Əsas səhifə Fəlsəfə Fəlsəfə lüğəti

Fəlsəfə lüğəti

ANALİZ və SİNTEZ nədir? // Fəlsəfə lüğəti

ANALİZ və SİNTEZ həm birşeyi və ya hadisəni küll halında, onu təşkiledən hissələri arasındakı qarşılıqlı əlaqə vəvəhdəti daxilində tədqiq etmə üsulu ya da bəsit maddə və ya elementləri birləşdirmə yolu ilə mürəkkəb kimyəvi birləşmələr alma.   ANTİTEZİS fəlsəfi məntiqdə inkişaf prosesində əsas müddəanın inkarı; tezisə qarşı qoyulan müddəa. Antitezis Hegel triadasının ünsürlərindən biridir. Bax: triada...

Antinomiya nədir? // Fəlsəfə lüğəti

ANTİNOMİYA [alm.=fr. Antinomie; ing. Antinomy; yun. Antinomia; es.tr. tesavi-i nakizeyn; tr. çatışkı; ər. ذثاوٍُ الؼ – [َİki qanun və ya qayda arasındakı təzad, qanunların, qaydaların, prinsiplərin bir-birinə tərs düşməsi. Yunan mənşəli kəlmədir. Kantda 4 növ antinomiya var idi: 1. Kainat və qalaktika zaman baxımından əbədi deyil, antitez – əbədidir. 2. Hər şeyin özlüyündən ibarət olduğu...

Altruizm nədir? // Fəlsəfə lüğəti

Altruizm    başqa adamlara təmənnasız xidmət göstərilməsindən, onların xoşbəxtliyi naminə öz şəxsi mənafeyini qurban verməkdən ibarət əxlaqi prinsip ( Altruist adam). Başqa sözlə desək, alturizm bir insanın öz həyatını bir digərinə qurban verməsidir. Bəzən insan öz daxili mənliyində belə bir hissə qapılır ki, mənə özümdən heç bir fayda və xeyir olmayacaq, qoy başqaları üçün...

Alogizm nədir? // Fəlsəfə lüğəti

ALOGİZM – məntiqi təfəkkürün rolunun həqiqətə çatmağın vasitəsi olmasının inkar edilməsi, yaxud kiçildilməsinə alogizm deyilir. Alogizm insan təfəkkürünə, əqli imkanlarına neqativ münasibətin formalaşmasıdır. A yunancada inkar hissəcəyi kimi işlənir. Loqos isə ağıl, zəka deməkdir. Bu bağlamda ortaya çıxan alogizm terminin hərfi mənası əqli, zəkanı inkar edən təfəkkür tərzi deməkdir   Fəlsəfə terminlərinin izahlı lüğəti,2014

Allah // Fəlsəfə lüğəti

ALLAH – dini təsəvvürlərə görə dünyanı yaradan və idarə edən fövqəltəbii qüvvə, hər şeyin səbəbi. Allah adının, kökünün hardan qaynaqlandığı barədə müxtəlif iddialar mövcuddur. Qurana əsaslanan, ərəb dilçilərinə görə Allah adı ilk dəfə müəqəddəs kitabda Allahın özünün məhz özü haqqında işlətdiyi addır. Bundan başqa Allah adının əl-ilah müəyyənlik artiklı və ilah sözünün birləşməsindən əmələ...

Alternativ nədir? // Fəlsəfə lüğəti

ALTERNATİV [alm.=ing. Alternative; fr. Alternatif; lat. Alter – ikidən biri, osm. tr. şık, terdi; ər. ذٌرشد – [seçimdə müqayisə, iki şey arasında qeyri-könüllü seçim aparmaq. Fəlsəfədə hər hansı biri qəbul olunduğu təqdirdə digəri kənarda qalan, keçərsiz hesab edilən prinsiplərdir. Bir-birini qarşılıqlı istisna edən iki ya daha çox imkandan birini seçmək zərurəti.   Fəlsəfə terminlərinin izahlı lüğəti,2014

Aqnostisizm nədir? // Fəlsəfə lüğəti

AQNOSTİSİZM – dünyanın dərk olunması imkanını tamamilə və ya qismən inkar edən təlim.   Fəlsəfə terminlərinin izahlı lüğəti,2014

Aqnozia nədir? // Fəlsəfə lüğəti

AQNOZİA [alm = fr. Agnosie; ing. Agnosia; osm. tr. fıkdan-i marifet-i hissiyye; ər. ٌفمذا يؼشفح حُحغ – [hiss orqanlarında hər hansı bir pozğunluq, yaxud, əksiklik olmamasına rəğmən idrakın olmaması, pozulması. Kəlmə yunan dilindən digər dillərə keçmişdir. Hərfi mənada bilinməyən, məlum olmayan deməkdir. Sokrata görə aqnozia fəlsəfədə sualları cavablamaq üçün əsas istinadgahın olmaması, yaxud hardan başlayacağını...

Aksiya, Akt, Aktivizim, Aktual, Aktuallaşdırma nədir? // Fəlsəfə lüğəti

AKSİYA Hərəkət, iş. Sxolastik fəlsəfədə Aristotelin anergia = reallaşdırma, aktlaşdırma, həyata keçirmə mənaları ilə üst-üstə düşür AKTİVİZM – anlam olaraq varlığın dəyişkənliyini bildirən məfhumdur. Bu dəyişkənlik əsasən var olan şeyin zərurətini üzə çıxartmaqdan ötrü istifadə edilir.   Fəlsəfə terminlərinin izahlı lüğəti,2014

Akkulturasiya və Aksidensiya nədir?// Fəlsəfə lüğəti

AKKULTURASİYA – mədəniyyətlərin qarşılıqlı nüfuzu deməkdir. Bu halda müstəqil mədəniyyətlərin öz əvvəlki modelləri dəyişikliyə məruz qalır.   AKSiDENSİYA - əşyanın mühümdən, substansional olandan fərqli müvəqqəti, keçici, qeyri mühüm xassəsi. Aksidenisya termini əvəzinə dilimizdə daha çox tarixən ərəz termini işlənilirdi. Bu anlamda aksidensiya nisbətən, yeni, modern bir termindir və avropa mənşəli hesab olunur.   Fəlsəfə terminlərinin izahlı lüğəti,2014