeyri-müəyyən, keyfiyyətsiz materiyanı ifadə etmək üçün Anaksimandrın tətbiq etdiyi anlayış. Yunan dilindən Avropa dillərinə keçmişdir, hərfi mənada sonsuz, hüdudsuz deməkdi APORİYA çətin vəziyyət. Yunancadan avropa dillərinə keçmişdir. Çətin həll olunan problemi ifadə etmək üçün qədim yunan fəlsəfəsində işlədilən anlayış anlamını verir APOSTERİORİ aprioridən fərqli olaraq, təcrübədən alınmış biliyi ifadə...

Apatiya nədir? // Fəlsəfə lüğəti

APATİYA – laqeydlik vəziyyəti, müəyyən hərəkətlərə meylin, istəyin olmaması. Çox vaxt ali sinir fəaliyyətinin pozulması nəticəsində olur. Yunan dilindən tərcümədə ehtirasızlıq, hissizlik kimi tərcümə olunur. Apatiya şəxsdə hər hansı bir hadisə nəticəsində ortaya çıxa bilər, yaxud bu duyğusuzluq vəziyyəti onda fitrətən mövcud ola bilər. Psixologiyada çox işlənən bir termin kimi apatiya adətən sinir fəaliyyətinin pozulması...

APORİA nədir? // Fəlsəfə lüğəti

APORİA [alm. = fr. Aporie; ing. Aporia; yun. Aporia; a = sız, poros = yol, körpü, çıxış; ər. يغؤنح حؤل لؤتم شُغ .[Bir məsələdə ortaya çıxan problemin həllinin tapıla bilməməsi vəziyyəti, çıxış yolunun olmaması. Ümumiyyətlə natiqin mövzunun hansı istiqamətindən getməsi lazım gəldiyini, mövzuya haradan başlanıb harada qurtaracağı, nə deyiləcəyi haqqında yolunu itirdiyi vəziyyətin adı olaraq...

Antropologiya nədir? // Fəlsəfə lüğəti

ANTROPOLOGİYA – insanın ictimai varlıq kimi meydana gəlməsi və inkişafı prosesinə deyilir. Yunancada anthoropos – insan və genesis – mənşə mənalarını ifadə edir   ANTROPOLOGIZM materializmdə insanın təbiətin ən yüksək və kamil məhsulu olması haqqında dünyagörüşü forması; bu dünyagörüşünə görə insanı yaxından dərk edib qavraya bilsək elə təbiətdə mövcud olan sirli – soraqlı məsələləri...

Antaqonist nədir? // Fəlsəfə lüğəti

ANTAQONİST ictimai inkişaf ziddiyyətlərinin keyfiyyətcə müxtəlif tipləri. Antoqonizm isə bir-birinə tam ziddiyət deməkdir. Məsələn, fəhlə sinifi ilə burjuaziyanın münasibəti, ya da liberalizm ilə totalitarizmin münasibəti   Fəlsəfə terminlərinin izahlı lüğəti,2014

Analoq və Analogiya nədir? // Fəlsəfə lüğəti

ANALOQ iki mənalı sözlər. ANALOGİYA [Alm., fr. Analogie; ing. Analogy; yun. Analogia – uyğunluq; osm. tr. temsil; ər. ًٍثّر – [eyniyyət təşkil etməyən obyektlərin bəzi cəhətlərdən keyfiyyətcə, münasibətcə oxşarlığı deməkdir. Hərfi mənada bənzərlik mənasını verir.   Fəlsəfə terminlərinin izahlı lüğəti,2014